Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əttarlıq
Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. == Tarixi == Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.
Xəttatlıq
Xəttatlıq və ya kalliqrafiya (yun. καλλιγραφία — "gözəl xətt") — təsviri incəsənətin sahələrindən biri. Onu həmçinin nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir: "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". Xəttatlıq yazını nəfis şəkildə şrift, əl və əlifba kimi yazmaq bacarığıdır. Kalliqrafiya əşya və lövhə üzərində məişət yazısından yüksək incəsənət nümunələrinə qədər geniş bir sənətdir. Kalloqrafiyada həmişə hərflər standart formada yazılmır.. Müasir dövrdə kalliqrafiya bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənəd təkrarında isrifadə edilir. Xəttatlıq həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə, əllə yazılması nəzərdə tutulan sənədlərdə ( məsələn, doğum şəhadətnaməsi ) istifadə edilir. == Azərbaycanda xəttatlıq == Xəttatlıq Azərbaycan xalqının uzun əsrlərdən bəri yaşatdığı qədim sənət növlərindən biridir.
Murad Səttarlı
Murad Mütəllim oğlu Səttarlı (9 may 1992-ci ildə Şəmkirdə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçudur. == Karyerası == === Klub === 2014-cü ilin yanvar ayında Murad Qarabağ klubundan Simurq klubuna transfer olunmuş və bu klub ilə altı aylıq müqavilə imzalamışdır. Bir il sonra 2015-ci ilin yanvar ayında Səttarlı qarşılıqlı razılıq əsasında Simurq ilə yollarını ayırmışdır.17 iyun 2016-cı ildə Murad Zirə klubu ilə iki illik müqavilə imzalamışdır.25 dekabr 2017-ci ildə Murad Kəpəz klubu ilə bir illik müqavilə imzalamışdır. === Milli komanda === Murad Səttarlı Azərbaycanın əsas milli komandası ilə debütünü 26 may 2016-cı ildə yoldaşlıq oyununda Andorra millisinə qarşı oyunda etmişdir. == Karyera statistikası == === Klub === 20 May 2016 tarixində yenilənib === Milli komanda === 26 May 2016-cı il məlumatlarına əsasən.
Əttarlar məhəlləsi
Əttarlar məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.Məhəllə gəncəlilər tərəfindən tarix boyu "Çayqırağlılar" məhəlləsi olaraq da adlandırılıb. == Haqqında == Bu məhəllənin Əttarlar adlanmasına səbəb burada ətriyyat satanların çox olmasına görə olmuşdur. Məhəllə sakinləri yerli gəncəlilərdən ibarətdir və şəhər əhalisi arasında Əttarlar məhəlləsinin sakinləri Çayqıraqlılar kimi tanınır. Mürsəl ağa qəbirstanlığıda da bu ərazidə yerləşirdi. Əttarlar məhəlləsində 1804-cü ilin may ayında 40 ev 151 nəfər (67 kişi + 84 qadın) olmuşdur. 1916-cı ildə isə burada 846 ailə yaşayırdı. Məhəllədən keçən Karxana arxı, Məşədi Həsən Dadanovun tütün manufakturasının ehtiyacları üçün sərf olunurdu. Məhəllədədə doğulmuş ziyalılardan Gəncənin məşhur zərgəri Məşədi Məmmədəli Mahmudzadə və Əli Razi Şəmçizadə olmuşdur.
İftarlıq limonad
Iftarlıq Limonad (türk. İftarlık Gazoz) — rejissorluğunu və senaristliyini Yüksel Aksunun etdiyi, baş rollarda Cem Yılmaz və Berat Efe Parların olduğu 2016 komediya növündəki kinoteatr filmidir. Filmin premyerası 2016-cı ilin Yanvar ayının 28-də Kanyon AVM-də oldu. Film 2016-cı ilin Yanvar ayının 29-da viziona girdi. Film 5 həftə ərzində 307 fərqli kino salonunda nümayiş olunmuşdur. Ümumi 960.898 tamaşaçıyla 11.569.063 TL hasilat etmişdir. == Məzmun == 1970-ci illərin əvvələrində bir Egey qəsəbəsində ailəsi ilə birlikdə yaşayan Adəm ağıllı və müvəffəqiyyətli bir şagirddir. 5-ci sinfi bitirər bitirməz yay tətilini yaxşı qiymətləndirmək üçün ailəsinə Limonad satan Cibar Kamal Usta ilə işləmək istədiyini deyər. Güc-bəla icazə alan Adəm Limonad satanın çırağı olaraq Cibar Kamalın yanında işə başlayır. Ramazan ayının ilk günləridir, Adəm məsciddə oruc haqqında vəz edən müəllimin dediklərindən təsirlənər və oruc tutmağa qərar verir.
Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əbcəd آزربایجان مدنییّتینده ختّاتلیق‎) — xəttatlığın Azərbaycan ədəbiyyatı və təsviri incəsənətində oynadığı rol. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir. == Tarixi == === Orta əsrlər === Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.Orta əsrlərdə yaşamış xəttatlara Azərbaycan ədəbiyyatının nümayəndələri olan qəzvinli Kişvəri, Məhəmməd Tahir Vəhid Qəzvini, Sadıq bəy Əfşar misal göstərilə bilər. Orta əsr Azərbaycan əlyazmaları Xəlil bin Əhməd, Səfəvilər dövründə Şah Mahmud Nişapuri, Məhəmməd ibn Hüseyn Katib Nişati, Mahmud Şirazı, XVIII əsrdə Şamaxılı Osman ibn Mahmud Əfəndi, Kazım Qaradonlu və s. kimi katib və xəttatlar tərəfindən köçürülmüşdür.
İftarlıq Limonad (film, 2016)
Iftarlıq Limonad (türk. İftarlık Gazoz) — rejissorluğunu və senaristliyini Yüksel Aksunun etdiyi, baş rollarda Cem Yılmaz və Berat Efe Parların olduğu 2016 komediya növündəki kinoteatr filmidir. Filmin premyerası 2016-cı ilin Yanvar ayının 28-də Kanyon AVM-də oldu. Film 2016-cı ilin Yanvar ayının 29-da viziona girdi. Film 5 həftə ərzində 307 fərqli kino salonunda nümayiş olunmuşdur. Ümumi 960.898 tamaşaçıyla 11.569.063 TL hasilat etmişdir. == Məzmun == 1970-ci illərin əvvələrində bir Egey qəsəbəsində ailəsi ilə birlikdə yaşayan Adəm ağıllı və müvəffəqiyyətli bir şagirddir. 5-ci sinfi bitirər bitirməz yay tətilini yaxşı qiymətləndirmək üçün ailəsinə Limonad satan Cibar Kamal Usta ilə işləmək istədiyini deyər. Güc-bəla icazə alan Adəm Limonad satanın çırağı olaraq Cibar Kamalın yanında işə başlayır. Ramazan ayının ilk günləridir, Adəm məsciddə oruc haqqında vəz edən müəllimin dediklərindən təsirlənər və oruc tutmağa qərar verir.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.