Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Primnis
Primnis və ya Prumnis (q.yun. Πρύμνις və ya Προύμνις) — yunan mifologiyasında personaj. O, Korinf çarı I Agelin oğlu qardaşı və davamçısıdır.Korinf çarı Primnis Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Qədim müəlliflər Agelin e.ə. 992-ci ildən 957-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Bakxis olmuşdur.
İrimis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı.Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir.Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı. Bu dövrdə orta sinif spinsterlər və onların evli yaşıdları sevgi və evlilik ideallarına çox ciddi yanaşırdılar və spinsterlik, həqiqətən də, onların bu ideallara sadiq qalmalarının bir nəticəsi idi. Belə qadınlar kişilər aşağı gəlirli olduğuna görə deyil, ürəkdən sevdikləri birini tapa bilmədiklərinə görə evlənmirdilər.XIX əsrdə dərc edilən Peterson's Magazine jurnalının bir sayında qadınlar, hətta heç vaxt evlənməmək bahasına belə olsa, həyat yoldaşı seçərkən seçici olmağa təşviq edilirdilər.
Tarımış (Xoy)
Tarımış (fars. تاريميش‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Prisis Ruiz
Prisis Ruiz (d. 28 yanvar 2002) — Kubalı suya tullanan. Prisis Ruiz Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Prisis Ruiz birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 184.90 xal toplayaraq 38-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. == Haqqında == Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.