Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Bəxtiyar Əzizli
Bəxtiyar Kamal oğlu Əzizli — Azərbaycanlı sahibkar, “TOBOIL” və “Neftgen” şirkətlərinin təsisçisi və icraçı direktoru, “Baxmedia” layihəsinin rəhbəri. == Həyatı == Bəxtiyar Kamal oğlu Əzizli 19 aprel 1984-cü ildə Bakıda doğulmuşdur. == Təhsili == Bəxtiyar Əzizli 1990-2000-ci illərdə orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Beynəlxalq Universiteti “Nəqliyyatın daşınması və idarəetmənin təşkili” fakültəsinə qəbul olmuş, 2004-cü ildə həmin təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir. == Karyera == 2009-cu ildə “TOSOİL” Şirkətlər Qrupunda növbə rəisi vəzifəsində işləyib. O, 2010-cu ildə həmin şirkətin Təsərrüfat şöbəsinin müdiri, daha sonra xəzinədarı olub. 2016-cı ildə neft sektorunda ixtisaslaşan “TOBOİL” və “Neftgen” şirkətlərini təsis edib. 2020-ci ildə “Baxmedia” şirkətini yaradıb.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanın yunan-roma güləşçisi. Üçqat dünya və ikiqat Avropa çempionu. == Karyerası == Eldəniz Əzizli güləşlə 2000-ci ildən məşğul olmağa başlayıb. 2007, 2008 və 2009-cu illərdə kadetlər arasında, 2010 və 2011-ci illərdə isə yeniyetmələr arasında Avropa çempionu olub. 2010 və 2012-ci illərdə yeniyetmələr arasında dünya çempionu adını qazanıb. 2013-cü ildə Kazanda təşkil olunmuş Ümumdünya Yay Universiadasında üçüncü olub.2018-ci ildə 55 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub. == Şəxsi həyatı == Eldəniz Əzizli futbol mütəxəssisi Şahin Diniyevin bacısı oğlu, yazıçı və publisist Akif Şahverdiyevin isə kürəkənidir.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sabir Əzizli
Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan — 29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacəddin Əzizli
Tacəddin Sahəddin oğlu Əzizli (7 avqust 1994, Sarvan, Salyan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Tacəddin Əzizliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Əziz Əzizli
Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. == Həyatı == Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.
Əzizli (Germi)
Əzizli (fars. عزيزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Əzizli (Göyçə)
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Əzizli (Hurand)
Əzizli (fars. عزيزلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (29 ailə).
Əzizli (Xaçmaz)
Əzizli (əvvəlki adı: Aronovka) — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aronovka kəndi Əzizli kəndi adlandırılmışdır.
Sadiq Əzizli
Sadiq Zaur oğlu Əzizli (13 mart 2003; Qaradağ rayonu, Bakı, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Sadiq Əzizli 13 mart 2003-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda Zaur Əzizlinin ailəsində anadan olmuşdur. Əslən Qobustan rayonunun Dərəkənd kəndindən idi. 2009-2020-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının hərbçisi olaraq iştirak edən Sadiq Əzizli 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 14 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Qaradağ rayonunda dəfn edilmişdir.
Əzizbəyli
Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. == Toponimikası == Əzizbəyli oyk, sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir. == Görkəmli şəxsləri == Abdulla bəy Divanbəyoğlu (1883-1936) - yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913-1988)- Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir.
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Ramiz Əzizbəyli
Ramiz Hacı Ağa oğlu Əzizbəyli (20 iyul 1948, Bakı – 9 iyun 2021, Bakı) — Azərbaycan kino rejissoru aktyor və Azərbaycanın xalq artisti (2008), professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, "Şöhrət" ordeni (2018), "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı. == Həyatı == Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M. A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm" kinostudiyasında işləyir. Respublikanın xalq artistidir. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.
Vəzirəli xan
Vəzirəli xan ibn Mirzə Yəhyaəli xan Baranlı (19 aprel 1780, Lakhnau – 15 may 1817) — Aud nəvvabı. == Həyatı == Vəzirəli xan 19 aprel, 1780-ci ildə Lakhnau şəhərində anadan olmuşdu. Vəzirəli xan 15 may 1817-ci ildə vəfat edib.
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. == Həyatı == Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.
Əmirəli Tahircallı
Əmirəli Tahircallı (1790, Quba xanlığı — 1846, Həcc) — XIX əsr ləzgi əsilli Azərbaycan şairi . == Bioqrafiya == Əmirəli 1790-cı ildə ləzgi kəndi Tahircalda anadan olub. Gəncliyində oradan Kürə rayonuna köçmüş və Yuxarı-Yaraq kəndində mədrəsəsində Məhəmməd Əfəndi Yaraqi müəllimdən elmlər öyrənmiş, sonra onunla birlikdə Avaristana qaçmış və ona xidmət edərək öz payını almışdır. Aşkar və məxfi elmlər baxımından faydalar əldə etmiş, həmçinin qardaşı Məhəmməd Əfəndinin Meymunat adlı qızı ilə evlənmiş və ondan bir oğlu olmuşdur. 1835-ci ildə şair dostu Abdulla ilə birlikdə Quba qəzasının Amsar kəndinə Abbasquli ağa Bakıxanovun yanına gəlir. Sonuncu dostlarının məsləhəti ilə Gülüstan ədəbi dərnəyini təşkil edir və Əmirəli də bu dərnəyin işində iştirak edir . Sonralar Əmirəli oradan Kyurinski rayonuna qayıdıb ailəsini Yuxarı-Yaraq kəndində məskunlaşdırdı və özü də Məkkəyə həcc ziyarətinə getdi və 1846-cı ildə bu səfərdə vəfat etdi . == Yaradıcılığı == Əmirəli Tahircallı poetik irsi iki dövrə bölünür: sürgünə qədərki və sürgündə yazılmış əsərlər. Şair sürgünə qədər əsasən sevgi şeirləri yazıb. Onun sevgi lirikalarına "Sevdiyim", "Aman günüdür", "Deyilmi" ("Elə deyilmi") kimi əsərləri daxildir .
Əvəzəli Muğanlı
Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).rəssamDövrün məşhur miniatüristi. Tərcüməçi Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır."Kəlilə və Dimnə" (1809) miniatüru məşhurdur.
Qulam Əzimli
Qulam Əzimli — Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimi Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökumət orqanlarında rəhbər vəzifələrdə işləmişdir. Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir. Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir.
Ənzəli (Rəqs)
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
Ənzəli (dəqiqləşdirmə)
Ənzəli (oyun) — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Ənzəli (rəqs) — Azərbaycanın milli rəqsi. Ənzəli (fars. بندر انزلی‎) — İranın Gilan ostanında yerləşən şəhər, Ənzəli şəhristanının inzibati mərkəzi. Ənzəli şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Ənzəli əməliyyatı (1920) — 1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı.
Ənzəli (oyun)
Ənzəli — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər. Birdə — Ənzəli hay ənzəli.İkidə — Xan əkbəriÜçdə — Xoruz banladı: qu-qulu-qu!Dörddə — Yanbız əzərlər.Beşdə — Taxta çıxarlar. (Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: — Minim, ya düşüm?) Əyilən: -Min və ya düş! — deyir. Oyun yenə davam edir. Altıda — Əl, üst, baş dəyməsin.Yeddidə — Tayəl keçərlər,Səkkizdə — Papaq qoyarlar. Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.
Ənzəli Qanbayev
Ənzəli rəqsi
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.