Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tullio Pinelli
Tullio Pinelli (it. Tullio Pinelli; 24 iyun 1908[…], Turin – 7 mart 2009[…], Roma) — İtaliyan ssenarist. Tullio Pinelli 24 iyun 1908-ci ildə İtaliyanın Turin şəhərində anadan olmuşdur. Pinelli öz fəaliyyətinə hüquqşünas kimi başlamışdır. Amma boş vaxtını teatrlar üçün pyeslər yazmağa sərf edirdi. Pinellidə italyan vətənpərvərliyi özünü göstərirdi. Belə ki, onun böyük dayısı general Ferdinando Pinelli Kalabriyada quldur qiyamının yatırılmasında böyük xidmətləri olmuş insan idi. Onun gələcək əməkdaşı Fellini ilə ilk görüşü 1947-ci ildə əks tərəfdə oturub eyni qəzeti oxuduğu bir köşkdə olmuşdu. Pinelli demişdi: "Bir-birimizlə görüş yaradıcılıqda ildırım zərbəsi kimi olmuşdu. Biz əvvəldən eyni dildə danışırdıq.