Əmirülüməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi.
İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş
tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi.
Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş
bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra
vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz
sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş
Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş
Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid
sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və
Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra
vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil
və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki
mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən
aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra
vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar
etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər.