Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqqlütinasiya
Aqqlütinasiya ("yapışdırma", "yapışma" mənalarını verən lat. agglutinatio sözündən) — dilçilikdə aşağıdakı mənaları daşıyır: 1. Yalnız bir mənası olan standart sözdəyişdirici şəkilçilərin sabit söz kökünə və ya əsasına qoşulması. Bu kimi qrammatik xüsusiyyətə malik dillərə aqqlütinativ (iltisaqi) dillər deyilir. Məs.: türk və fin-uqor dilləri. Aqqlütinasiya odur ki, hər bir şəkilçi yalnız bir qrammatik məna daşıyır, eləcə də hər bir qrammatik məna həmişə eyni bir şəkilçi vasitəsilə ifadə edilir. 2. Adətən yanaşı gələn iki sözün bir-birinə qovuşaraq bir söz şəklinə düşməsi. Məs.: Azərbaycan dilində bildir (bir ildir), bilərzik (bilək üzük).
Aqqlyutinasiya
Aqqlyutinasiya — psixoloji termindir. Real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesidir. Məsələn, su pərisi surətinin yaradılması prosesi real həyatda birləşməsi mümkün olmayan qadının başı və balığın gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. Çoxəlli ilahələrin, yeddibaşlı əjdahaların obrazlarının yaradılması da sintezləşdirmənin aqqlyutinasiya deyilən tərzinin köməyi ilə edilmişdir. == Mənbə == "Psixologiya" S. İ. Seyidov və M. Ə. Həmzəyev. "Təhsil sistemində psixoloji xidmətin elmi-nəzəri əsasları". "Психология"(Книга 1) Р.С.Немов.
Aqqlütinativ dil
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Aqqlütinativ dillər