Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا‎‎‎, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Əsədiyyə
Əsədiyyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Dərmiyan şəhristanının mərkəzidir.
Əzəliyyə
Əzəliyyə (fars. ازلی‎; azərb. Azali Bábí‎) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.
Astaneyi-Əşrəfiyyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
İraqiyyə Tv
İraqiyyə Tv — İraq Kommunikasiya Şəbəkəsinin əsas yayımı olan “İraqiyyə” TV ləğv edilmiş “İraq” televiziya kanalının yerinə yaradılıb. Bu gün “İraqiyyə” TV İraqda xalqın istəklərini yerinə yetirən, topluluqlara bərabər şəkildə yer ayıran və İraq televiziyaları arasında dövlət yayım siyasəti həyata keçirən bir televiziya kanalıdır. == Yaranma tarixi == “İraq” televiziya kanalının yerinə yaradılmış İraqiyyə Tv 2003-cü il aprelin 14-də əvvəlcə radio yayımı ilə işə başlayıb. 2003-cü il mayın 1-də Səddamın Konqreslər Sarayında olan studiyada yayıma başlayıb. == Fəaliyyəti haqqında == Digər şəhərlərdə dövlətə bağlı televiziya kanalları öz imkanları ilə bəzi xəbər və proqramlar təqdim etməyə başlayıb. Daha sonra isə dövlətin digər rəsmi kanalları fəal şəkildə işə başlayıb. “Reach Society” təşkilatının apardığı araşdırma nəticəsində İraqda yayımlanan təxminən 100-ə yaxın televiziya kanalı arasında “İraqiyyə” TV 1-ci yerdədir. İraqda əhəmiyyətli KİV olan “İraqiyyə” TV ərəb dünyasında təşkil edilmiş festivallarda təmsil olunub. Telekanal XI Qahirə Radio və Televiziya Festivalı, 2007 Krtaç (Morokko) Radio və Televiziya festivallarına qatılıb. 2007-ci ilin sonuna qədər media 75 şəhid və 68 yaralı verib.
Şərqiyyə Hüseynova
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006). == Həyatı == Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib.Qızının da bir qızı var - Ayan. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı verilmişdir. Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Şərqiyyə Vəliyeva
Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. == Həyatı == Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub.Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır.1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir.Şərqiyyə Vəliyeva Sabir Vəliyevlə ailə qurmuş, ailəliklə maldarlıqla məşğul olmuşlar.
Ələviyyə Babayeva
Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü. == Həyatı == Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A. Qaydarın "Uzaq ölkələr" (1950), V. Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V. Q. Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V. Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951–1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973–1976), sonra baş redaktor (1976–1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur.Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart. Əfruz C. Təyyarəçi qız [Şeir] // Ədəbiyyat qəzeti, 1943.- 22 dekabr.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Əl-Ərəbiyə
Əl-Ərəbiyə adası (ərəb. جزيرة العربی‎) — Fars körfəzində Farsi adası yaxınlığında Səudiyyə Ərəbistanı adalardan biridir.
Astaneyi-Əşrəfiyyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşiəhali : 72,867 nəfər (2006 s.a.)şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşiəhali : 34,934 nəfər (2006 s.a.)şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində :Astaneyi-Əşrəfiyyə şəhəriƏhalisi : 36,298 nəfər (2006 s.a.)Kiyəşəhr bəxşində :Kiyəşəhr şəhəriƏhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Əl Şərqiyyə TV
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal. == Tarixçə == Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb. == Kanalın yaradılmasında məqsəd == İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub. == Fəaliyyəti == “Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır.