Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur.Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb. Film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Arxaşan (Çaldıran)
Arxaşan (fars. ارخشان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (31 ailə).
Aradan şəhristanı
Aradan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aradan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 15,418 nəfər və 4,437 ailədən ibarət idi.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Dəqiqlik və tanıma
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Obraz tanıma nəzəriyyəsi
Obraz tanıma nəzəriyyəsi — bəzi xüsusiyyətlər və atributların məhdud dəsti ilə xarakterizə olunan obyektlərin, hadisələrin, proseslərin, siqnalların, vəziyyətlərin və s. obyektlərin təsnifləşdirilməsi və müəyyənləşdirilməsinin əsaslarını və metodlarını inkişaf etdirən kompüter elmləri və əlaqəli fənlər bölümü. Bu cür problemlərə, məsələn, yol siqnallarına görə küçəni keçərkən və ya avtomobil idarə edərkən rast gəlinir. İşıqforun rəngini tanımaq və yol qaydalarını bilmək küçəni keçib-keçə bilməyəcəyiniz barədə düzgün qərar qəbul etməyə imkan verir. Bu cür tanıma ehtiyacı müxtəlif sahələrdə — hərbi işlərdən və təhlükəsizlik sistemlərindən analoq siqnalların rəqəmsallaşdırılmasına qədər yaranır. Təsvirin tanınması problemi, insanın özünə gələn mesajları xətti-ardıcıl dərk etməsinin öhdəsindən gəlmədiyi hallarda böyük əhəmiyyət kəsb edir. Bu hallarda beyin bu cür tanıma ilə xarakterizə olunan eynizamanlı qavrayış və düşünmə rejiminə keçir və məlumatın həddən artıq yüklənməsi baş verir. Təsadüfi deyil ki, naxış tanıma problemi, fənlərarası tədqiqat sahəsində, o cümlədən süni intellektin yaradılması ilə əlaqədar olaraq ortaya çıxıb və nümunələrin tanınması üçün texniki sistemlərin yaradılması getdikcə diqqəti cəlb edir. == Obrazı tanımada istiqamətlər == İki əsas sahəsi vardır : Canlı varlıqların tanıma qabiliyyətlərinin öyrənilməsi, izahı və modelləşdirilməsi; Tətbiqi məqsədlər üçün fərdi problemlərin həlli üçün nəzərdə tutulmuş qurğuların qurulması nəzəriyyəsi və metodlarının inkişafı. == Problemin rəsmi ifadəsi == Obrazın tanınması, bu məlumatları qeyri-vacib məlumatların ümumi kütləsindən xarakterizə edən əsas xüsusiyyətləri vurğulamaqla mənbəli məlumatların müəyyən bir sinfə təyin edilməsidir.
Kötü İnsanları Tanıma Senesi
Kötü İnsanları Tanıma Senesi (azərb. Pis insanları tanıma ili‎) — Sagopa Kajmer tərəfindən Melanxoliya musiqi etiketi ilə çıxarılan ilk solo albom. Albom 13 mart 2008-ci ildə yayımlanmışdır. Həmçinin, albomun instrumental parçaları 28 fevral 2015-ci ildə Sagopa Kajmerin rəsmi YouTube hesabından yayımlandı. Sagopa Kajmer, əvvəlki tərzini davam etdirəcəyini söylədiyi albomun adı ilə əlaqədar şərhlər haqqında da açıqlama verdi. O, albomun adının heç kimə xüsusi olaraq yazılmadığını bildirmişdir. Albomun istehsalı, albomdakı skreçlər və sözlər ona aiddir. Sadəcə "Gölge Haramileri" mahnısının bir hissəsi ona aid deyil.Albomun ilk 5000 nəşri kolleksiyaçılar üçün Limited Edition olaraq təyin edilmişdir. Xüsusi buraxılışda, Sagopa Kajmerin 5 dəqiqə qarışıq konsert görüntülər, 2 şəkil, o cümlədən afişa və stiker yer alır.
Arxada qalmış gələcək (film, 2004)
Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər. == Məzmun == 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır.
Kötü İnsanları Tanıma Senesi (albom)
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Əyriboyunluq
Əyriboyunluq (ing. tortikollis) – yumşaq toxumaların, skeletin və boyun sinirlərinin dəyişikliyi nəticəsində başın əks tərəfə dönməsidir. Anadangəlmə və qazanılmış olur. Uzun müddət davam etdikdə sifətin və kəllənin asimmetriyası, plagiosefaliya, fəqərənin deformasiyası yaranır. Spastik – əyriboyunluğun növü olub, distonik xəstəlikdir, boyun əzələlərinin patoloji gərginliyi nəticəsində başın düzgün formada olmamasıdır.
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Ardahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Ariadna
Ariadna (q.yun. Ἀριάδνη) — Qədim Yunan mifologiyasında Krit hökmdarı Minosun qızı, Fedranın bacısı. Əfsanəvi qəhrəman Tesey Minotavrı öldürərkən Ariadnanın köməyindən istifadə etmişdir.Minotavr yolu tapa bilməsin deyə kral mahir usta Dedala labirint düzəltməyi əmr etmişdi və Minotavrı bu labirintə həbs etmişdi.Tesey isə xalqı bu qorxulu varlıqdan xilas etmək üçün labirintə girdiyi zaman Ariadna ona ip verir.Beləliklə,Tesey labirintə girir və nəhəng Minotavrı öldürür və Ariadnanın ipi vasitəsilə ordan xilas olmağı bacarır.Ariadna Minotavrı öldürməsi üçün Teseyə kömək etdikdən sonra onlar Kriti birlikdə tərk edirlər. Sonra Tesey məlum olmayan səbəblərə görə Ariadnanı Dia adasında qoyub gedir. Bundan sonra Ariadna şərab və ehtiras allahı Dionisə ərə gedir. === Film və seriallar === Kristofer Nolanın məşhur "Başlanğıc" ("İnception") filmində öz qurduğu xəyali labirintdə azan Cebbə kömək edən və onu buradan çıxarmağı bacaran tələbə qız obrazı Ariadna adını daşıyır. === Ədəbiyyat === Aqata Kristinin məşhur detektiv qəhrəmanı Herkül Puaroya bəzi hekayələrdə kömək edən və ona ipucu verməyi bacaran detektiv əsərlər yazarı xanım Ariadna Oliver adını daşıyır. Umberto Ekonun məşhur "Qızılgülün adı" kitabının baş qəhrəmanı Baskervilli Uilyam hadisələrin baş verdiyi monastırın nəhəng kitabxanasında azarkən onun tələbəsi geyim kimi istifadə etdiyi örtüyünü sökür və bu zaman əsərdə "Ariadna ipi" ifadəsi xatırlanır. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Arkadak
Arkadak — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Xarxatan
Xarxatan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2054 nəfərdir. Tanınmış ziyalısı Şahab müəllim Babayev. == Toponimiyası == Belə ehtimal edilir ki, oykonim XIII əsrdə Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın işğallarında iştirak etmiş monqol tayfalarından olan xartaqanların adı ilə bağlıdır. Güman ki, Hülakülərin talış zonasına köçürdüyü monqol tayfaları içərisində xarlaqanlar da olmuşdur. Kəndin adı XIX əsrdə Xortaqan variantında qeydə alınmışdır. Rusiya ərazisində eyniadlı göl mövcuddur.Xarxatan yerli sakinlər tərəfindən talış dilində Xəxərton adlandırılır. Xəxərton-Xarxatan qeyri-şəffaf toponimdir. Toponimin izahı ilə bağlı bir neçə mülahizə vardır. Beləki, toponim gah “Xərqəltan” (fars dilində “eşşək batan yer”), gah “Xılxəton” (“çökək yerdə yerləşən kənd”) sözləri, gah da monqol mənşəli “Xartaqan” tayfasının adı ilə əlaqələndirilir.
Arxaplan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Arkada
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən qarşılıqlı asılıdır. Roma memarlığının öyrənilməsi göstərir ki, Roma memarları müəyyənləşmiş münasibətlər hazırlamışlar. Oyuqların eni onun hündürlüyündən iki dəfə azdır, aralıq divarın eni oyuqların enindən iki dəfə azdır, divarın qalınlığı isə aralıq divarın enindən iki dəfə azdır. Başqa sözlə, oyuğun forması özünü düzbucaqlı kimi göstərir.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Tanıq
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Tanısau (Uçalı)
Tanısau (başq. Танысау, rus. Танычау) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, kənd sovetliyindən (Axun): 7 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (49 %), başqırdlar (50 %) üstünlük təşkil edir.
Arbatan (Heris)
Arbatan (fars. اربطان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,824 nəfər yaşayır (670 ailə).
Arbatan (Mərənd)
Arbatan (fars. ارباتان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,582 nəfər yaşayır (336 ailə).
Ariadna Şengelaya
Ariadna Vsevolodovna Şengeleya (13 yanvar 1937, Daşkənd) — sovet və rus aktrisası, Gürcüstan SSR və Rusiyanın xalq artisti. == Həyatı == Ariadna Şengelaya (Ariadna Şprink) 13 yanvar 1937-ci ildə Daşkənddə anadan olub. ÜDKİ-də təhsil alıb (1960). "Yevgeni Onegin" filmində canlandırdığı Tatyana Larina obrazına görə II Ümumittifaq Kinofestivalının "Aktyorlar üçün mükafat" nominasiyasının laureatı olub. Tbilisidə Rus Dram Teatrında, Gürcüstanfilmdə (1960-1980), M.Qorki adına kinostudiyada (1980) çalışıb. Eləcə də C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir neçə filmdə çəkilmişdir. Gürcüstan SSR-in (1979) və Rusiyanın (2002) xalq artistidir. == Filmoqrafiya == Yevgeni Onegin (film, 1958) Romeo mənim qonşumdur (film, 1963) Ən vacib müsahibə (film, 1971) Bizi bağışlayın (film, 1979) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Arbatan (Salyan)
Arbatan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Arbatan Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kur çayının sağ sahilindən bir qədər aralı, Salyan düzündədir.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Animage
Animage (アニメージュ, Animeyc) – Tokuma Shoten-in anime haqda 1978-ci ilin iyul ayından çap etməyə başladığı jurnal. Hayao Miyazakinin məşhur "Nausicaä of the Valley of the Wind" manqası məhz bu jurnalda 1982-1994 illər ərzində çap olunurdu. == Tarixi == İyul 1978: İlk nəşr Yanvar 1980: İlk Anime Grand Prix mükafatının verilməsi İyul 1982: 50-ci nəşr İyun 1983: 5 illik yubiley Sentyabr 1986: 100-cü nəşr İyun 1988: 10 illik yubiley Noyabr 1990: 150-ci nəşr İyun 1993: 15 illik yubiley Yanvar 1995: 200-cü nəşr İyun 1998: 20 illik yubiley, jurnallar üçün A4 formatına keçid, adı アニメージュ-dan Animageyə dəyişdirildi Mart 1999: 250-ci nəşr İyun 2002: iyul nəşrindən başlayaraq adı katakana ilə アニメージュ-yə qaytarıldı May 2003: 300-cü nəşr İyun 2003: 25 illik yubiley İyun 2008: 30 illik yubiley İyun 2013: 35 illik yubiley == Anime Grand Prix == Anime Grand Prix mükafatı hər il oxucuların arasında keçirilən sorğu əsasında verilir. İlk dəfə mükafat 1980-ci ildə verildi və hər il iyun ayının nəşrində həmin ilin qalibi açıqlanır. == Mənbələr == Patten, Fred. Watching Anime, Reading Manga: 25 Years of Essays and Reviews. Stone Bridge Press. 2004. ISBN 1880656922.
Kanibağ (Piranşəhr)
Kanibağ (fars. كاني باغ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 312 nəfər yaşayır (53 ailə).