Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şorqobu
Şorqobu — Bərdə rayonu ərazisində quru çay dərəsi. Lənbəran kəndindən şimalda yerləşir; Şorqobu — Kürdəmir rayonunda çay. Girdiman çayının qoludur.
Saratu
Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Toponim türk dilində «düz, çöl, yurd» mənasında işlənən sara sözünə -tu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 12–16 sm, eni 11–15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3–5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-da geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. == Yarpaqları == Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Həməşərə sortu
Həməşərə sortu - Azərbaycanın ən qədim üzüm sortudur. Qiymətli yerli texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 62,7%; bar əmsalı 0,76; məhsuldarlıq əmsalı 1,20; salxımların sayı 34 ədəd; salxımların orta kütləsi 256 qr; məhsuldarlığı 8,6 kq; hektardan məhsuldarlıq 191,1 s/ha təşkil edir. Sort Qara dəniz hövzəsi qrupuna (convar pontica Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 14-18 sm, eni 13-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın kəsikləri dərindir. Səthi torşəkilli qırışıqlı olub, tünd-yaşıl rəngdədir. Alt səthi isə nisbətən açıq rəngdədir.