XƏTTATLIQ

сущ. каллиграфия (искусство писать чётким, ровным и красивым почерком)
XƏTTAT
XƏTTİ
OBASTAN VİKİ
Xəttatlıq
Xəttatlıq və ya kalliqrafiya (yun. καλλιγραφία — "gözəl xətt") — təsviri incəsənətin sahələrindən biri. Onu həmçinin nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir: "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". Xəttatlıq yazını nəfis şəkildə şrift, əl və əlifba kimi yazmaq bacarığıdır. Kalliqrafiya əşya və lövhə üzərində məişət yazısından yüksək incəsənət nümunələrinə qədər geniş bir sənətdir. Kalloqrafiyada həmişə hərflər standart formada yazılmır.. Müasir dövrdə kalliqrafiya bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənəd təkrarında isrifadə edilir. Xəttatlıq həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə, əllə yazılması nəzərdə tutulan sənədlərdə ( məsələn, doğum şəhadətnaməsi ) istifadə edilir. Xəttatlıq Azərbaycan xalqının uzun əsrlərdən bəri yaşatdığı qədim sənət növlərindən biridir.
Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əski. آزربایجان مدنییّتینده ختّاتلیق‎) — tarixən və müasir dövrdə Azərbaycan mədəniyyətində ərəb əlifbası ilə icra edilən xəttatlıq. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir. == Tarixi == === Orta əsrlər və erkən müasir dövr === Orta əsrlərdə Azərbaycan ərazisində rəssamlar əsasən xəttatlıq ilə məşhur idilər. Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.

Digər lüğətlərdə