Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İzrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
İzrail Çarni
İzrail Çarni (ing. Israel Charny; 1931, Filadelfiya, Pensilvaniya) — yəhudi əsilli ABŞ və İsrail psixoloqu, sosioloq-tarixçi, soyqırım üzrə mütəxəssisi, professoru. O, 1979-cu ildə psixiatr Şamayi Devidson və Holokostdan sağ çıxmış ictimai intellektual Eli Vizel bütün xalqların məruz qaldığı soyqırımların öyrənilməsinə həsr edilmiş Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. İnstitut 1982-ci ildə, İsrailin Təl-Əviv şəhərində Holokost və Soyqırım haqqında Beynəlxalq Konfransı keçirmişdir.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Azazil
Azazil və ya Azazel ( Arami : רמשנאל, ərəbcə : عزازل, Azazil, İbrani : עזאזל , Aze'ezel) El tanrısı tərəfindən İbranicə Azeez (dəstəklənən) deməkdir. Yom Kippur günündə məbəddə xidmətə girən iki keçidən birinin insanların günahlarını və ya mələyin adını ittiham etdiyi yerdir. Onun sözlərinə görə Kabbala , kitabında göstərildiyi kimi düşmüş mələkləri rəhbəri İdris başda olmaqla insan qızlarıyla evlənərək Neffilim dövrünü başlatdılar. Üstəlik, Azazil insanlara silah və kosmetika sənətini öyrətdi. Bu səbəblə yer üzündəki fəsaddan məsuldur. == İslam == Azazil sözü ərəb mənşəli bir sözdür. İbn Küteybəyə görə İblisin adlarından biridir. Hallac-ı Mansur'a görə Adəmə səcdə etmədiyi üçün vəzifəsindən alındı. Abdullah bin Abbasa görə, Azazil cinlərdən ən məlumatlısı idi və bir zamanlar yerdəki pis cinlərlə mübarizə apardı, sonra qürurlandı və Adəmə səcdə etmədi . Üstəlik atəşdən yarandığı üçün özünü üstün hiss edirdi.
İsrail
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. == Etimologiya == Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. == Yəhudilikdə == Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir.Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur. Əzrayıl altı ölüm mələyindən biridir.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Arçil
II Arçil (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö. 1767) - Elizbar Taktakişvilinin qızı Tinatin ilə evlənmişdi. Yese (ö.
Arabıl-Arıta
Arabıl-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Cənub sahilləri uçurumludur. Burada hündürlük 5 metrə çatır. Üzərində elədə böyük olmayan göllər vardır. Bataqlıqlaşmış sahələrə sahibdir.
Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Dairə (İsrail)
İsrail dairələri — İsrail dövlətinin əsas inzibati ərazi vahidləri. Ölkə yeddi dairəyə (ivr. ‏מחוז‏‎, «maxoz»), 15 yarımdairəyə (ivr. ‏נפה‏‎, «nafa») və 50 təbii regiona bölünür.. == Qüds dairəsi == Əhalisi: 945 000 nəfər (2011) İnzibati mərkəzi: Qüds Yarımdairələri yoxdurDairəyə həmçinin altı günlük müharibə (1967) nəticəsində İsrailin tutduğu ərazilər də birləşdirilib.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
İsrail Bayramov
İsrail (İsrayıl) Qərib oğlu Bayramov (3 may 1953, Böyük Qarakilsə rayonu) — Azərbaycan mühəndisi, Xəzər Dəniz Neft Donanmasının rəisi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə Texniki direktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2005). == Həyatı == İsrayıl Bayramov 3 may 1953-cü ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. 1971-ci ildə Qazaxın Muğanlı kənd orta məktəbini bitirmişdir. 1971–1973-cü illərdə Ukraynanın Kirovoqrad şəhərində aviasiya hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində daxil olmuş, 1980-ci ildə buranı İnşaat Mühəndisləri İnstitutunu məzunu olaraq bitirmişdir. 1985–1989-cu illərdə Odessa Dəniz Mühəndisləri İnstitutunda gəmi mexaniki ixtisası üzrə təhsil almışdır. == Əmək fəaliyyəti == İsrayıl Bayramov əmək fəaliyyətinə 1974-cü ildə Bakı şəhərində Sov.İKP XXI qurultayı adına gəmi təmiri zavodunda tornaçı şagirdi olaraq başlamışdır. 1976-cı ildə mexanika sexində texnoloq vəzifəsinə keçmiş, 1979-cu ildə tornaçılar sahəsində baş usta işləmişdir. 1990-cı ildə Xəzər Dəniz Neft Donanmasının texniki şöbəsində mühəndis işləməyə başlamışdır. 1995-ci ildən donanmanın texniki istismar xidmətinin rəis müavini olmuş, 1996-cı ildən texniki şöbənin rəisi işləmişdir.
İsrail Bəylərbəyov
İsrail Dövləti
İsrail (ivr. ‏יִשְׂרָאֵל‏‎; ərəb. إِسْرَائِيل‎) və ya rəsmi adı ilə İsrail Dövləti (ivr. ‏מְדִינַת יִשְׂרָאֵל‏‎, Medinat Yisra'el) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9 136 000 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir.
İsrail HHQ
İsrail Hərbi Hava Qüvvələri (ivrit: זְרוֹעַ הָאֲוִיר וְהֶחָלָל, Zroa HaAvir VeHahalal) İsrail Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İsrailin müstəqillik haqqında bəyannaməsinin qəbul edilməsindən qısa müddət sonra, 28 may 1948-ci ildə yaradılmışdır. General-mayor Amikam Norkin 2017-ci ilin avqust ayından etibarən Hərbi Hava Qüvvələri komandanı vəzifəsində xidmət edir. == Vəzifələri == İsrail HHQ aşağıdakı funksiyaları yerinə yetirməyə cavabdehdir:1. İsrail dövlətinin hava məkanını düşmənin istənilən hücumundan müdafiə etmək və Silahlı Qüvvələrin əməliyyat apardığı ərazinin havadan təhlükəsizliyini təmin etmək 2. Silahlı Qüvvələrin döyüş zonasında hava üstünlüyünü ələ keçirmək 3. Həm quruda, həm də dənizdə döyüş əməliyyatlarında iştirak etmək 4. Düşmənin nəzarəti altında olan ərazinin dərinliklərinə zərbə endirmək 5. Hava kəşfiyyatı aparmaq 6. Qoşunların və silah sistemlərinin daşınması 7.
İsrail Muzeyi
İsrail Muzeyi — Qüdsdə (İvrit: מוזיאון ישראל, ירושלים, Muze'on Yisrael, Yerushalayim) İsrail Milli Muzeyi kimi 1965-ci ildə təsis edilmişdir. O, Yerusəlimə yaxın Givat Ram bir təpənin üzərində yerləşir. Müqəddəs torpaq Muzeyi. İsrail Parlamentinin (Knessetin) İsrail Ali Məhkəməsi. Yerusəlim İvrit Universiteti.
İsrail Məmmədov
İsrail Fəzlan oğlu Məmmədov (8 mart 1959, Kolatan[d], Masallı rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == İsrail Məmmədov 1959-cu il martın 8-də Masallının Kolatan kəndində anadan olub. Orta məktəbi Kolatan kənd məktəbində bitirib. Daha sonra, Hərbi xidmətə gedib. Qayıdandan sonra Lənkəran Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1983-cü ildə oranı bitirib. Təhsilini artırmaq üçün Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1981-ci ildən oxumağa başlayıb. == Ailəsi == Ailədə 10 uşaq olublar, 7 qardaş, 3 bacı.
İsrail Ori
İsrail Ori (erm. Իսրայել Օրի) — Erməni milli hərəkatının rəhbərlərindən biri.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir.İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
İsrail Prezidenti
İsrail Prezidenti (ivr. ‏נְשִׂיא מְדִינַת יִשְׂרָאֵל‏‎) — İsrailin dövlət başçısıdır. Vəzifə, əsasən Hökumətə və Baş Nazirə verilmiş icra hakimiyyəti ilə təntənəli bir rol rolunu oynayır. Hazırkı prezident 2021-ci ildə vəzifəyə gələn İsaak Herzoqdur. Prezidentlər Knesset tərəfindən tək yeddi illik müddətə seçilir. == Tarixi == İsrail Prezidenti Knessetdə mütləq səs çoxluğu ilə gizli səsvermə yolu ilə seçilir. Səsvermənin ilk turunda heç bir namizəd mütləq səs toplamasa, ilk turda yalnız ən çox səs alan iki namizədin iştirak etdiyi ikinci tur keçiriləcək; ikinci turda ən çox səs toplayan şəxs qalib olur. 1949–2000-ci illərdə prezident 5 illik müddətə seçildi və iki müddətə vəzifədə qalmasına icazə verildi. 2000-ci ildən bəri prezidentlər tək yeddi illik bir müddətə xidmət edirlər.
İsrail əhalisi
İsrail əhalisi əsasən gəlmələr və ərəb mənşəli əhalinin yüksək təbii artımı hesabına əhalisi sürətlə artan ölkələrdən biridir. Məsələn, 1971-ci ildə ölkədə 3,0 mln, 1990-cı ildə 5,0 mln, 2005-ci ildə isə 6,7 mln nəfər yaşamışdır. Mütəxəssislərin hesablamalarına görə 2015-ci ildə ölkədə 7,8 mln. nəfərin yaşaması gözlənilir. Fələstin ərəbləri ölkədə qədim zamanlardan məskunlaşmış finikiya, xanaan və digər sami xalqlarının nəsilləridir. Fələstin ərazisi ərəblər tərəfindən işğal olunduqdan sonra yerli xalqlar ərəblərlə qarışmış və ərəb dilini qəbul etmişlər. Bunların əksəriyyəti müsəlmandır (sünni). Aralarında xristianlar da vardır. Bunlar arasında olan druzlar Qərbi və Mərkəzi Qalileydə, Hayfa ətrafında yaşayırlar. İsrail hökumətinin ölkənin ərəb əhalisinə qarşı ayrı-seçkiliyi siyasi, iqtisadi və sosial problemlərin meydana gəlməsinə səbəb olmuşdur.
İsrail ərəbləri
İsrail ərəbləri (ivr. ‏ערבים אזרחי ישראל‏‎; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)‏‎) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir. Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir.