Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alenka Qolyevşek
Alenka Qolyevşek (7 Sentyabr 1933 — 17 Yanvar 2017) — Sloveniyalı yazıçı, publisist və dramaturq. Qolyevşek Sloveniya mifiologiyasından bəhs edən Med bogovi in demoni (Tanrılar və iblislər) kitabına görə 1988-ci ildə Levstik Mükafatına layiq görülmüşdür. O, həmçinin dramaturq idi. Əri ədəbi tarixçi, filosof və publisist Taras Kermauner olmuşdur. == Biblioqrafiyası == === Gənclərin ədəbiyyatı === Čudozgode (Möcüzəli nağıllar), 1974 Po štirih, po dveh (Dörd ayağı, İki ayağı), 1996 === Gənclər üçün əsərlər === Čudežni kamen (Sehrli daş), 1979 Če zmaj požre mamo (Nə vaxt əjdaha ananı yeyəcək), 1981 Hiša (Ev), 1981 Kralj Matjaž, kako se imaš? (Kraz Matyaj necəsiniz?), 1981 Volk in rdeča kapica (Canavar və balaca qırmızı papaq tamaşası), 1982 Zakaj avto zjutraj noče vžgati (Niyə maşın səhər işləməyəcək?), 1982 Gornastenisedimuha (Divardakı teflyon) 1983 === Böyüklər üçün əsərlər === Srečanje na Osojah (Osojedə görüş), 1981 Pod Prešernovo glavo (Preserinin büstünün yanında), 1984 Zelena je moja dolina (Mənim vadim yaşıldır), 1985 Lepa Vida 87 (Gözəl Vida 87), 1987 Srečna draga vas domača (Xoşbəxt, sevimli ev kəndi), 1999 === Monoqrafiyalar === Mit in slovenska ljudska pesem (Mif və Sloveniyanın ənənəvi mahnıları), 1982 Med bogovi in demoni: liki iz slovenske mitologije (Tanrılar və iblislər arasında: Sloveniya mifologiyası rəqəmlərdən), 1988 Pravljice, kaj ste?
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Alenia C-27J Spartan
Alenia C-27J Spartan Leonardo şirkəti tərəfindən istehsal olunan hərbi nəqliyyat təyyarəsidir. İlk uçuşunu 1999-cu ildə həyata keçirib. Standart konfiqurasiyadan əlavə olaraq, C-27J-nin dəniz patrulu, axtarış və xilasetmə, müşahidə və kəşfiyyat, yanğına dəstək və radioelektron mübarizə üzrə variantları mövcuddur. C-27J Avstraliya, Bolqarıstan, Çad, Yunanıstan, İtaliya, Keniya, Litva, Meksika, Mərakeş, Peru, Rumıniya, Slovakiya, Sloveniya, Zambiya və açıqlanmayan ölkələrin hərbi hava bölmələri tərəfindən sifariş edilmişdir. == Tarixi == == İstifadə edən ölkələr == Avstraliya — Kral Avstraliya Hərbi Hava Qüvvələri 10 ədəd təyyarə sifariş edib, ilk təyyarə 2015-ci ildə təhvil verilib. 2018-ci ilin aprelində 10-cu təyyarənin təslimatı tamamlandı. Azərbaycan — Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən 2023-cü ildə sifariş olunmuş 1 ədəd C-27J Spartan tipli hərbi nəqliyyat təyyarəsi 2024-cü ilin iyununda Azərbaycan tərəfinə təqdim olunub. Bolqarıstan — Bolqarıstan Hərbi Hava Qüvvələrində 2024-cü ilin may ayından etibarən xidmətdə olan üç C-27J var. Çad — Çad Hərbi Hava Qüvvələri əvvəlcə 2013 və 2014-cü illərdə alınan iki C-27J-ni ​​idarə edir. Yunanıstan — Yunanıstan Hərbi Hava Qüvvələrində 2012-ci ilin yanvarından istifadədə olan səkkiz C-27J var.