Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədi ilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Avanti!
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Azadi
Azadi — kişi adı və təxəllüsü.
Alaudi Musayev
Alaudi Nəcmədinoviç Musayev (2 dekabr 1957, İli rayonu[d], Almatı vilayəti) — Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatı Rəyasət Heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun üzvü, polis polkovniki, hüquq elmləri doktoru, professor, hüquqşünas. Çeçenistan Respublikasının əməkdar elm xadimi (1996). Çeçenistan Respublikasının əməkdar hüquqşünası (2002), Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin əməliyyat-istintaq fəaliyyəti kafedrasının professoru (2005), Cinayət-prosessual kafedrasının professoru (2004-cü ildən). Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi, Sovet İttifaqında Beynəlxalq Polis Assosiasiyasının ilk üzvü (1992-ci ildən). 70-dən çox elmi məqalə çap etdirmişdir. Yeddi hüquq elmləri namizədi hazırlayıb. == Həyatı == Alaudi Musayev 2 dekabr 1957-ci ildə Qazaxıstan SSR, Almatı vilayəti, İli rayonunun İliyski sovxozunda anadan olub. Milliyyətcə çeçendir. Musayevin valideynləri 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı Çeçenistandan sürgün olunmuşdular. Murad Musayevin oğlu tanınmış hüquqşünasdır.
Almadi burnu
Almadi burnu (fr. Pointe des Almadies) — Yaşıl burun yarımadasının qutacağında yerləşir. Afrika materikinin qərb qutacağıdır. Seneqal ərazisində yerləşir. == Tarixi == VII - VI əsr b.e.ə Finikiyalılar ərazidə olmuşlar. Avropalılardan isə ilk olaraq portuqaliyalı dənizçi Diniş Diaş 1444-ci ildə ərazidən keçmişdir ( bəzi mənbələrdə 1445 il).
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Avaiki mağarası
Avaiki (ing. Avaiki Cave) — Niue adasında, sahil ərazidə yerləşən mağara.
Avanlı (Xudafərin)
Avanlı (fars. اوانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (7 ailə).
Avanti! (qəzet)
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Ağamid Ağacəfərli
Ağamid Şirzaid oğlu Ağacəfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamid Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində bərbər kimi fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Ağamid Ağacəfərli 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq tərxis olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağamid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibədə iştirak etmişdir.
Cavadi Amuli
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی‎; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid. == Həyatı və təhsili == Fəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı “Təsnim” adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun “Nəhcül-bəlağə”yə yazdığı “Səluni qəblə ən təfquduni” adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır. Dünya fəlsəfi irsinin incilərindən sayılan “Hikməti-mütəaliyə” əsərinə yazdığı “Rəhiqi-Məxtum” adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur. Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Davamlı inkişaf
Dayanıqlı inkişaf (ing. sustainable development) — hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman digər ölkələrin milli suverenliyinə təhlükə yaratmayan inkişaf. == Əsas anlayışları == Ona iki əsas anlayış daxildir: tələbatlar anlayışı, xüsusi olaraq birinci dərəcəli prioritetlərin predmeti olmalı olan kasıb əhali təbəqəsinin mövcudluğu üçün lazım olan tələbatlar; məhdudiyyətlər anlayışı, ətraf mühitin indiki və gələcək tələbatları ödəmək bacarığına qoyulan, cəmiyyətin təşkili və texnologiyaların vəziyyəti ilə şərtlənən.Bu anlayış ilk dəfə KOSR-un "Bizim ümumi gələcəyimiz" (bax) məruzəsində yaranmışdır. BMT BA 42/186 və 42/187 qətnamələri ilə bu məruzə dayanıqlı inkişaf strategiyalarının reallaşması üçün rəhbər sənəd kimi bəyənmişdir. KOSR-da qəbul edilmiş Ətraf mühit və inkişaf üzrə Rio-deJaneyra Bəyannaməsi (bax) bütövlükdə dayanıqlı inkişaf konsepsiyasının reallaşması məqsədlərini açıqlayır və onun dövlət və dövlətlərarası siyasət səviyyəsinə keçməsi vacibliyini təsdiq edir. UNSED-ə hazırlığın gedişində BMT çərçivəsində dayanıqlı inkişaf üzrə xüsusi komissiyanın (bax) yaradılması vacibliyi haqda qarşılıqlı anlaşmaya nail olunmuşdur. == Tarixi == XX əsrin sonunda insan təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri "Davamlı inkişaf" ("Sustainable development") konsepsiyasıdır. Bu konsepsiyanın yaranması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olmuşdur. Hələ 1984-cü ildə BMT Baş Katibinin təşəbbüsü ilə BMT nəzdində "Ətraf mühit və inkişaf" üzrə Beynəlxalq Komissiya yaradılmışdır.
Davamlı çirkləndirici
Davamlı çirkləndirici — paslanmayan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar. == Əhalisi == Əhalisi 3699 nəfərdir.
Nnamdi Azikive
Bencamin Nnamdi Azikive (iq. Benjamin Nnamdi Azikiwe; 16 noyabr 1904[…] – 11 may 1996[…]) — Nigeriyanın birinci prezidenti (1963–1966-cı illərdə). O, hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmışdır. Azikive Qərbi Afrikada milli azadlıq hərəkatlarının ideoloqlarından biri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ннамди Азикиве (Люди и события) // Новое время. № 5. М. 1960. Orji, John. Chapter 2: The Triumph of Knowledge // Chuku, Gloria (redaktor). The Igbo Intellectual Tradition: Creative Conflict in African and African diasporic thought.
Ramin Cavadi
Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974, Duysburq, Şimali Reyn-Vestfaliya) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.
Təzə Alvadı
Təzə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 6430 nəfərdir. == Toponimiyası == Qarşılığı Köhnə Alvadıdır. Oykonim təzə (yeni) və Alvadı (oykonim) sözlərindən ibarət olub, “yeni Alvadı, yeni salınmış Alvadı” mənasındadır. == Həmçinin bax == Jindi Kıncıvo Monidigah == Mədəniyyəti == Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları vardır.
Avanti çarlığı
Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir.Avanti b.e. IV əsrdə Çandraqupta Maurya tərəfindən fəth edilmişdir.
Vadi
Vadi- (rus. вади, ing. wadi Şm. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Avdi
Avdi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Avdi (peyğəmbər) — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü.
Abadi (qəzet)
Abadi — İndoneziya qəzeti. Cakartada nəşr olunan qəzet 1951–1960-cı və 1968–1974-cü illərdə fəaliyyət göstərmişdir. Qəzet "Masyumi" siyasi partiyasına bağlı idi və qədər Sukarnonun hakimiyyəti dövründə ən böyük qəzetlərdən biri idi. Qəzet 1960-cı ildə qadağan olmuşdur. Sukarnonun süqutundan sonra 1968-ci ildə fəaliyyətini bərpa etmiş, Suhartonun hakimiyyəti dövründə Malari hadisəsindən sonra, 1974-cü ildə ikinci dəfə qadağan edilmişdir.
Amami adaları
Amami (yap. 奄美群島) — Sakit okeanda, Nansey arxipelaqına daxil olan adalar qrupu. Ryukyu adalarından fərqli olaraq Okinava prefekturasına deyil Kaqoşima prefekturasına daxildir. Əhalisi Ryuku dilinin dialektində danışır. == Coğrafiyası == Amami arxipelaqı ümumilikdə 13 adadan ibarətdir: Oşima adası (奄美大島) Üdatekkuşima (枝手久島) Kikayşima (喜界島) Kakaeromaşima (加計呂麻島) Eniyabanareşima (江仁屋離島) Sukoimocima (須子茂島) Yoroşima (与路島) Ukecima (請島) Kiyamaşima (木山島) hamyyaşima (ハンミャ島) Tokunoşima (徳之島) Okinoerabu (沖永良部島) Yoronşima (与論島), həçmcinin bir necə qayalıq.Adalarda hazırda belə unikal endemik calıları müşahidə etmək olar: Dırmanan dovşan (lat. Pentalagus furnessi) və Amami çilingdimdyi (lat. Scolopax mira). == Tarixi == 1945 - 1953-ci illər arası adalar ABŞ işğalında olmuşdur. 1953-cü ilin milad bayramı günü ABŞ daları Yaponiyaya qaytarmışdır. == Mənbə == VikiSəyahətdə Amami Islands haqqında səyahət məlumatları var.
Arami dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.