Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abazlı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir.Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.
Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbası
XII əsrdə Səfəvilər dövlətində də rəsmi pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Abası
Heydər Abbasi
Heydər Abbasi (fars. حیدر عباسی‎; 24 fevral 1943, Marağa, Şərqi Azərbaycan ostanı) — daha çox öz təxəllüsü ilə tanınır - Barışmaz (farsca: باریشماز) - İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi. == Həyatı == Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur. 2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir. == Təhsili == Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır. == Yaradıcılığı == 45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.
Konstantin Abxazi
Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d] – 20 may 1923, Tiflis Rusiyada Abxazov) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri. == Həyatı == Knyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi. == Hərbi xidmət == Konstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir. Polkovnik -leytenant (1908). Qafqaz Qrenadyorr Topçu Briqadasının 4-cü batareyasının komandiri. 21 mart 1911-ci ildə polkovnik rütbəsi verilərək istefaya göndərildi. Xidmətini başa vurduqdan sonra bir çox sosial və iqtisadi layihələrdə, o cümlədən Gürcüstanda dəmir yolunun çəkilişində iştirak etmişdir.
Rza Abbasi
Rza Abbasi (fars. رضا عباسی‎) və ya Ağa Rza (1565, Kaşan, İsfahan ostanı – 1635, İsfahan) — İran miniatürçüsü. Məşhəddə, sonralar isə İsfahanda I Şah Abbasın sarayında işləmişdir. Ağa Rza miniatürə qrafk xüsusiyyətlər vermiş, miniatür portret sənətini inkişaf etdirmişdir. Firdovsinin "Şahnamə" əsərinə Ağa Rzanın çəkdiyi illüstrasiyalar Dublində ingilis kolleksiyaçısı Çester Bittinin kitabxanasında, 12 miniatürü ilə Paris Milli Kitabxanasında saxlanır. == İstinadlar == == Əlavə ədəbiyyat == Адамова А. Т. Персидская живопись и рисунок XV - XIX веков в собрании Эрмитажа. СПб: Славия. 1996. ISBN 5-88654-023-7. Brend, Barbara.
Əlirza Abbasi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur.
Tarixe-aləmaraye-Abbasi
Tarix-i aləm aray-i Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. «Tarix-i aləmara-yi Abbasi» əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə «Tarix-i aləmara-yi Abbasi» ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Şah Abbası xalçaları
Şah Abbası xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Şah Abbası xalçası
Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 -1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı. == Bədii xüsusiyyətləri == "Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir.
Şahid Xaqan Abbasi
Şahid Xaqan Abbasi (urdu شاہد خاقان عباسی; d. 27 dekabr 1958-ci il) 2017-ci ilin avqust ayından etibarən Pakistan İslam Respublikasının Baş naziri, pakistanlı siyasətçi. Pakistan Müsəlman Liqasının üzvü, 2008-ci ildən etibarən Pakistan Milli Assambleyasının üzvüdür. Abbasi öz siyasi karyerasına 1988-ci ildə başlamış və ard-arda altı dəfə Milli Assambleyaya üzv seçilmişdir. Pakistan Müsəlman Liqası 1997-ci ildə baş tutmuş seçkilərdə qalib gəldikdən sonra Pakistan Beynəlxalq Hava Yollarının sədri vəzifəsinə təyin olunmuş və 1999-cu ildə dövlət çevrilişi baş verənə qədər bu vəzifəni icra etmişdir. 2008-ci ildəki seçkilərdən sonra koalisiya hökumətinin tərkibində Kommersiya naziri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildəki seçkilər nəticəsində isə Neft və Təbii Resurslar naziri təyin olunmuş və 2017-ci ilin iyul ayında Nəvaz Şərif istefaya göndərilənə qədər bu vəzifəni icra etmişdir. 1 avqust 2017-ci il tarixində istefaya göndərilmiş Nəvaz Şərifin əvəzinə Baş nazir təyin olunmuşdur. == İlk illəri və təhsili == 1958-ci ildə Pakistanın Sind əyalətində yerləşən Kəraçi şəhərində Xaqan Abbasinin ailəsində anadan olmuşdur. Orta təhsilini Lourens Kollecində almışdır.1978-ci ildə ABŞ-nin Los-Anceles Kaliforniya Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.
III. Leon (Abhazya kralı)
III Leon (gürc. ლეონ III; bilinmir – ən tezi 967) — II Giorgidən sonra taxta çıxan və 960-969-cu illər arasında ölkəni idarə edən Abxaziya çarı. == Həyatı == 926-cı ildə Leon sonuncu uğursuz üsyandan sonra II Georgi tərəfindən kor və kastrasiya edilmiş böyük qardaşı Konstantini Kartli çarı kimi əvəz etmişdir. II Georgi hökmdarı həmçinin Kartliyə iddia qaldıran II Kvirikenin hakimlik etdiyi ən şərqi gürcü knyazlığı olan Kaxetiyə qarşı kampaniyasını davam etdirmişdir. Georgi və Leonu Kvirikenin qardaşı olan kürəkəni Şahzadə Şurta dəstəkləmiş, ardınca Ucarma qalasını abxazlara vermişdir. Kvirike məğlub olmuş və həbs edilmiş, yalnız Abxaziya çarına tabe olduqdan sonra azad edilmişdir. Tezliklə Kvirike yenidən hücuma keçmiş və Kartlidə üsyana səbəb olmuşdur. 957-ci ildə Georgi oğlu Leonun başçılığı ilə böyük bir ordu göndərmiş, lakin çar ekspedisiyada ölmüş və Leon Kvirike ilə sülh bağlamaq məcburiyyətində qalmış, nəhayət kampaniyasını başa vurmuşdur. Kvirike oğlu Davidin qızı Leonla evlənməsinə razılıq verməyə məcbur qalmışdır. Sülh uzun sürmədi, çünki şahzadə tezliklə vəfat etmiş və iki tərəf arasında inamsızlıq yaranmışdı.
Tarix-i aləm aray-i Abbasi
Tarix-i aləm aray-i Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. «Tarix-i aləmara-yi Abbasi» əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə «Tarix-i aləmara-yi Abbasi» ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.