Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağırov Məhərrəm Əlikömək oğlu
Əliköməktəpə
Əliköməktəpə — Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndi yaxınlığında yerləşən eneolit dövrünə aid yaşayış yeri. Qazıntılar zamanı aşkarlanmış at sümüklərinə əsasən, güman edilir ki, at əhliləşdirilməsi məhz bu eneolit dövründə (daha dəqiq e.ə. V minillikdə) başlayıb, bununla da Əliköməktəpə abidəsi Qafqaz və Ön Asiyada atın əhliləşdirildiyi yer kimi tanınır. Fərman Mahmudovun araşdırmalarına görə, qazıntılar zamanı tapılmış çoxsaylı gil qablar abidənin ərazisində ikinci ən böyük tapıntıdı. Qazıntılar zamanı rənglə örtülmüş 300-dən artıq gil qab nümunələri aşkar olunmuşdur. Tapıntıların bir çoxu monoxrom rəsmlərlə bəzədilmişdir. Qəhvəyi və qırmızı rəsmlərin böyük hissəsi üçbucaqlar, romblar, düz və əyri xəttlərdən ibarətdilər. Həmçinin yaşayış yerində Enolit dövrünə xas olan dini inanc abidəsi sayılan dairəvi otaq aşkarlanmışdır. Tarix elmləri doktoru Rəşid Göyüşovun fikrinə görə, otağın yerləşdiyi bina ovsun mərasimlərinin keçirilməsi üçün istifadə olunurdu, bunun sübutu bina və otağın memarlıq quruluşundadı: binalar çiy kərpiclə dördkünc formada hörülmüşdür, otağın divarları isə gillə suvanmış, üstündə isə ağ gillə şirələnmişdir, həm də hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, B.,1980 Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984.
Əliköməktəpə yaşayış yeri

Əlikəmər (Nəmin)
Əlikəmər (fars. علي كمر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (13 ailə).
Əlikösə (Duzluca)
Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.
Əlikoma dağı
Əlikoma dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1630 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır.