Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allopatiya
Allopatiya (yunan dilində ἄλλος və πάϑος sözlərindən götürülüb digər, əzab və xəstəlik mənalarını verir) - naturopatlar, homeopatlar və alternativ tibb üzvləri tərəfindən farmakoterapiya və digər klassik tibb üsullarını izah etmək üçün istifadə olunan termindir. Termin homeopatiyanın banisi Hahneman tərəfindən irəli sürülmüşdür. == Terminin istifadə sahələri == .Simptomatik terapiya zamanı müalicənin xarici təzahürlərin aradan qaldırılmasından daha çox patologiya proseslərinin aradan qaldırılmasına yönləndirildiyinə görə, müasir tibdə bu termin demək olar ki, istifadə olunmur. Klassik tibdə isə bu termin yalnız homeopatik və adi ('allopatik', 'ortodoks') dərman vasitələrinin klinik sınaqlarının nəticələrini müqayisə edərkən istifadə olunur. Bu termini daha dəqiq ifadə etmək istəsək “sübutlara əsaslanan tibb” termini ilə əvəz edə bilərik. Bu terminin prinsipi diqqətlə sınaqdan keçirilmiş, faydası zərərindən çox olan vasitələrlə müalicə etməyə əsaslanır. Klassik təbabəti homeopatiyadan fərqləndirən də məhz bu prinsipdir. Klassik tibb homeopatiyadan fərqli olaraq müalicəyə başlayarkən fayda və risk balansını nəzərə alır, effektivliyi sübut edilmiş dərmanlardan istifadə edir. "Allopatiya" termini dərman müalicəsi üsullarını və klassik təbabətin elmi prinsiplərini təyin etmək üçün alternativ təbabətin və homeopatiyanın istifadəçiləri tərəfindən kifayət qədər geniş istifadə olunur. == İstinadlar == == Ədəbiyyat == [Кэрролл, Роберт Тодд.