Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İdahlı
İdahlı (Çaroymaq)
İdahlı (Sərab)
İdahlı (fars. ايده لو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (50 ailə).
İdahlı (Çaroymaq)
İdahlı (fars. ايده لو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 81 nəfər yaşayır (12 ailə).
İdahlı (Mahnişan)
İdahlı (fars. ايده لو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (42 ailə).
İdahlı Böyük (Məlikan)
İdahlı Böyük (fars. ايده لوي بزرگ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (131 ailə).
İdahlı Kiçik (Məlikan)
İdahlı Kiçik (fars. ايده لوي بزر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (29 ailə).
Bankir adaxlı (teatr tamaşası)
Bankir adaxlı — İlk dəfə 12 may 2000-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası.
İdahlı-i Xan (Həştrud)
İdahlı-i Xan (fars. ايده لوخان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (24 ailə).
İdahlı-i Xəlifə (Həştrud)
İdahlı-i Xəlifə (fars. ايده لوي خليفه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (26 ailə).
Abadlı
Təhlə (əvvəlki adı: Abadlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bərdə rayonunun Babək adına kolxozun ərazisindəki yaşayış məntəqəsi Abadlı kəndi adlandırılaraq rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla Abadlı kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Abadlı kəndi Təhlə kəndi adlandırılmışdır.
Abazlı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir.Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.
Abaəli
Abaəli (əvvəlki adı: Abalı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Abalı kəndi Abaəli kəndi adlandırılmışdır. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, kəndin əsl adı Abaəlioba olmuşdur. Yerli əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiş şəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. Türk dillərində, o cümlədən Azərbaycan dilinin dialekt və şivələrində aba "ata, baba, əmi; ana, xala, böyük bacı" mənalarında işlənir. Oykonimi Dədəli, Babalı və s. etnotoponimlərinin omonimi kimi qəbul etmək lazımdır. Bu oykonim sonrakı illərdə Abasalı (1979), Abaslı (1986) variantlarında qeydə alınmışdır. == Əhalisi == Əhalisi 120 nəfərdir (2008). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Abdallı
Abdallı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Abdallı (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Acarlı Ağdam rayonunun Novruzlu inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir.Bunlardan biridə Sadiq Hümbətovdur.O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra ,Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Afatli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. == Toponomik izahı == XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Alaplı
Alaplı (türk. Alaplı) — Zonquldak ili ilçəsi. Zonquldak şəhər mərkəzindən 58 km məsafədədir. Əhalisi 44.286 nəfərdir. Balıqçılıq üzrə ixtisaslaşmışdır və burada qoz-fındıq istehsal olunur. Erdemir şirkətinin təchizatçı sənayesi bu yerin sakinlərinin əsas dolanışıqlarından biridir. İşçilər əhalinin əksəriyyətini təşkil edir. Rayonda ip və fındıq fabrikləri var. 31 mart 2019 tarixində edilən yerli seçkilər nəticəsində ikinci dəfə Bələdiyyə Başçısı Nuri Təkin seçildi.Alaplı ilçəsi Zonquldak ilinin qərb hissəsində yerləşir. Cənubdan Düzcə ili, şimalda Zonquldaka bağlı Qaradəniz Ereğli ilçəsi və şərqdə də Zonquldak ilçəsinə bağlı Devrək ilçəsi ilə həmsərhəddir.
Allahlı
Allahlı (Ərdəbil)
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Arallı
Arallı — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər. == Tarix == 2019-cu ildə, Böyük Arallı və Kiçik Arallı kəndləri birləşdirilərək, şəhər statusu almışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,261 nəfər yaşayır (913 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlarMücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair.Yaşayış məntəqələriAranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsiAranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Araplı
Araplı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == Kənd əhalisinin sayı 1118 nəfərdir və azərbaycanlılardan ibarətdir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Ayaslı
Ayaslı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında, Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi qeyd edilmişdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir . Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir.
Azaflı
Azaflı (əvvəlki: Azaplı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür; başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir. Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır. == Tarixi == === Tarixi abidələri === Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz-Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı, Aşağı Quşçu və Dondar Quşçu kəndləri ilə həmsərhəddir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Tarixi == 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. == Toponim == Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). == İstinadlar == == Həmçinin bax == İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Badamlı
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Sadatlı
Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd qədim yaşayış maskanlarindan biridir. Bunu etrafındakı köhnə qabi ristanlıqlar sübut edir. Hazırkı kandin tamalini taxminan 250 il bundan avval Lerikin Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kand Sadatlı adlanır. Çox keçmir ki, Ərdəbildən Yardımlının Şilavanga kandina kö çüb gələn Nagdili və Dəmirçili tayfalarından bir neçə çox Sadathya galit vo burada məskunlaşır. Bu tayfaların nümayəndələri hazırda Cəlilabadi Alagar, Yeddibulaq, Qamışlıgöl, Musali va s kandlarinda da yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur.