Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdallar
Abdallar (Karpibasar) — Karpibasar mahalında kənd. Abdallar — 1923-cü ilədək Laçın şəhərinin adı. Abdallar — Laçın rayonunda ləğv olunmuş kənd.
Abdalçay
Abdalçay - Tovuz rayonu ərazisində çay. == Toponimi == Tovuz rayonu ərazisində çay. Zəyəmçayın qoludur. Mənbəyini Öküz dağı və Maral dağının yamaclarından götürür. Çay qədim Abdal qalasının yaxınlığından axdığı üçün həmin qalanın adı ilə adlandırılmışdır.
Abdallah Aberkane
Abdallah Aberkane (5 may 2000, Quda, Cənubi Hollandiya) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Aberkane ADO Den Haaq akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Liverpul klubu transfer etmək istəmişdir. 11 aprel 2016-cı ildə Aberkane Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2019-cu ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Aberkane öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Din Solomonsu əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Yasper Quda şəhərində anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. == Karyera statistikası == 11 sentyabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Abdallah Marraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Abdallah Əlbatayne
Abdallar (Karpibasar)
Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. == Toponimik adı == Abdallar — İrəvan xanlığının Karpibasar mahalında kənd adı. 1590-cı ilə aid mənbədə Abdallar məzrə (əkin yeri) adı, 1728-ci ilə aid mənbədə isə qəryə (kənd) adıdır. Həmin mənbədə kəndin İrəvan əyalətinin Karbi nahiyəsində Maçdərə kəndinin yaxınlığında yerləşdiyi qeyd olunur və onun Kasim vələdi Yusif adlı bir şəxsə (mülkədara) məxsus olması göstərilir. 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Türkiyə və Ermənistan ərazisində çoxlu toponimlərdə əksini tapmış abdal komponentinin mənasını bütün hallarda müəyyən etmək çətindir. Qədim türk tayfalarından biri Abdal (Ağhun) adlanmışdır, Abdal adlı tayfa başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə vardır. V.A.Qordlevski yazmışdır ki, Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan idi. Lakin XV–XVI əsrlərdə İranda və Türkiyədə Sufi təriqətinin üzvləri də abdal (ərəbcə bədəl sözündən) mömin, zahid, müdrik adlanırdı. (I Şah İsmayıl Xətaidə: Sufiyəm təriqətdə, həqiqətdə abdaləm).
Abdallar (Laçın)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur. Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdallar (Qırxbulaq)
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır. Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Abdallar (Xudabəndə)
Abdallar — İranın Zəncan ostanının Xudabəndə şəhristanına daxil olan kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 25 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (36 ailə).
Abdallar (kənd)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur. Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Abdallar (Çaroymaq)
Abdallar (fars. ابدارلار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qaraağac qəsəbəsindən 38 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (14 ailə).
Abdallar ulya
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır. Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Abdalçay şəlalələri
Abdalçay şəlalələri — Abdalçay şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Siqnax dağının şərq yamacında, onun zirvəsindən təqbirən 1 km məsafədə, eyniadlı çayın dərəsində yerləşir. == Yerləşdiyi ərazi == Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdalçay Tovuz rayonunun dağlıq hissəsində, Zəyəmçayın orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını keçərək, şimal-qərb istiqamətində axıb, Zəyəmçaya tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin xeyli yüksək (90-100 ‰) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90–100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.Dərə dibinin meyilliyi xeyli yüksıkdir, yamacları dik və sıx meşəlikdir, onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar (daykalar, lava laylarının çıxışları) isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcıların yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.), sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. == Şəlalə haqqında == Abdalçay hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının ortadağlıq qurşağı ilə alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı — qaymalı tektonik-maqmatik mənşəli günbəzvari massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərə şəbəkəsi ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Əynular (Abdallar)
Əynular və yaxud Abdallar — Uyğurların subetnik qruplarından biri. Çinin Sincan bölgəsində yaşayan türk xalqları. Tyanşanın cənub yamacları, Sincan-Uyğur Muxtar Rayonunun Xotan, Lop, Qarakaş, Yarkənd, Yenihisar, Yenişar mahallarında məskunlaşıblar. Onlar əynu dilində danışırlar və əsasən ələviliyə sadiqdirlər. Təxminən 30.000-50.000 əynu olduğu təxmin edilir. Təkləməkan səhrasının ətrafı onların daha sıx məskunlaşma yeridir. Çinlilər onları əynu, uyğurlar isə abdal adlandırır. Əynuların əcdadlarının İrandan və ya daha çox qərb bölgələrindən gəldiyi ehtimal olunur. Digər bir fərziyəyə xalqın və danışdıqları əynu dilinin yaranması farsca lüğəti İran dillərinin bir vaxtlar bölgənin əsas ticarət dilləri olmasının və ya fars tacirlərinin yerli qadınlarla evlənməsinin nəticəsidir. Uyğurlar onlara qaraçılar deyirlər.
Abdalla Abuqazala