Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinəsər (Germi)
Sinəsər (fars. سينه سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (15 ailə).
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Sirenlər
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Siyəsət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Şirmeşə
Şirmeşə (az.-əbcəd شیر مئشه‎, fars. شیر میشه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 60 nəfər yaşayır (18 ailə).
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Pirələr-i Şahqasım (Kəleybər)
Pirələr-i Şahqasım (fars. پيره لرشاه قاسم‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (49 ailə).
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Girdəsər silsiləsi
Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş, yamacları sıldırımlı alçaqdağlıq tirə. Naxçıvançayın və onun sağ qolu Cəhriçayın arasında təqribən 8 km məsafəyə üzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1568 m-dir. Çəpinə istiqamətlənmiş konsekvent antisedentvari dərələrlə bir neçə hissəyə ayrılmışdır. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu dərin fay qırılması izlənilir.
Mirəsgər Seyidov
Mirəsgər Seyidov (6 fevral 1970, Qaraxanbəyli, Naxçıvan rayonu – 14 iyun 1992, Yuxarı Buzqov, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. == Döyüşlərdə iştirakı == "Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Mirəskər Seyidov
Mirəsgər Seyidov (6 fevral 1970, Qaraxanbəyli, Naxçıvan rayonu – 14 iyun 1992, Yuxarı Buzqov, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. == Döyüşlərdə iştirakı == "Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Sirəmərg (Sərdəşt)
Sirəmərg (fars. سيره مرگ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (9 ailə).
Yasper Silesen
Yakobus Antonius Peter "Kasper" Sillessen - ( holladca: [ˈjɑspər ˈsɪləsə(n)] , d.: 22 aprel 1989) Holladiyalı qapıçı, İspaniyanın Barselona FK və Niderland milli futbol komandasının üzvü .
Ağcaqayın şirəsi
Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır. Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür. == Şirənin tərkibi == Şirənin sıxlığı — 1,0007-1,0046 q/ml. Quru kütlənin çəkisi — 0,7-4,6 q/l. külün çəkisi — 0,3-0,7 mq/l. ümumi şəkərin miqdarı — 0,5-2,3 % (0,43—1,13 %).
Fren Dreşer
Frensin Coy Dreşer (ing. Francine Joy Drescher; 30 sentyabr 1957, Flaşinq[d], Nyu-York ştatı) — ABŞ aktrisası və yazıçısı. 1993-cü ildə "The Nanny" serialında rol aldı. Fren Fayn rolu ilə 2 dəfə Emmi mükafatına və bir dəfə Qızıl qlobusa namizəd göstərildi.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. == Sıxılmış nar şirəsi == Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Pomidor şirəsi
Pomidor şirəsi — pomidordan hazırlanan şirə. Bu şirə ən çox asan əldə olunan və faydalı məhsullardandır. O, natrium, kalsium, kalium və maqnеzium ilə zəngindir. Pomidorda kifayət qədər çox miqdarda limon və alma turşusu və müəyyən qədər turşəng turşusu var. Bu turşular mübadilə prosеsini həyata kеçirmək üçün insan orqanizminə lazımdır və təzə dərilmiş pomidor bu maddələrin ən yaxşı mənbəyidir. Bu tərəvəzlərin tеrmiki təsirə məruz qoyulması arzu olunan dеyil, çünki, bu halda həmin turşular qеyri-üzvi maddələr çеvrilirlər və orqanizm üçün lazımsız olurlar. Əksər hallarda böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin əsas günahkarı bişirilmiş və ya konsеrvləşdirilmiş pomidor və ya onun şirəsidir.
Qreyfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur.Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Qreypfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur.Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.