Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələvilik
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.
Bədəvilik
Bədəvilik-sufi təriqəti === Yaranması === Onları Əhmədilər də adlandırırlar. Təriqətin banisi Əhməd Bədəvi (vəfatı: 1276-cı il) Fəsdə (Mərakeşdə) dünyaya gəlmişdir. Öncə Qurani-Kərimi, hədisləri və müsəlman hüququnu öyrənmiş, sonra təsəvvüf yolunu seçərək Əbdülqadir Geylani, Əhməd Rifai kimi məşhur sufilərin təlimləri ilə tanış olmuş, onların məzarlarını ziyarət etmişdir. Onun şeyxi məşhur mütəsəvvif Bədrəd-Din Həsən Məğribi olmuşdur. Əhməd Bədəvi həyatının çox hissəsini Misirin Tanta şəhərində keçirmiş, elə ora da vəfat etmişdir. Görkəmli məmlük sultanı Bəybars ona alim kimi böyük hörmət göstərmişdir. Misirdə geniş yayılmış təriqətlərdən olduğuna görə, ölkənin ictimai həyatında da mühüm rol oynamışdır. Lakin təriqət Misirdən kənarda az yayılmışdır. Əhməd Bədəvi "Məhəmməd nuru" ideyası haqqında söhbət açmış ilk şeyxlərdən olmuşdur. O öz mənəvi silsiləsinin Əli ibn Əbu Talibə (ə) qədər yüksəldiyini də qeyd etmişdir.
Səfəvilik
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncә Sünniliyә etiqad etsәlәr dә, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur.Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. == Səfəviyyə şeyxləri == Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl XətaiTəsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik). Lüğəvi mənası "yol" anlamına gələn təriqət təsəvvüfi mənada Allaha (c.c.) yetişmək ünü riayət olunan və bir sıra qayda və ayinləri olan yol deməkdir.
Sələfilik
İlk dövr Sələfiyyə— Lüğətdə- əvvəl gəlmək,keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır. == Sələfiyyənin yaranma tarixi == Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m.VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir.
Yəsəvilik
Yəsəvilər — sufi təriqəti Bu sufi təriqəti əslən türk olan Əhməd Yəsəvinin (vəfatı: 1166-cı il) adı ilə bağlıdır. O, məşhur sufi Yusif Həmədaninin davamçılarından olmuş və Mərkəzi Asiyada türk xalqlarının İslamı qəbul etmələri prosesində böyük rol oynamışdır. Dünyagörüşü və hüquqi məsələlərdə hənəfi məzhəbinə mənsub olan Yəsəvi, ənənəvi İslamla sufilikdəki mənəvi təcrübə arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışmışdır. Əhməd Türküstanda (müasir Qazaxıstanın Çimkənt şəhərinin yaxınlığında) anadan olmuş, təhsilini Buxarada almış və təsəvvüf yoluna qədəm qoymuşdur. Sonra o Yasiyə (Türküstana) gedərək ömrünün sonuna qədər orada yaşamışdır. Onun qələmə aldığı çoxsaylı kitablar arasında türk dilində ibrətamiz şeirlər toplusu olan «Divani Hikmət» əsəri dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o, tədrislə məşğul olaraq çoxlu tələbələr yetişdirmişdi. Onların sırasında türk soylu Süleyman Hakim Ata və Mənsur Ata kimi sufi xadimləri də olmuşdur. İlk vaxtlar Əhməd Yəsəvinin təriqəti Məvarənnəhr və Xarəzmdə məşhurlaşmışdır. Sonra isə bu təriqət Qafqazda, Anadoluda və Balkanlarda yayılmışdır.
Ələvilər
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Əsəbilik
Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir.
Həsən Ələvikia
Həsən Əbutalib oğlu Ələvikiya (1912 – 2013)—İranın hərbi xadimi, SAVAK-ın direktor müavini. == Həyatı == Həsən Əbutalib oğlu Ələvikiya 1 dekabr 1912-ci ildə Həmədan şəhərində anadan olmuşdu. İbtidai təhsilini doğma şəhərində, sonra İsfahanda, daha sonra isə Tehranda Sant Luis litseyində oxumuşdu. 1932-ci ildə Tehran hərbi akademiyasına daxil olmuş, 1934-cü ildə bu təhsil ocağını leytenant (setvan) rütbəsi ilə bitirmişdi.Sonra ali hüquq təhsili almışdı. Fars, fransız, ingilis, alman dillərini bilirdi. Həsən Ələvikiya orduda xidmət etmişdi (1949-1951). Həsən Ələvikiya SAVAK-ın direktoru müavini olmuşdu (1956-1961). Həsən Ələvikiya 20 aprel 2013-cü ildə ABŞ-də vəfat edib.
Ələvilər (Suriya)
Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية‎ - Al-Nusayrīyah, ya da ərəb. العلوية‎ - Al-Alawīya) — Suriyanın Lazkiyə, Baniyas və Tartus bölgələriylə Türkiyənin Hatay, Adana və Mersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu. == Yaranması == Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".Yalnız Suriya bölgəsində yayilmiş olan nüseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirdilər.
Ələvilər (Təbəristan)
Təbəristan Ələviləri (maz. تبرستون علویون ərəb. علويون طبرستان‎) — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın (İmam Həsən ibn Əli)nəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar.Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir.Paytaxtları Amul şəhəri idi.
Ələvilər Məscidi
Ələvilər məscidi — İranın Həmədan ostanının mərkəzi Həmədan şəhərində yerləşən və Səlcuqlu memarlığının ən gözəl nümunələrindən sayılan məscid. Məscid dəfələrlə bərpa olunmuş və hər bərpa zamanı abidəyə dövrün memarlıq ənənələrinə uyğun dəyişikliklər edilmişdir. Ələvilər məscidi və ya Ələvilər günbədini Qəzvinin Səlcuqlu dövrünə aid məscidləri ilə yaşıd hesab edirlər. İlkin çağında bir səlcuq məscidi olan bu abidə sonralar ələvilərin xanəgahı, namaz və ibadət yeri edildiyindən abidə daha çox Ələvilər məscidi adı ilə tanınmışdır. XIX əsrin əvvəllərində aparılan yenidənqurma işləri zamanı məsciddə zəngin gəc bəzək işləri aparılmış, içərisində yeraltı sərdabə quraşdırılmışdır. Ona görə də bu abidəni bəzi mənbələr türbə kimi də təqdim edir. Başqa səlcuqlular dövrü məscidləri kimi Ələvilər məscidinin də plan biçiminin kvadrat olmasına baxmayaraq yan üzlərdə açırımın olması ilə onlardan seçilir. Abidəyə yalnız şimal tərəfdən bir qapı gözü açılmışdır. Belə məkan qapalılığına ola bilsin ki, XIX əsrin dəyişmələri müəyyən təsir göstərmişdir. Ələvilər məscidini onunla çağdaş olan məscidlərdən fərqləndirən başqa bir cəhət onun bayır künclərində ulduzvarı planlı qülləciklərin olmasıdır.
Ələvilər sülaləsi
Ələvilər sülaləsi (ərəb. سلالة العلويين الفيلاليين‎‎) — Mərakeşin hakim sülaləsi. XVII əsrdən Sultan, 1957-ci ildən kral titulu daşıyırlar. Həmçinin Filialid və ya Filial şərifləri kimi də tanınır. Ələvilər sülaləsinin tarixi Səədi sultanlığının hakim sülaləsinin devrilməsindən sonra başlayır. Səədi sultanlığının hakimiyyəti dövründə dəniz quldurları Sale dəniz limanında bir növ muxtar respublika yaradırlar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşdə hakimiyyət hələ də ölkədə iqtidarda olan Ələvilər sülaləsinə keçdi. Ələvilər sülaləsi Tafilaltdan Sigilmas şəhərindən gəlmişdilər. Onlar Məhəmməd Peyğəmbərin nəvəsi Həsənin soykökündən olan şerif ailəsinə mənsub idilər.
Kürdlərdə sələfilik
Kürdlərdə sələfilik — Kürdüstan regionunda kürdlərin tətbiq etdiyi sələfi hərəkatının tarixi. Kürdüstanda sələfiliyin tarixi həmhüdud deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir. == Suriya Kürdüstanında == Hökuməti Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan Suriya Kürdüstanında hakim PYD İslam Dövlətinin yüksəlişindən sonra sələfiliyə qarşı sərt tədbirlər həyata keçirib. Suriya Kürdüstanından iki kürd sələfi hərəkatı var, məsələn, Salahəddin el-Kürdi Hərəkatı və Kürd İslam Cəbhəsi. Bu qrupların hər ikisi özlərini kürd hərəkatı hesab edir və hər ikisi daim kürdlərin, kürdlərin hüquqlarının və kürd dilinin qorunmasının prioritet olduğunu bəyan edirlər. Lakin onların hər ikisi məhdudiyyətlə üzləşdi və Kürd İslam Cəbhəsi sonradan dağıldı. PYD-nin sərt dünyəvi-liberal siyasətləri kürdlər arasında müəyyən qəzəb doğurdu və Suriya Kürdüstanından olan bir çox mühafizəkar kürdlər Kobaninin mühasirəsi zamanı İŞİD-lə əməkdaşlıq etməklə şöhrət qazandılar, çünki onlar PYD-nin ideologiyasını İŞİD-i daha yaxşı bir alternativ kimi qiymətləndirdilər. == Türkiyə Kürdüstanında == Cənub-şərqi Anadoluda kürdlərin çoxluq təşkil etdiyi bölgələr türklərin çoxluq təşkil etdiyi bölgələrə nisbətən daha dindar və mühafizəkar olması ilə tanınır və bu, çox vaxt radikallaşmaya səbəb olur. 2010-cu illərdən Bingöl və Adıyamandan gələn kürd dalğası sələfiliyi qəbul edir. Bingöl əvvəllər Kürd Hizbullahının qalası idi və kürdlərin çoxluq təşkil etdiyi başqa bir şəhər olan Adıyaman isə əvvəllər tütünçülüyü ilə tanınırdı.
Əbədilik yolu ilə (film, 1975)
== Məzmun == Film cəbhələrdə düşmənlə vuruşa-vuruşa Sevastopoldan Berlinə qədər uzun və ağır bir yol keçmiş 77-ci diviziyadan söhbət açır. Filmin qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev öz döyüş yoldaşları, diviziyası barədə xatirələrini söyləyir. Film Sevastopolda və Bakıda çəkilmişdir.
Elçilik
Elçilik — Qızbəyənmədən sonrakı xalq adətidir. Elçilik əsaən qızın və ya ailəsinin haqqında məlumat yığıldıqdan sonra olur. Azərbaycan adətlərinə görə elçilik prosesi çox zəngindir. Evlilik 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələ. Belə ki, qızı almağa qərar verildikdən sonra ana ata və ya yaxın adamlardan kimsə qız evinə gedər qız evinin ağzını yoxlayardılar. Buna “söz alma”, “hə alma deyilir”. Əgər qız evinin razılığı olarsa elçilik tarixi dəqiqləşdirilir. Yox əgər qız evi razı deyilsə bu oğlan evi üçün pis olduğundan bu hadisəni gizli saxlanılması istənilir. 2-ci mərhələdə isə qız evindən hə alındıqdan sonrakı mərhələdir.
Elçilik (film, 2017)
Elçilik (film, 2017) (qaq. Dünürcülük) — rejissorluğunu Ivan Patramanın etdiyi, senarisini Todur Marinoqlonun yazdığı ilk qaqauz filmi. Tarixi film qaqauz yazıçısı Nikolay Baboqlonun eyniadlı hekayəsi əsasında 2017-ci ildə ekranlaşdırılıb. Film iki gəncin sevgi əhvalatı fonunda qaqauz xalqının özgürlüyünü göstərib. Filmin çəkiliş dili qaqauzcadır.
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik (1617)
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik — Şah Abbasın hakimiyyəti dövründə Rus çarlığının Səfəvi sarayına göndərmiş olduğu elçilik nəzərdə tutulur. == Elçilik == 1617-ci ildə Abbas Rusiyanın ilk Romanov sülaləsindən olan Mixailin göndərdiyi elçilər tərəfindən ziyarət edildi. Şah elçiləri qarşılaşamaq üçün taxtına çıxdıqdan sonra diplomatik fikir alış-verişi başladı. Rusların göndərdiyi heyət kiçik miqyaslı və əsasən kommersiya xarakteri daşıyırdı, bu dönəmdə Səfəvi tacirləri şahın şəxsi hesabına ipək satır və bunun müqabilində xəzlər, ov şahinləri və silahlar alırdılar. Həmçinin hər iki tərəfdə də Osmanlı imperiyasına qarşı ittifaq formalaşdırmaq düşüncəsi mövcud idi. Digər tərəfdən Abbasda rusların öz təsir dairələrini Qafqaza doğru genişləndirmələrinə görə narahatlıq mövcud idi. Bundan başqa, Səfəvi imperiyasının Rusiyaya olan marağı sonuncuda Mixailin taxta çıxmasına gətirib çıxaracaq qarışıqlıq dövrü başladıqdan sonra azalmışdı. İvan İvanoviç Çiçerinin başçılıq etdiyi bu sonuncu rus elçilik heyəti Abbasa hədiyyə olaraq ov şahinləri gətirmişdi və Abbas bu quşları Xan Aləmə hədiyyə etdi. Abbas rusların elçiliyi ilə o qədər dərindən maraqlanmadı, çünki bu zaman o, tezliklə hakimiyyətinin böyük zəfərlərindən birini gətirəcək Avropa ilə münasibətləri inkişaf etdirməkdə daha çox maraqlı idi. == Həmçinin bax == Səfəvi imperiyası == İstinadlar == == Mənbə == David Blow.
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik — Səfəvi şahı Abbasın 1620-ci ildə Böyük Moğol imperatoru Sultan Cahangir şahın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Elçiliyin əsas məqsədi Qəndəharın Səfəvi imperiyasına qatrarılmasını təmin etmək idi. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. Bu zaman ilk elçilik moğollar tərəfindən göndərildi. Elçiliyə moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik (1604)
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik — Böyük Moğol imperatoru Əkbər şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. Bundan sonra Əkbər şah onun yanına elçilik göndərib onu təbrik etmək qərarına gəldi. == Elçilik == Əkbər göndərdiyi məktubda Abbası həm özbəklər, həm osmanlılar, həm də daxili düşmənlər üzərində qazandığı qələbələrə görə təbrik edirdi. Elçilik Əkbərin Abbas üçün göndərdiyi xeyli sayda qiymətli hədiyyələri də şaha təqdim etdilər. Şah hədiyyələrlə o qədər də maraqlanmadı, bircə hədiyyələr içində olan qılınc onun diqqətini çəkdi və Əkbərin Əmir Teymurun soyundan gəldiyi üçün qılıncı gələcəyə dair yaxşı bir işarə olaraq qəbul edib yaxından maraqlandı. Moğol elçisi İrəvan tutulana qədər şahın düşərgəsində qaldı və şəhər ələ keçiriləndən bir ay sonra geri dönmələrinə icəzə verildi.Abbas elçilik heyəti ilə dostcasına davransa da, onları qarşılamaq üçün xüsusi mərasim təşkil etmədi. O, hakimiyyətə yeni çıxan zaman Əkbərin sarayının buna reaksiyasından narahat olsa da, indi özünü daha güclü hiss edirdi və moğol imperatorunun Qəndəhara sahib olmasından da narazı idi. == Həmçinin bax == Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik == İstinadlar == == Mənbə == * David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend.