Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədəmgah
Qədəmgah — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,006 nəfər və 821 ailədən ibarət idi.
Qədəmgah (Azərşəhr)
Qədəmgah (fars. قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 589 nəfər yaşayır (141 ailə).
Qədəmgah mağarası
Qədəmgah mağarası (fars. غار قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında yerləşən mağara. Qübbə formasında olan bu mağara qədimdə atəşpərəstlər tərəfindən gün çağırma ritiallarında istifadə edilirmiş. Tarixi abidə 1968-ci ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 779 nömrəsi ilə milli irs siyahısına qeydə alınıb. Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir. == Haqqında == Qədəmgah mağarası Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərinin 12 km cənub-şərqində, Badamyar bir digər adı ilə Qədəmgah kəndi yaxınlığında yerləşir. Mağara insanlar tərəfindən dağın içərisində oyularaq inşa edilib. Mağaranın tarixi ilə bağlı dəqiq məlumat olmasa da, islamdan əvvəlki dövrə aid edilir. Bəzi tarixçilərə görə isə məbədin 12 min il yaşı var. Atəşpərəst məbədi olaraq inşa edilən mağaranın tarixin müxtəlif dövrlərində müxtəlif istifadə məqsədləri olub.
Qədəmgah qəbiristanlığı
Qədəmgah qəbiristanlığı — İranda, Azərşəhr şəhristanının mərkəzi hissəsində, Badamyar kəndində yerləşən XV–XVI əsrlərə aid qəbiristanlıq. 21 mart 1968-ci ildə 780 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydiyyata alınmışdır. Bu qəbiristanlıq Azərşəhrdən 15 kilometr cənubda yerləşir. Orada dəfn edilənlərin çoxu Səfəvilər dövrünün şeyxləridir.
Əbdəgah
Əbdəgah (fars. ابدهگاه‎) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Başt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 562 nəfər yaşayır (105 ailə).
Dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal eymək və ya birləşdirmək üçün tətbiq edilir. === İşləmə prinsipi === Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. === Konstruksiyası === Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Rəzəmgah (Ərdəbil)
Rəzəmgah (fars. رزمگاه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (23 ailə).
Ələmşah Məmmədov
Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü. == Bioqrafiya == Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir. Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür. Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır. 19 yanvar 2009-cu ildə vəfat etmişdir. == Haqqında == 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır.
Dərgah (Salmas)
Dərgah (fars. درگه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (36 ailə).
Metalkəsən dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal eymək və ya birləşdirmək üçün tətbiq edilir. === İşləmə prinsipi === Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. === Konstruksiyası === Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Toxucu dəzgah
Toxucu dəzgah — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgahQədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir. Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür. Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.
Üfiqi dəzgah
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah.Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir. Ev toxuculuğunun abu bəsit formasında arğac ipi "qılınc" adlanan zərbə aləti vasitəsilə sıxlaşdırılıb bərkidilirdi.
Şaquli dəzgah
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgahQədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd);Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.
Edemias
Conyza (lat. Conyza) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.