Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərəxs
Sərəxs — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Sərəxs şəhristanının mərkəzi.
Sərəxs şəhristanı
Sərəxs şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərəxs şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 85,524 nəfər və 19,485 ailədən ibarət idi. Sərəxs bölgəsinin milli tərkibi qarışıqdır, belə ki burada Türklər (Azərbaycan kökənlilər, Şahsevənlər və Kəlat bölgəsindən olan Xorasan türkləri), Türkmənlər, Bəluclar, Ərəblər, Farslar və Həzaralar yaşayırlar. Əhali bütünlükdə müsəlmandır. Bölgə əhalisi şiələr və sünnilər (hənəfilər) dən ibarətdir.