Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Andromeda ştamı (roman)

Şamoci
Şamoci (yap. 杓文字, しゃもじ) Yaponiya mətbəxində istifadə olunan düz düyü kəfgiri. Düyünü qarışdırmaq və servis etmək üçün və suşidə sirkəni düyünün içinə qatmaq üçün istifadə olunur. Şamoci ənənəvi olaraq bambuq, ağac, və ya lakdan və hazırda çox vaxt plastikdən hazırlanır. Şamoci həm də yapon cəmiyyətində ana və həyat yoldaşları arasında birliyin simvolu olmuşdur.
Cam Tamaçi
Cam Xayruddin Əl-Məruf Cam Tamaçi ibn Cam Unar (Sind dilində: ڄام خيرالدين المعروف ڄام تماچي بن ڄام انڙ‎, Urdu dilində: جام خيرالدين المعروف ڄام تماچي بن جام انر‎ ) — Sindin 1367-1379-cu illərdə məşhur hakimi idi. O Pakistanda Sindin Unar tayfasından idi. == Tarixi == Sultan Əlauddin Xalci ordusu ilə Bukkura ətraflarına gəldi, bu istehkamı geri aldı və Sexvan yola düşməyə hazırlaşdı. Onların arasında Sammoy döyüşü oldu. Bu döyüşdə sonuncu məğlubiyyətə düçar oldu. Cam Tamati və onun bütün ailəsi əsir götürülərək Dehliyə göndərildi. Orada sürgündə o, uzun müddətə yaşamağa məcbur oldu. Öz hökmdarılarının olmadığı vaxtlarda insanlar onun qardaşı, Cam Unarın oğlu Cam Tamati Babinanın hakimiyyəti altında Tarri ətraflarında sakit ömür sürürdülər. Bir neçə il sonra Cam Tmatinin oğlu Xayruddin Sində qayıtmaq üçün izin ala bildi. O atasılnın ölümündən sonra öz tayfasının rəhbəri olmalı idi.
La Stampa
La Stampa — 1867-ci ildə yaranan İtaliya qəzeti.
Stapli qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.