Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Rəcəbəli Mənsur
Rəcəbəli Mənsur (1895, Tehran – 8 dekabr 1974, Tehran) — İranın baş naziri, diplomat. == Həyatı == Mirzə Rəcəbəli xan Mirzə Əli xan Aştiyaninin oğlu idi. 1895-ci ildə Tehran şəhərində doğulmuşdu. Mənsurülmülk ləqəbini daşıyırdı.Əvvəlcə mədrəsə, sonra Tehran Darülfünunu bitirmişdi. Xorasan əyalətinin valisi olmuşdu.
Rəcəbəli Təbrizi
Molla Rəcəbəli Təbrizi (1669–1701) — islam alimi, müctəhid, Azərbaycanlı filosof == Həyatı == Molla Rəcəbəli təxminən 1669-cu ildə Təbriz şəhərində dünyaya gəlmişdir. Həyatı haqqında məlumatlar çox azdır. Bağdadda ictihad dərəcəsinə çatdıqdan sonra riyazətlərə və nəfsin təzkiyəsinə başlamışdır. Onun mürşidinin kimliyi barədə məlumat yoxdur. Təhsilini bitirdikdən sonra İsfahana getmiş, ömrünün axırınadək orada yaşamışdır. Buna görə bəzən ona İsfəhani də deyilmişdir. Molla Rəcəbəli dövrünün hökmdarları yanında böyük hörmət və izzətə malik olmuşdur. II Şah Abbas Səfəvi və Şah Süleyman Səfəvi ona xüsusi ehtiram bəsləmişlər. Nəql olunur ki, İkinci Şah Abbas daim onun yanına gəlir, ondan məsləhətlər alırdı. Molla Rəcəbəli Məhəmməd Hüseyn, Qazi Səid Qumi, Əmir Qivaməddin Məhəmməd İsfəhani, Molla Məhəmməd Şəfi İsfəhani, Məhəmməd Rəfi Pirzadə, Mir Məhəmməd Yusif Taliqani kimi alimlər yetişdirmişdir.
Cəbəli-Tariq
Cəbəllüttariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi. == Tarix == Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı.Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi. Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi. Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir. == Əhalisi == İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir. == İqtisadiyyatı == Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.
Molla Rəcəbəli Təbrizi
Molla Rəcəbəli Təbrizi (1669–1701) — islam alimi, müctəhid, Azərbaycanlı filosof == Həyatı == Molla Rəcəbəli təxminən 1669-cu ildə Təbriz şəhərində dünyaya gəlmişdir. Həyatı haqqında məlumatlar çox azdır. Bağdadda ictihad dərəcəsinə çatdıqdan sonra riyazətlərə və nəfsin təzkiyəsinə başlamışdır. Onun mürşidinin kimliyi barədə məlumat yoxdur. Təhsilini bitirdikdən sonra İsfahana getmiş, ömrünün axırınadək orada yaşamışdır. Buna görə bəzən ona İsfəhani də deyilmişdir. Molla Rəcəbəli dövrünün hökmdarları yanında böyük hörmət və izzətə malik olmuşdur. II Şah Abbas Səfəvi və Şah Süleyman Səfəvi ona xüsusi ehtiram bəsləmişlər. Nəql olunur ki, İkinci Şah Abbas daim onun yanına gəlir, ondan məsləhətlər alırdı. Molla Rəcəbəli Məhəmməd Hüseyn, Qazi Səid Qumi, Əmir Qivaməddin Məhəmməd İsfəhani, Molla Məhəmməd Şəfi İsfəhani, Məhəmməd Rəfi Pirzadə, Mir Məhəmməd Yusif Taliqani kimi alimlər yetişdirmişdir.
Cəbəli-Tariq funtu
Cəbəllüttariq funtu (ing. Gibraltar pound) — Cəbəllüttariqin pul vahidi, bəzən livr də adlanır. 1971-ci ilədək 1 funt = 4 kron = 20 şillinq = 240 pens, 1971-ci ildən 1 funt = 4 kron = 100 yeni pensi (1988-ci ildən sadəcə pens). Simvolu: £. Cəbəlüttariq funtu Funt sterlinqə bərabərdir.
Cəbəli-Tariq milli voleybol komandası (qadınlar)
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Cəbəli-Tariq qadın milli voleybol komandası
Cəbəllüttariq qadın milli voleybol komandası — 2007-ci ildə Cəbəllüttariqin Avropa Voleybol Konfederasiyasına üzvlüyünün qəbul edilməsi ilə yaradılmışdır. Milli komandaya Cəbəllüttariq Voleybol Federasiyası nəzarət edir.
Rəcəbli
Rəcəbli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Bəbəli
Bəbəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd.
Əqəbli
Əqəbli (ərəb. أقبلي‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,120 kilometr (700 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. == İqlim == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12,7 mm-dir). Orta illik temperatur 26,7-dir °C . == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 10,171 nəfər idi. Əhalinin savadlılıq səviyyəsi 73,3 faiz təşkil etmişdir. Kişilər arasında savadlılıq səviyyəsi 83,2%, qadınlar arasında isə 63,4% təşkil etmişdir.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Faiq Rəcəbli
Faiq Rəcəbli — Azərbaycanın tanınmış idman fotoqrafı == Həyatı == Faiq Rəcəbli 1927-ci ildə Gəncə şəhərində anadan olub. Hər şey atasının Faiqin şagird olan vaxtlarında fotoaparat bağışlaması ilə başlayıb. Başlanğıcda həvəskar kimi çəksədə, ama vaxt keçdikcə bu bir xobbiyə çevrilib. Uşaqlıq illərindən etibarən idmana maraq göstərən F.Rəcəbli orta məktəbi bitirdikdən sonra əvvəlcə texnikumda oxuyur. Daha sonra isə Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olur və 1954-cü ildə oranı bitirir. O, idmançı kimi fəaliyyət göstərməsə də, idmandan da kənarda qalmır. Belə ki, o, institutu bitirdikdən sonra idman sahəsi üzrə fotoqraf işləməyə başlayıb. F.Rəcəbli “Sovet idmanı” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, SSRİ jurnalistlər birliyinin üzvü olub. Qeyd edək ki, Faiq Rəcəblinin şəxsi arxivində fotoqraf kimi çalışdığı 60 il ərzində 100 mindən artıq orijinal şəkil yığılıb. Tanınmış idman fotoqrafı Faiq Rəcəbli 2012-ci ildə 85 yaşında uzunsürən xəstəlikdən vəfat edib.
Hadi Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. == Həyatı == Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Rəcəbli

Kamran Rəcəbli
Kamran Rəcəbli — aktyor. == Həyatı == 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. ABŞ-də yaşayır. Uşaq rollarının ən mahir ifaçlarından biridir. Ailəlidir. İki övladı var. 2010-cu ildə Azərbaycanda olmuşdur. == Filmoqrafiya == Torpaq. Dəniz. Od.
Kətəbəli xalçaları
Kətəbəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Şeyx Ədəbali
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı == Həyatı == Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Əbülfəz Rəcəbli
Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim. == Həyatı == Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir.
Əhməd Rəcəbli
Əhməd Rəcəbli (28 sentyabr 1898, İrəvan – 15 dekabr 1963, Moskva) — azərbaycanlı polimat, bioloq, seleksiyaçı alim, genetik, professor, aqronom, pedaqoq, cümhuriyyət tələbəsi, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) akademiki. Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. Əhməd Rəcəbliyə məxsus sənədlər hazırda Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilir. == Həyatı == === Uşaqlıq illəri və təhsil həyatı: 1898–1923 === Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1918-ci ildə "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib.
Əhməddin Rəcəbli
Əhməddin İzzət oğlu Rəcəbli (d. 1945, Acıaxur, Qusar, Azərbaycan SSR, SSRİ) – Azərbaycan samboçusu və cüdoçusu, cüdo və sambo məşqçisi. Azərbaycan əməkdar məşqçisi (1981). Cüdoçu Zaur Rəcəbli və Elxan Rəcəblinin atası.
Əli Rəcəbli
Əli Məhəmməd oğlu Rəcəbli (1927, Göyəm, Zaqatala rayonu – 12 noyabr 2022, Bakı) — tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin şöbə müdiri. == Həyatı və təhsili == Professor Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur. Əli Rəcəbli 12 noyabr 2022-ci ildə uzunsürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. == Elmi fəaliyyəti == Azərbaycan numizmatikasının layiqli nümayəndəsi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Əli Məhəmməd oğlu Rəcəbli respublikamızda numizmatika elminin və numizmatika fondunun əsasını qoymuş məşhur numizmat-arxeoloq, prof. Yevgeni Aleksandroviç Paxomovun yeganə yetirməsi olaraq bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf etmişdir. Əli Rəcəbli 1951-ci ildə S.М.Кirov adına Azərbaycan Dövlət universitetinin (hazırda Bakı Dövlət universiteti) "şərqşünaslıq" fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Tarixi Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) sabiq direktoru, məşhur arxeoloq, professor Saleh Qazıyevin təklifi ilə muzeyin aspiranturasına ("numizmatika" ixtisası üzrə) daxil olmuşdur. 1963-cü ildə Qəbələ rayonunda aşkarlanmış dəfinədəki (158 ədəd) sikkələri təyin və tədqiq edən t.e.d., professor Əli Rəcəbli II Bəhram dövrünə aid çoxsaylı gümüş dirhəmlərin əksəriyyət təşkil etdiyini (154 ədəd) müəyyən etmişdir. 1968-ci ildən hal-hazıradək Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı respublikamızda diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı mütəxəssislərdəndir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidəsinin saxlanıldığı Muzeyin Milli Numizmatika Fondu Azərbaycanın yeganə va zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapmışdır.
Əmcədəli şah
Nəcmüddövlə Əbülmüzəffər müsləhəddin Məhəmməd Əmcədəli şah(hind. अमजद अली शाह, urdu امجد علی شاہ‎) (d. 1801 – ö. 13 fevral 1847) — IV Aud nəvvabı. == Həyatı == Əmcədəli şah 1801-ci ildə anadan okmuşdu. 7 may 1842-ci ildə Audun nəvvabı olmuşdu. Əmcədəli şah 13 fevral 1847-ci ildə vəfat edib. == Ailəsi == Əmcədəli şah Məlaikə Əhəd bəyim və Məlikə Kövsər bəyimlə ailə qurmuşdu. Vəcdəli şah, Süleyman Kudr adlı oğlanları vardı. == İstinadlar == == Həmçinin bax == Aud Aud nəvvabı == Xarici keçidlər == Royal line of Nawabs of Oudh National Informatics Centre, Lucknow – Rulers of Awadh Arxivləşdirilib 2018-04-30 at the Wayback Machine NAWABS OF OUDH & THEIR SECULARISM – Dr.
Əvəzəli Muğanlı
Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).rəssamDövrün məşhur miniatüristi. Tərcüməçi Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır. "Kəlilə və Dimnə" (1809) miniatüru məşhurdur.
Cəbili (Germi)
Cəbili (fars. جبيلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 212 nəfər yaşayır (44 ailə).
Rahil Ərəbli
Ərəbli (Həştrud)
Ərəbli (fars. عربلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çəbənli (Meşkinşəhr)
Çəbənli (fars. چبنلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 81 nəfər yaşayır (16 ailə).
Şeyx Ədəbalı