Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensis Cılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır. A. cephallonica növü cənubi Yunanıstanın emdemik növü sayılır. A. incomptus növü isə 2010-cu ildəOphisaurus cinsinə daxil edilmişdir. 1758-ci ildə Karlos Linneaus Koramal cinsinə bir cox kərtənkələ və ilan növü daxil etmişdi.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Səfəvilərin əhalini şiələşdirməsi
Səfəvilərin əhalini şiələşdirməsi — Səfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə) şiələşdirmə siyasəti. XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilik və İsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir. Bu prosesin birbaşa nəticəsi kimi müasir İran və Azərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır. Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir. == Səfəvilərdən öncə == Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi və Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı. Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər?
Koramar (Talış)
Koramar (az-əbcəd. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
Bronks əhvalatı
Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir. O, filmi atasının xatirəsinə həsr etmişdir. Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb. == Məzmun == Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür.
Yol əhvalatı
Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi. == Məzmun == Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir. Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir. == Film haqqında == Film Teymur Bəkirzadənin müstəqil rejissor kimi kinoda ilk tammetrajlı işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Teymur Bəkirzadə Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Vladimir Savin Rejissor: Rafiq Dadaşov Montaj edən: Tahirə Babayeva Dekor rəssamı: Fikrət Ələkbərov Geyim rəssamı: N. Cəfərova Qrim rəssamı: L. Kuznetsova Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi) Plyonka üzrə rəng ustası: F. Dadaşov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki) Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı Bədii rəhbər: Eldar Şengelaya İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev Filmin direktoru: Rimma Abdullayeva === Rollarda === Səyavuş Aslan — Qurban Vaxtanq Pançulidze — Mustafa Həmidə Ömərova — Zümrüd Kamil Məhərrəmov — Paşa Yaşar Nuri — Makintoş Hacı İsmayılov — Mürşüd Sofa Bəsirzadə — Sona nənə Ceyhun Mirzəyev — İbadulla Yusif Əlizadə — Fərid Adil İsmayılov — təyyarəçi Məmmədkamal Kazımov — Şəmsi Eldəniz Zeynalov — şikayətçi Zərnigar Ağakişiyeva — Ədilə Mübariz Əlixanoğlu — milis nəfəri Rahib Əliyev — elçi gələn Məmmədağa Dadaşov Muxtar Maniyev — Milis nəfəri Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra Dadaş Kazımov — sərnişin Telman Adıgözəlov — tələbə Şahin Cəbrayılov — milis nəfəri Ələsgər Məmmədoğlu — aeroportdakı adam Aqşin Rəsulov — aeroportdakı adam Əliqulu Səmədov — alıcı Mayak Kərimov — alıcı Zilli Namazov — aeroportdakı adam Ramiz Məmmədov — aeroportdakı adam Sədaqət Zülfüqarova — xala === Filmi səsləndirənlər === Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur) Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur) Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur) Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) == Çəkilişə köməklik edən qurumlar == Zabrat Aeroportu Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Mezozoy əhvalatı
== Məzmun == Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. == Film haqqında == Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir. Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir. Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir. Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir. Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Səs operatoru : Marat İsgəndərov Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov Operator: Vaqif Muradov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Qrim rəssamı: V. Arapov Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova Redaktor: Nadejda İsmayılova Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru) Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Semyon Qaragedov === Rollarda === Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı M. Abdullayev Cahangir Aslanoğlu — vəzifəli şəxs Zərnigar Ağakişiyeva — satıcı İ. Potapov E. Əliyev-Akif Q. Sitnikova F. Aşirov Q. Sıqankov N. Zeynalov Ramiz Şeyxov Dadaş Kazımov — neftçi == Mənbə == Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul. Кино: Энциклопедический словарь / Гл.
Bığ əhvalatı
== Məzmun == Film-tamaşada arvadından bərk qorxan bir adamın(Arif Quliyev) başına gələn əhvalatlar əks olunur.
Koramal (film, 2009)
== Məzmun == Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir. Filmin adı özlüyündə süjet haqqında çox şey deyir. Koramal sözünü 2 hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir. == Film haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Koramal" da bu 7 qalibdən biridir.
Kolatağ
Kolatağ — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kolatağ kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == Kəndin əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. == Tarixi == Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Kənd Əhvalatı (1986)
== Məzmun == Film Lənkəran bölgəsindəki Yeni Nüvədi kəndində yaşayan bir ailənin timsalında gənclərin doğma ocaqlarını, valideynlərini atıb qazanc ardınca başqa ölkələrə, şəhərlərə köçüb getmələrindən danışır.
Yol Əhvalatı (1980)
Yeni polis əhvalatı
Yeni polis əhvalatı (ing. New Police Story) — film 2004-cü ildə Benni Çanın rejissorluğu ilə döyüş janrında çəkilmişdi.Film Polis Hekayəsi seriyasının yenidən başlamasıdır. Film 24 sentyabr 2004-cü ildə Honq Konqda nümayiş olundu. Əvvəlki filmlərindən daha dramatik məqamlara malikdir. == Məzmunu == Honq Konq polisindən bir əfsanə olan müfəttiş Çan Qvokvin (Ceki Çan), Beş dəstə tutacağını açıq şəkildə bildirdi. Quldurlar Çan'in bütün şöbəsini pusquya alır və məhv edirlər. Şöbənin gənc işçiləri müfəttişin qarşısında acı bir ölümlə ölürlər. Müfəttişin özü isə sağ qalmış, mərhəmətdən daha mürəkkəb sadizmdən kənarda qalmışdır. Quldurların hesablanması tamamilə haqlıdır: sevinmək əvəzinə, Çan dərin depressiyaya və illik kədərə içinə qərq olur. Çan ilə birlikdə yeni bir komanda toplayan və bir daha Beşlik üçün axtarışa verildiyi qəribə işgüzar Frank tərəfindən yeni bir ortaq həyatda oyanır.
Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir. == Tarixi == Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.
Esvatini
Esvatini Krallığı (ing. Kingdom of Eswatini, svati Umbuso weSwatini)və ya Esvatini, 2018-ci ilədək Svazilend Krallığı — Afrikanın cənubunda Mozambik və CAR-ın arasında uzunluğu 200, eni isə 130 kilometr olan kiçik bir ölkədir. Afrikanın son mütləq monarxiyasıdır. Paytaxtı rəsmən Mbabane olsa da, kralın sarayı və ondan asılı olan parlament Lobamba şəhərində yerləşir. Kral III Msvati 19 aprel 2018-ci ildə dövlətin adını Svazilend Krallığından Esvatini Krallığına dəyişmişdir. == Etimologiyası == Ölkənin adı olan Esvatini (keçmişdə Svazilend), Svazilərin yaşadığı ölkə mənasını daşımaqdadır. Ölkə müstəqilliyinə qovuşmazdan əvvəl fikirləşilən ilk ad olan Ngwane adı isə Esvatininin ilk kralı kimi qəbul edilən III. Ngwanedən gəlir. XVIII əsrdə yaşayan və 1780-ci ildə qədər hökmdarlıq etmiş III. Ngwane hökmdarlığı altındakı bölgələrə kaNgwane adını vermişdir. Ngwanenin sahib olduğu ölkə mənasını verən bu ifadəni əsas götürərək verilməsi planlaşdırılan ölkə ad daha sonra reallaşdırılmamışdir. Hazırda da Esvatinidə bir çox adam öz millətini bildirmək üçün Ngwane adından istifadə edir.
Bronks əhvalatı (film, 1993)
Bronks əhvalatı (ing. A Bronx Tale) — Robert de Nironun 1993-cü ildə çəkdiyi və özündə qanqster, dram və döyüş kimi janrları cəmləşdirən ABŞ filmidir. Film Robert de Nironun rejissor kimi debüt işidir. O, filmi atasının xatirəsinə həsr etmişdir. Film Çezz Palminterinin (əsl adı Kalocero Lorenso Palminteri) avtobioqrafik pyesi əsasında ekranlaşdırılıb. İlk zamanlar müəllif kitabın ekranlaşdırılması üçün müəllif hüquqlarını satmaqdan imtina edirdi. O, yalnız Robert de Nironun ona filmin ssenari müəllifi olmağı və filmdə baş rollardan birini oynamağı təklif etməsindən sonra əsərin müəllif hüquqlarını satmağa razılaşıb. == Məzmun == Film atası (Robert de Niro) sadə avtobus sürücüsü işləyən, İtaliyanın Bronks məhəlləsindən olan Kalocero adlı oğlan haqqındadır. Uşaqlıqda Kalocero yerli qanqsterlərin başçısı olan Sonninin (Çezz Palminteri) törətdiyi qətlin şahidi olur, ancaq o, polisə yalan məlumatlar verir, nəticədə cinayətkar Sonni azadlıqda qalır. Uşağı olmayan Sonni, Kaloceronu öz himayəsinə götürür.
Bığ əhvalatı (film, 1998)
Filadelfiya əhvalatı (film, 1940)
"Filadelfiya əhvalatı" (ing. The Philadelphia Story) — rejissor Corc Kyukorun filmi. == Məzmun == Yüksək təbəqədən olan varlı gözəl Treysi Samanta Lord ikinci dəfə nikaha girməyə hazırlaşır. O, öz adı ətrafında heç bir hay-küy eşitmək istəmir. Lakin sarı mətbuat jurnalının naşirinin etdiyi şantajın köməyilə öz reportyorlarının toyda iştirakına nail olur. Müxbirlər sensasiya gözləyirlər. Və onlar heç kimin gözləmədiyi hadisələrin şahidinə çevrilirlər. Treysi başa düşür ki, adaxlısını sevmir və jurnalistlərin birindən xoşlanır. == Film haqqında == Filmin çəkilişləri bir aydan azacıq artıq müddətdə aparılmışdır. Çəkilişlər 1940-cı ilin 5 iyulunda başlamış və 14 avqustunda başa çatmışdır.
Kənd əhvalatı (film, 1986)
== Məzmun == Film Lənkəran bölgəsindəki Yeni Nüvədi kəndində yaşayan bir ailənin timsalında gənclərin doğma ocaqlarını, valideynlərini atıb qazanc ardınca başqa ölkələrə, şəhərlərə köçüb getmələrindən danışır.
Mezozoy əhvalatı (film, 1976)
== Məzmun == Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. == Film haqqında == Film bəstəkar Mobil Babayevin kinoda ilk işidir. Film səs operatoru Marat İsgəndərovun kinoda ilk işidir. Film aktrisa Zərnigar Ağakişiyevanın kinoda ilk işidir. Filmin əsasını yazıçı Maqsud İbrahimbəyovun "Üç qutu səadət" povesti təşkil edir. Əvvəllər bu povest üzrə "Mezozoy Əhvalatı" pyesi yazılmış və Moskvada Malı teatrında tamaşaya qoyulmuş, eyni zamanda fəhlə sinfi haqqında pyeslərin ümumittifaq müsabiqəsində I mükafata layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Səs operatoru : Marat İsgəndərov Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Rejissor: Elmira Əliyeva, Ələsgər Ələkbərov Operator: Vaqif Muradov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Qrim rəssamı: V. Arapov Montaj edən: Aleksandra Kamaqorova, Rəfiqə İbrahimova Redaktor: Nadejda İsmayılova Məsləhətçi: A. Əlizadə (akademik), A. B. Süleymanov (texniki elmlər doktoru) Rejissor assistenti: T. Məmmədov, A. Şahbazov Operator assistenti: Hüseyn Mehdiyev, R. Səfərəliyev Rəssam assistenti: E. Zeynalov, X. Mirzəyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Filmin direktoru: Semyon Qaragedov === Rollarda === Tofiq Mirzəyev — Tahirov Məlik Dadaşov — Bədirov Anatoli Tatarov — Zaur Yaşar Nuri — Rauf Amaliya Pənahova — Nərminə Regina Temir-Bulat — Sevda Sadıq Həsənzadə — Sabir dayı M. Abdullayev Cahangir Aslanoğlu — vəzifəli şəxs Zərnigar Ağakişiyeva — satıcı İ. Potapov E. Əliyev-Akif Q. Sitnikova F. Aşirov Q. Sıqankov N. Zeynalov Ramiz Şeyxov Dadaş Kazımov — neftçi == Mənbə == Səfəroğlu, Ə. “Mezozoy tarixi” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən eyniadlı film haqqında] //Bakı.- 1975.- 29 iyul. Кино: Энциклопедический словарь / Гл.
Polis əhvalatı (film 1985)
Polis Hekayəsi (警察 故事; Jǐngchá Gùshì; Jyutping: Ging2 caat3 gu3 si6, ing. Police Story) — 1985-ci ildə Honq Konq fəaliyyətli filmdir.Həm də baş rollarda ulduz olan Ceki Çan tərəfindən yazılmış və rejissor.Çan'ın "Kevin" Çan Ka-Kui adlı bir Honq Konq polis detektivi olaraq göstərdiyi Polis Hekayəsi seriyasından birincisidir. Çan, filmin Amerikalı film bazarına girməsi üçün nəzərdə tutulan The Protector-da rejissor Ceyms Glickenhausla işləməkdən məyus bir təcrübədən sonra başladı. Polis Story, hazırlanmış döyüş ilə bir çox genişmiqyaslı fəaliyyət səhnələrini, aralı bir şəhər içərisindəki bir avtomobili təqib edən Çan, xidməti revolveri ilə ikiqat qatlı avtobusun dayanmasını və böyük bir yer alış-veriş mərkəzindəki bir iqlim döyüş səhnəsini ehtiva etdi.Bir neçə şüşə qab və Çan'ın bir neçə mərtəbədən aşağı sürüşən işıqlar ilə örtülmüş bir dirək səhnəsi çox təhlükəli idi. Polis Hekayəsi Şərqi Asiyada böyük bir uğur idi. 1986 Honq Konq Film Mükafatında ən yaxşı film mükafatını qazandı. Çanın avtobioqrafiyasına görə, Polis Story’ni ən yaxşı fəaliyyət filmi hesab edir. 2016-cı ildə Polis Hekayəsi Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və stunkt aktyorları arasında keçirdiyi sorğuda bütün dövrlərin ən yaxşı dördüncü ən yaxşı filmi seçildi. 1 Fevral 2019-da, filmin 4K bərpası sonrakı Polis Hekayəsi 2 ilə birlikdə Şimali Amerikada məhdud bir teatr sərbəst buraxılışı oldu.
Esvatini Krallığı
Esvatini Krallığı (ing. Kingdom of Eswatini, svati Umbuso weSwatini)və ya Esvatini, 2018-ci ilədək Svazilend Krallığı — Afrikanın cənubunda Mozambik və CAR-ın arasında uzunluğu 200, eni isə 130 kilometr olan kiçik bir ölkədir. Afrikanın son mütləq monarxiyasıdır. Paytaxtı rəsmən Mbabane olsa da, kralın sarayı və ondan asılı olan parlament Lobamba şəhərində yerləşir. Kral III Msvati 19 aprel 2018-ci ildə dövlətin adını Svazilend Krallığından Esvatini Krallığına dəyişmişdir. == Etimologiyası == Ölkənin adı olan Esvatini (keçmişdə Svazilend), Svazilərin yaşadığı ölkə mənasını daşımaqdadır. Ölkə müstəqilliyinə qovuşmazdan əvvəl fikirləşilən ilk ad olan Ngwane adı isə Esvatininin ilk kralı kimi qəbul edilən III. Ngwanedən gəlir. XVIII əsrdə yaşayan və 1780-ci ildə qədər hökmdarlıq etmiş III. Ngwane hökmdarlığı altındakı bölgələrə kaNgwane adını vermişdir. Ngwanenin sahib olduğu ölkə mənasını verən bu ifadəni əsas götürərək verilməsi planlaşdırılan ölkə ad daha sonra reallaşdırılmamışdir. Hazırda da Esvatinidə bir çox adam öz millətini bildirmək üçün Ngwane adından istifadə edir.
Esvatini bayrağı
Esvatini bayrağı — Esvatininin dövlət bayrağı.
Esvatini himni
Nkulunkulu Mnikati vetibusiso temaSvati (svati Nkulunkulu Mnikati wetibusiso temaSwati Ey Rəbb bizim Tanrımız,Svazi bərəkətlərini bəxş edən) — Esvatiniın dövlət himnidir. Svazi və qərb musiqi üslubları arasında kompromisdir. 1968-ci ildə müstəqillik qazandıqdan sonra təsdiq edilmişdir.
Esvatini lilangenisi
Esvatini lilangenisi (svati və ing. lilangeni) — Esvatini dövlətinin pul vahididir. Bir lilangeni 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — SZL-dir. Cəm halda valyutanın adı emalangeni (svati və ing. emalangeni) kimi səslənir. Pul dövriyyəsində 10, 20, 50, 100 və 200 nominallı emalangeniyə, 5, 10, 20, 50 sentlik və 1, 2, 5 emalangenilik sikkələrə rast gəlmək olar. Esvatini lilangenisi 6 sentyabr 1974-cü ildə dövriyyəyə Cənubi Afrika randının yerinə daxil edilmişdir. == 1990-2008-ci il nümunəsi əsginasları == Dövriyyədə 5, 10, 20, 50, 100 və 200 nominallı müxtəlif buraxılış illərinin emalangeni əsginaslarını görmək olar. 1974-cü ildən sonra buraxılışın köhnə nümunələrinin əsginasları ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.
Əhalinin qocalması
Əhalinin qocalması — əhali içərisində yaşlı şəxslərin (60 və ya 65 yaşdan yuxarı) payının artması. Polyak demoqraf E. Rossetin şkalasına görə, ölkə əhalisinin sayında 60 və daha yuxarı yaşlı şəxslərin payı 8%-ə qədər olduqda – demoqrafik cavanlıq, 8–10% – qocalmanın başlanğıcı, 12% və daha çox – demoqrafik qocalmadır. Bu pay uşaqların və yaşlıların sayının artmasına nisbətən yeniyetmələrin sayının ləng artması, yəni ya doğum sayının azalması və ya yaşlıların ölümünün əskilməsinə, ya da bu iki amilin birgə təsiri nəticəsində arta bilər. Demək, təkrarlanma xarakterinin uzunmüddətli dəyişməsi əhalinin qocalmasının səbəbidir. 19 əsrin 60–70-ci illərindən başlayaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində doğum sayının uzunmüddətli azalması üzündən əhali çox qocalmışdır: bu ölkələrdə 60 və daha yuxarı yaşlı şəxslərin payı təqr. 16% təşkil edir. Yaşlı insanların payı 5–6% olan ölkələrdə əhali nisbətən cavandır. Əhalinin qocalmasına ayrı-ayrı yaş qruplarına müxtəlif dərəcədə təsir edən miqrasiya da səbəb ola bilər. Məsələn, gənclərin kənddən şəhərə miqrasiyası kənd əhalisinin qocalması ilə nəticələnir. Əhalinin qocalmasının sosial-iqtisadi baxımdan yekunları, əsasən, əmək qabiliyyəti olan hər nəfərə düşən pensiya yaşlı şəxslərin sayının artması ilə əlaqədardır.
Əhalinin sıxlığı
== Dünya ölkələrinin əhali sıxlığı göstəriciləri ==