Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şərəfli
Şərəfli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şərəfli oymağı
Şərəfli oymağı — Ustaclı elinin böyük qollarından biri. == Tarixi == Ustaclı elinə bağlanan oymaqlardan biri də Şərəflidir. Şərəfli oymağı Sivasdan sonra Diyarbəkrdə məskunlaşmışdı. Diyarbəkr Osmanlı dövlətinin tərkibinə keçəndən sonra Azərbaycana köçdülər. Azərbaycanda Qaradağda, İrəvanda və sonradan Naxçıvanda yurd tutdular. Bir qolu Astrabadda yerləşmişdi. == Oymağın məşhur simaları == Bədr xan Ustaclı == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Şərəfli yukka
Şərəfli yukka (lat. Yucca gloriosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır.
Əşrəfi yatağı
Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qaz və neft yatağı. == Dan Ulduzu-Əşrəfi bloku == Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞ və Şimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi. Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır. Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur. 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir. 1998–2001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi. Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir.
Yeni il ərəfəsi
Yeni il ərəfəsi — qriqorian təqvimi ilə ilin son günü, Yeni ildən əvvəlki son gün. Bir çox ölkələrdə bayram zamanı fişəng və digər pirotexniki vasitələrdən istifadə olunur.
Şərəfli Yol (1974)
== Məzmun == Kinolent Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuşdur. Filmdə neftayırma zavodlarında çalışan əmək adamlarının fəaliyyətindən, mütəxəssislərin elmi nailiyyətlərindən danışılır. Qarayev adına Sov. İKP XXII qurultayı adına, habelə Vladimir İliç adına Yeni Bakı Neftayırma zavodları kollektivlərinin nailiyyətləri, əmək qabaqcılları... barədə söhbət gedir. == Film haqqında == Film Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Sponsor == Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şərəfli Yol (1989)
Şərəfli yol — "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan qısametrajlı sənədli film. == Məzmun == Kinolentdə İsmayıllı rayonunun təsərrüfat rəhbərlərindən birinin fəaliyyətindən danışılır. == Film haqqında == Film İsmayıllı Rayonu İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
Nəcəfəli sultan Əşrəfi
Nəcəfəli sultan Əşrəfi (?-?)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi, diplomat. == Həyatı == == Fəaliyyəti == 1828-ci ildə Naxçıvanda yеrləşən rus qoşunu iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala хanlığın ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin хan Qovanlı-Qacar başçılıq еdirdi. Onun köməkçiləri naхçıvanlı Əmin хan və təbrizli Rza хan idi. Qala qarnizonunda 3000-4000 nəfərə qədər əskər var idi. Qala müdafiəçiləri rus toplarının bombardımanına baхmayaraq, möhkəm dayanmışdılar. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaхt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi gеnеral-adyutant Paskеviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran хanlığını və İrəvan хanlığına məхsus Baş Abaranın Rusiyaya «güzəştə gеtmək» adı altında danışıqlar aparmaqla vaхt qazanmağa çalışırdı.
Şərəfli yol (film, 1974)
== Məzmun == Kinolent Azərbaycanda neftayırma sənayesinin 100 illiyinə həsr olunmuşdur. Filmdə neftayırma zavodlarında çalışan əmək adamlarının fəaliyyətindən, mütəxəssislərin elmi nailiyyətlərindən danışılır. Qarayev adına Sov. İKP XXII qurultayı adına, habelə Vladimir İliç adına Yeni Bakı Neftayırma zavodları kollektivlərinin nailiyyətləri, əmək qabaqcılları... barədə söhbət gedir. == Film haqqında == Film Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Sponsor == Respublika Neftayırma və Neftkimyası Sənayesi Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Şərəfli yol (film, 1989)
Şərəfli yol — "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan qısametrajlı sənədli film. == Məzmun == Kinolentdə İsmayıllı rayonunun təsərrüfat rəhbərlərindən birinin fəaliyyətindən danışılır. == Film haqqında == Film İsmayıllı Rayonu İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir.
100 illik şərəfli ömür (film, 2019)
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. == Məzmun == Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. == Film haqqında == XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub.
Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Georgi Sereteli
Georgi Sereteli (gürc. გიორგი ვასილის ძე წერეთელი; 8 (21) oktyabr 1904, Tianeti, Tiflis quberniyası – 9 sentyabr 1973, Tbilisi) — Sovet alimi, Gürcüstan şərqşünaslıq elmi məktəbinin qurucusu, ərəbşünas, Tbilisi Dövlət Universitetinin (TSU) Şərq fakültəsinin təsisçisi, Gürcüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun təsisçisi və ilk direktoru, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan SSR əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Bioqrafiya == Georgi Sereteli 1904-cü ildə Tianeti (Şərqi Gürcüstan) kəndində anadan olmuşdur. Atası Şahzadə Vasili Sereteli (1862-1937) məşhur gürcü həkimi, jurnalist və xeyriyyəçi, əmisi isə Mixail Sereteli (1878-1965) görkəmli tarixçi idi. 1927-ci ildə Sereteli TDU-ni bitirir. 1928-1931-ci illərdə SSRİ Elmlər Akademiyasının aspirantı, 1931-1933-cü illərdə Leninqrad Dövlət Yaşayan Şərq Dilləri İnstitutunun dosenti olmuşdur. 1933-1973-cü illərdə Tiflis Dövlət Universitetində dosent (1933-1942) və professor (1942-1973) olur. 1933-1937-ci illərdə Gürcüstan Dövlət Muzeyində baş elmi işçi işləyir. 1940-1960-cı illərdə Sereteli Gürcüstan Elmlər Akademiyası Dilçilik İnstitutunda Şərq dilləri şöbəsinin müdiri olur.
Mixail Sereteli
Mixail Sereteli (gürc. მიხეილ გიორგის ძე წერეთელი; 23 dekabr 1878 – 2 mart 1965, Münhen, Bavariya, Qərbi Almaniya) — Gürcü şahzadəsi, tarixçi, filoloq, sosioloq, publisist və diplomat. == Bioqrafiya == Şahzadə ailədəndir. Vasili Sereteli onun kiçik qardaşıdır (1862-1937). Heidelberg Universitetini bitirir (1911). 1913-cü ildə namizədlik dissertasiyasını müdafiə edir. 1914-1918-ci illərdə Heidelberg Universitetində dərs demişdir. Eyni zamanda 1914-1917-ci illərdə Gürcüstanın İstiqlal Komitəsinin rəhbərlərindən biri olmuşdur. Bu vəzifədə gürcü menşeviklərinin lideri Noy Jordaniya ilə görüşmək üçün gizli olaraq Gürcüstana səfər etdi. 1918 -ci ildə Gürcüstanın müstəqilliyini elan etdikdən sonra Gürcüstan Demokratik Respublikasının İsveç və Norveçdəki səfiri olur.
Vasili Sereteli
Vasili Sereteli (gürc. ვასილ გიორგის ძე წერეთელი; 1862 – 1937) — Gürcü siyasətçi, həkim və jurnalist. == Bioqrafiya == Knayaz ailəsindəŞ anadan olmuşdur. Qardaşı Mixail Seretelidir (1878-1965). Orta təhsilini Kutaisidə alır, 1884-cü ildə Novorossiysk Universitetinin Təbiət Elmləri Fakültəsinə daxil olur. 1887-ci ildə universitetdən qovulur (Xalq İradəsi təşkilatının üzvü idi və Varlam Çerkezişvili ilə əlaqəli olduğundan). Gürcüstana qayıdaraq, təxminən beş il Batumidə yaşaır və çalışır, rusdilli "Çernomorski Vestnik" qəzetinin redaktoru olur. 1898-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirir. Məzun olduqdan sonra Çiatura, Tiflis və Tianesitdə həkim, 1908-ci ildən Kutaisidə Kutaisi poliklinikasının müdiri və Kutaisi gimnaziyasında gigiyena müəllimi işləmişdir. Bu illərdə fəal jurnalist fəaliyyəti ilə məşğul olur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. == Modelin şərtləri == Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil.Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur. == Modelin dəyişkənləri == Sm – Məhsulun sifariş miqdarı Sm/2 – Ortalama ehtiyat Sn – Sifariş vermə nöqtəsi D – İstehsalat tələbi (illik) T0 – Sifarişin dövrünün uzunluğu (Sm/d) d – İstehsalat tələbi (günlük) == Modelin qurulması == Sifarişlər partiya halında və bir dəfəyə təslim edilir, sabit bir tələb sürəti ilə istifadə edilir.