Abrakadabra
Abrakadabra (lat. abrakadabra) — zirvəsi aşağıda olan konus şəklində yazılmış magiya düsturü. Amulet kimi istifadə olunur.
== Etimologiyası ==
"Abrakadabra" sözünün dəqiq mənşəyi naməlumdur. Bəzi alimlərə görə, bu, yunan tanrısı Abraksasın adından gəlir. Başqa bir versiyaya görə, söz fars mənşəlidir və Mitra adlarından biridir. Bəzi ezoteriklər bunun "ab bada ke daabra" – "söz kimi məhv olmaq" xaldey sehrinin modifikasiyasını təmsil etdiyinə inanırlar. Onun təfsirinin başqa bir variantı ivrit dilindəki "abreg as habra" – "şimşəklərinizlə ölümə qədər qılınclar" ifadəsidir.
== Tarixi ==
"Abrakadabra" sehrindən müxtəlif xəstəlikləri və hər şeydən əvvəl qızdırmanı aradan qaldırmaq üçün istifadə olunurdu. Bu vəzifədə romalı həkim Seren Sammonik ilk dəfə eramızdan əvvəl III əsrdə "abrakadabra"dan istifadə etmişdir.