Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almaniya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Almaniya ordusu (Almaniya imperiyası)
Almaniya Ordusu (alm. Deutsches Heer‎) Almaniya İmperiyasının quru və hava qüvvələri idi. 1871-ci ildə Almaniyanın Prussiyanın rəhbərliyi altında yenidən birləşməsi əsnasında quruldu və Birinci Dünya müharibəsində Noyabr inqilabı nəticəsində Almaniyanın məğlubiyyətindən sonra ləğv edildi.
Almaniya Prezidenti
Almaniya Prezidenti (alm. Bundespräsident‎) — Almaniyanın ali dövlət başçısı. Almaniya Prezidenti dövlətin başçısı hesab olunur. Almaniya Prezidenti, vəzifəyə Federal Şurada baş tutan seçim yolu ilə təyin olunur. Federal Şuranın 1260 üzvü seçim yolu ilə bir nəfəri beş il müddətinə Almaniya Prezidenti vəzifəsinə seçir. 2017-ci il martın 18-dən Almaniya Prezidenti səlahiyyətlərini Franq-Valter Steinmeyer icra edir. Onun səlahiyyət müddəti 2022-ci il martın 18-də başa çatır. == Tarixi == 1949-cu il mayın 22-də Nazi Almaniyasının ərazisində Almaniya Federasiyası quruldu. Almaniya Federasiyasının birinci Prezidenti isə 1949-cu il sentyabrın 12-də Federal Şuranın iclasında seçildi. Almaniya Parlamentinin üzvü olan Teodor Heus 416 səs topladı və 5 il müddətinə Almaniya Prezidenti seçildi.
Almaniya azərbaycanlıları
Almaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Almaniyada yaşayan hissəsinin adı. Bu ölkədə yaşayan azərbaycanlılar əsasən Türkiyə və İrandan, qismən Azərbaycan və digər dövlətlərdən buraya miqrasiya etmişdirlər. 2008-ci ilə olan qeyri-rəsmi təxminlərə əsasən Almaniyada 200,000 nəfər etnik azərbaycanlı yaşayır və onlardan 14,000-17,000 nəfəri bu ölkənin paytaxtı Berlin şəhərində məskunlaşmışdır.
Almaniya bayrağı
Almaniya bayrağı — Almaniya Federativ Respublikasının bayrağıdır. Eninə 3 bərabər parçadan ibarətdir. Bu parçalar ardıcıllıqla qara, qırmızı və sarı rənglərdən ibarətdir. Bayrağın rənglərini 1813-cü ildə Napoleona qarşı müharibədə Prussiyanın həm maddi həm də əsgər baxımından yaşadığı sıxıntılara görə Lütçovun öndərliyi ilə tərkibini əsasən universitet tələbələrinin təşkil etdiyi könüllü Freikorps (azad korpus) birliyi qurulmuşdur. Maddiyyat baxımından zəif olduqlarına görə müxtəlif rənglərdə olan əsgər uniformaları əsasən başdan ayağa qara idi. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bu gün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb oldu. Bu hadisə Almaniya bayrağının tarixi olaraq qəbul edilir. 7 iyun 1950-ci ildə alınan qərara əsasən rənglərin mənası bərabərlik, ədalət və azadlıq olaraq təsdiqlənmiş və 3:5 proporsiyasında Almaniya dövlətinin rəsmi bayrağı olmuşdur.
Almaniya bundestaqı
Bundestaq (alm. Bundestag‎) — Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanıdır.
Almaniya gerbi
Federal gerb (alm. das Bundeswappen‎) — Almaniyanın dövlət rəmzlərindən biri.
Almaniya himni
Əvvəldən 1797-ci ildə qoşulan, Haydnın melodiyasının adı «Kayzerin mahnısı» (Kaiserlied) kimi adlanırdır. Hoffmann fon Fallersleben (Hoffmann von Fallersleben) 1841-ci ildə "Almaniya hər şeydən yüksək" şeirini yazmışdır. Sözlər və müsiqi üst-üstə qoyulmuşdur. == Sözləri == Deutschland, Deutschland über alles, Über alles in der Welt, Wenn es stets zu Schutz und Trutze Brüderlich zusammenhält. Von der Maas bis an die Memel, Von der Etsch bis an den Belt,Deutschland, Deutschland über alles, Über alles in der Welt!Deutsche Frauen, deutsche Treue, Deutscher Wein und deutscher Sang Sollen in der Welt behalten Ihren alten schönen Klang, Uns zu edler Tat begeistern Unser ganzes Leben lang.Deutsche Frauen, deutsche Treue, Deutscher Wein und deutscher Sang!Einigkeit und Recht und Freiheit Für das deutsche Vaterland! Danach lasst uns alle streben Brüderlich mit Herz und Hand! Einigkeit und Recht und Freiheit Sind des Glückes Unterpfand;Blüh' im Glanze dieses Glückes, Blühe, deutsches Vaterland!
Almaniya imperiyası
Almaniya İmperiyası (alm. Deutsches Reich), bəzən Kayzer Almaniyası və ya İkinci Reyx — 1871–1918-ci illərdə mövcud olmuş vahid alman dövləti. Lakin Almaniya 1943-cü ilədək rəsmi şəkildə bu adı daşımışdır. 1943–1945-ci illərdə isə "Böyük Alman İmperiyası" (alm. Großdeutsches Reich) adlanmışdır. == Yaranması == Reformasiya dövründən Fransa və Rusiya imperiyasının Avropa işlərində iştirak etməyə başladığı vaxtdan bəri almanlar arasındakı parçalanmadan istifadə etmək, onları bir-birilə rəqabətdə və kənar dövlətlərdən asılılıqda saxlamaq bu imperiyaların siyasəti idi. I Fransisk, Rişelye, XIV Lüdovik və Napoleon, II Yekaterina, I Aleksandr və I Nikolay bütünlüklə bu düşüncə ilə hərəkət edirdilər. Alman dünyasının səpələnməsi əslində müasir tarixin inkişafına neqativ təsir göstərirdi, çünki həmin dünyasız Avropanın iqtisadi və mədəni liderliyi ancaq Atlantik okeanının sahilində cəmlənirdi və ya Rusiyada böyük hərbi imperiya qalxıb Baltik dənizi sahilinə və Polşanın içərilərinə yayılardı. Tədricən almanlar öz mövqeləri ilə razılaşmadılar. Onlar millətçilərə çevrildilər.
Almaniya iqtisadiyyatı
Almaniya iqtisadiyyatı Avropada ən böyük, 2008-ci ildə Ümumi Daxili Məhsula görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Almaniya 2009-cu ildə (Avrozona ölkələri daxil olmaqla) ixrac edilən 1,120 $ trilyon məhsul ilə dünyanın böyüklüyünə görə ikinci ixracatçısıdır. İxracatlar milli hasilatın üçdə birinə bərabərdir. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır. == Almaniyanın iqtisadi tarixi == Avropa iqtisadiyyatının sürətli inkişafına səbəb olan Sənaye inqilabı Almaniyaya inqilabın birinci başladığı Böyük Britaniyadan xeyli sonra gəlib çatıb. Buna konfederasiyada olan alman dövlətlərinin sənaye müəssisələrinin yaradılması üçün böyük təşəbbüs göstərməsi, yaxud artıq mövcud olan sənaye müəssisələrinə subsidiyalar səbəb olmuşdur. Prussiya və digər alman dövlətlərinin güclü dəstəyi nəticəsində 19-cu əsrdə yeni yaranan alman sənayesi sürətlə inkişaf etməyə başladı. Şimali Almaniyada yerləşən alman dövlətləri cənubdakılara nisbətən iqtisadi resurslarla daha zəngin idilər. Qərbdə Şlezviq-Holşteyndə, şərqdə isə Prussiyada yerləşən münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Həmçinin Rur vadisində yerləşən zəngin dəmir filizi və daş kömür yataqları da şimal ərazilərdə idi.
Almaniya ittifaqı
Almaniya ittifaqı — 8 iyun 1815-ci ildə Vyana Konqresində yaradılmış və 38 ştatdan (34 knyazlıq və 4 şəhər-dövlət) ibarət idi. 1806-cı ildə Napoleon müharibələri nəticəsində dağılmış Alman-Roma İmperiyasını əvəz etdi . Federasiyanın ən mühüm iki üzvü Prussiya və Avstriya idi . 1829-cu ildə təxminən 630.100 km 2 ümumi sahədən ibarət idi və təxminən 29,2 milyon əhalisi var idi. Knyazlıq evlərinin başqa ştatları miras alması nəticəsində federal əyalətlərin sayı getdikcə azaldı və 1863-cü ildə 35 ştatdan ibarət oldu. Alyansdan narazılıq bir neçə dəfə 1848–1849-cu illər inqilabları zamanı Almaniya imperiyasının faktiki yenidən yaradılması cəhdlərinə səbəb oldu. 1866-cı ildə Konfederasiya Prussiyanın Avstriyanı məğlub etməsindən sonra ləğv edildi və Şimali Almaniya Konfederasiyası (1867–71) ilə əvəz olundu . == Müqavilənin əsasları və təşkilatı == Federasiya 8 iyun 1815-ci il tarixli Federal Aktına əsaslanaraq, federasiyanın məqsədinin Almaniyanın daxili və xarici sülhünü təmin etmək, habelə alman dövlətlərinin müstəqilliyini və toxunulmazlığını qorumaqdan ibarət olduğunu ifadə etdi və "Wiener" 15 may 1820-ci il tarixli Schlussacht , Federal Qanunun 13-cü bölməsində vəd edilmiş əmlak yığıncaqlarının səlahiyyət sahəsinə dair məhdudlaşdırıcı müddəaları ehtiva edir. Federasiyanın işləri bütün federal əyalətlərin elçilərindən ibarət olan və Frankfurt -Mayndə yerləşən federal məclis tərəfindən idarə olunurdu .. Avstriyanın sədrliyi dövründə Bundestaq ya plenar iclas olaraq, federasiyanın konstitusiyasına dəyişikliklər, yeni üzvlərin qəbulu, müharibə və sülh və bu kimi mühüm məsələlərlə bağlı danışıqlar aparırdı, ya da dar bir şura olaraq federal hökumət.
Almaniya kinosu
Almaniya kinematoqrafı — Almaniya mədəniyyətinin və dünya kinosunun vacib bir hissəsi. Almaniyada istehsal olunan filmlərdən ibarətdir. Dünyada kinematoqrafiyanın yaranmasının rəsmi tarixindən iki ay əvvəl, 1895-ci il noyabrın 1-də ixtiraçılar Emil və Maks Skladanovskilər Berlinin “Vinter qarten” müzik-hollunun binasında özlərinin hazırladığı proyeksiya aparatı (bioskop) vasitəsilə qısametrajlı filmlər nümayiş etdirdilər. 1896-cı ildə Oskar Messter Almaniyda qısametrajlı sənədli və bədii filmlər istehsal edən ilk studiya açdı. Sonradan “Messter Film” və “Deutsche Bioskop” (hər ikisi 1897), “Münxener Kunstfilm” (1907), “Union” (1910) və başqa kinofirmalar fəaliyyət göstərirdi. 1910-cu illərdə görkəmli dramaturqlar A.Şnitsler, Q. Hauptman, Q.Zuderman və başqa kinematoqrafiya işində yaxından iştirak etməklə bu sahənin çiçəklənmə dövrü başladı. Bir çox tanınmış teatr aktyorları P.Vegener, A.Basserman, M.Pallenberq və s. kinematoqrafa gəldi. “Mavi siçan” (1912, rej. M.Mak), “Praqalı tələbə” (1913, rejisorlar S.Rie və Vegener) və s.
Almaniya mətbəxi
Almaniya mətbəxi (alm. deutsche Küche‎) — Almanların mətbəxi. == Tarixi == Alman mətbəxinin çox zəngin və maraqlı tarixi var. Onun kulinar ənənələri ölkənin regionlarınlardan asılı olaraq fərqlənir. Vahid alman mətbəxi anlayışı XIX əsrin ikinci yarısında Alman torpaqların bir ölkəyə birləşməsi ilə eyni zamanda ortaya çıxdı. == Kartof məhsulları == Alman mətbəxində kartofun bir çox hazırlama üsülü var: kartofu duxovkada bişirmək, yağda qızartmaq və ya soyuq salatlara əlavə etmək olar. Almanlılar kartof püresini o qədər də sevmir; onlar əriştəyə üstünlük verir. Ləzzətli və bol alman yeməyin misalı kimi Ayntopfu göstərmək olar – tamdəyərli naharı əvəz edən böyük küpədə bişirilən yemək. İstifadə olunan inqrediyentlərdən asılı olaraq, o, şorba, pörtlənmiş xörək və ya qulyaşı xatırlayır. Əlinizin altında olan məhsullardan bu yeməyə qata bilərsiniz.
Almaniya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Almaniya torpaqları
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Almaniya türkləri
Almaniyadakı türklər Türkiyədən köçüb Almaniyaya yerləşmiş türklərdir. Almaniyadakı türklər, geniş tərifi ilə Almaniyada doğulmuş türkləri əhatə edir. İlkcə almanlar olaraq təyin olunan qrup bu gün mənfi məna daşıyan bu sifəti qəbul etmir. Qürbətçilərin tərifi isə yaşadıqları ölkədə daimi sakin olmuş, müxtəlif peşələrlə məşğul olan və bəziləri də ölkə vətəndaşı olmuş yeni nəsil türkləri tam ifadə etmir. yaşayırlar. Son 40 ildə Türkiyədən Almaniyaya təxminən üç milyon insan köç edib. Almaniyadakı əcnəbilərə ilk növbədə almanca yad(xarici) qonaq işçilər (Gastarbeiter) deyilir. Alman toplumu Almaniyaya İşçi alımı ilə gələn insanlara yalnız iş üçün gələn qonaq kimi baxırdı. Bu gün qloballaşmanın təsiri və buna uyğun olaraq sosial anlayışın inkişafı ilə onları “yad vətəndaşlar” (Ausländische Mitbürger) adlandırırlar.
Almaniya şəhərləri
Almaniya şəhərlərinin siyahısı.
Almaniya ədəbiyyatı
Alman ədəbiyyatı Mərkəzi Avropada yaşayan almanca danışan xalqların ədəbiyyatıdır. Almaniya, Avstraliya, İsveçrə və bunların yanındakı xalqların işlərini əhatə edir. Digər Avropa ədəbiyyatı ilə qarşılaşdırıldığında Alman ədəbiyyatı digərlərinə nisbətən daha çox fərqlilik göstərir. Bunun səbəblərindən biri 1800-cü illərdə Berlinin ortaya çıxmasına qədər Almanca danışan xalqların Fransanın Parisi ya da İngiltərənin London kimi bir paytaxtının olmaması idi. Daha doğrusu Almaniya uzun müddət ayrılıqlar və bölünmələr yaşamışdır. Bu tip bölünmələr 1600-cü illərdəki din döyüşləri boyunca 1900-cü illərin ortasından başlayan Soyuq müharibələr vaxtı sıx yaşanmış idi. Almaniya Reformasiya deyilən dini hərəkatın mərkəzi olması səbəbi ilə 1500-cü illərdə Protestanlıq ortaya çıxdığı yerdir. Reformasiya adamın daxili ruhani azadlığını vurğulayırdı. Alman ədəbiyyatı şəkilləndirən daxili və fəlsəfi yanaşma da ruhani bir tipə sahibdir. == Erkən Alman ədəbiyyatı == 1000-ci illərdə Alman qəbilələri indiki Almaniyaya Şimali Avropa üzərindən köç etmişdilər.
Almaniya əhalisi
Almaniya Federativ Respublikasının əhalisi — 81 802 000 nəfərdir (2009). Almaniya əhali sayına görə Avropa Birliyində ilk yerdədir. Almaniya birləşəndən sonra ilk dəfə 9 may 2011-ci ildə əhalinin ümumi siyahıya alınması keçirimişdir. == Əhalinin Almaniya ərazisində yayılması == Almaniya Avropada əhalinin ən sıx yaşayan ölkələrindən biridir. Burada hər kvadrat kilometrə 229 nəfər düşür (2009), amma AFR-in xarakterik xüsusiyyəti əhalinin yayılmasının ölkə üzrə bərabər paylanılmamasıdır.. 31 % əhali 100 000-dən çox sakini olan şəhərlərdə, 62 % əhali 2 000-dən 100 000-nə qədər sakini olan yaşayış məntəqələrində və şəhərlərdə, 7 % əhali 2000-dən az sakini olan yaşayış məntəqələrində yaşayır. == Mühacirlər == Almaniyada 6,75 milyondan çox xarici ölkə vətəndaşı yaşayır. Onlardan: 1,749 mln. — türklər (bütün əcnəbi vətəndaşların 1/3-i və ümumi ölkə əhalisinin təxminən 2,4 %-i); 930 min. — keçmiş Yuqoslaviya respublikaları fətəndaşları; 187,5 min.
Almaniya əyalətləri
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Qərbi Almaniya
Almaniya Federativ Respublikası digər adı ilə Qərbi Almaniya — XV əsrdən etibarən Almaniya olaraq adlandırılan dövlətin, İkinci dünya müharibəsindən sonra siyasi və çoğrafi olaraq parçalanması nəticəsində yaranmış iki dövlətdən biri. == Tarixi == 1949–1990-cı illər aralığında mövcud olmuş Qərbi Almaniya 1990-cı ildə Almaniya Demokratik Respublikası ilə birləşmişdir. Qərbi Almaniyanın paytaxtı Bonn şəhəri idi. 1989-cu ildə Berlin divarının dağıdılmasının ardından Qərbi Almaniya ilə Almaniya Demokratik Respublikası birləşmiş və nəticədə mövcud Almaniya yaradılmışdır. Soyuq müharibənin başlanğıcında Avropa Qərb və Şərq blokları arasında bölündü. Almaniya iki ölkəyə bölündü. Əvvəlcə Qərbi Almaniya özünü 1871-1945-ci illərdəki Alman Reyxinin demokratik şəkildə yenidən təşkil edilmiş yeganə davamı kimi təqdim edərək, bütün Almaniya üçün müstəsna mandat iddia etdi. Qərbi Almaniyanın üç cənub-qərb əyaləti 1952-ci ildə Baden-Vürtemberqi meydana gətirmək üçün birləşdi və Saar əyaləti 1957-ci ildə Fransa tərəfindən Müttəfiqlər tərəfindən işğal edilmiş Almaniyadan Saar Protektoratı olaraq ayrıldıqdan sonra Qərbi Almaniyaya bir dövlət olaraq qoşuldu (ayrılıq tam qanuni deyildi). Sovet İttifaqının buna qarşı çıxdığı kimi). Nəticədə on ştatdan əlavə, Qərbi Berlin qeyri-rəsmi de-fakto on birinci ştat hesab olunurdu.
Rayon (Almaniya)
Rayon (alm. Kreis‎, Şimali Reyn — Vestfaliyada və Şlezviq-Qolşteyndə) və ya torpaq rayonları (alm. Landkreis‎, geri qalan torpaqlarda) — inzibati ərazi bölgüsü vahidi icmalara bölünmüşdür (alm. Gemeinde‎). Rayon nümayəndələri kraystaq (Kreistag) adlanır, onlar əhali tərəfindən seçilir. Rayon nümayəndələri — deputatlardan (Kreistagsabgeordnete — Aşağı Saksoniyada, Brandenburqda, Qessendə və Şlezviq-Qolşteyndə), kraystaq üzvlərindən (Kreistagsmitglieder — Meklenburq-Qabağı Pomeraniyada, Şimali Reyn-Vestfaliyada, Reynland-Pfaltsda, Saarda və Türinqiyada) və ya kraystaqlardan (Kreisrat — Baden-Vütemberqdə, Bavariyada və Saksoniyada), peşəkar olmayan üzvlərdən (Ehrenamtliche Mitglieder, Saksoniya-Anxaltda) ibarətdir. == Tarixi == XIX əsrin əvvəllərində Fridrix fon Ştayn kənd yerlərində özünüidarə modelini tətbiq etməyə çalışdı. Onun təklifləri 1980-ci illərdə, Prussiya Vestfaliya vilayətləri (1886) və Reyn vilayəti (1887) bölgələrə bölündükdə həyata keçirilmişdir. Birinci dünya müharibəsi ərəfəsində Almaniyanın ərazisində təxminən 1000 rayon mövcud idi. == İstinadlar == == Xarici keçidlər == Almaniya rayonlar assosiasiyasının veb-saytı Dritte Verordnung über den Neuaufbau des Reiches v.
Torpaq (Almaniya)
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Şərqi Almaniya
Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya) — İkinci Dünya müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya və Slovakiya) və PXR (indiki Polşa) ilə həmsərhəd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, Rostok və Kotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, hökuməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Baş prokuroru seçirdi. 1990-cı ildə ADR Almaniya Federativ Respublikası ilə birləşmişdir.
Almaniya Avstriyası
Almaniya Avstriyası Respublikası (alm. Republik Deutschösterreich‎ və ya Deutsch-Österreich) — Mərkəzi Avropada tarixi və tanınmamış dövlət. Bu, Birinci Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın nəticəsində əsasən almandilli və etnik alman əhalisi olan ərazilər üçün əsas dövlət kimi ortaya çıxmış və Almaniya ilə birləşmə planlarını özündə əks etdirirdi. Ölkə 118,311 km2 ərazini əhatə etmişdir və 10,4 milyon əhalisi var idi. Bununla belə, praktikada onun səlahiyyəti Sisleytaniyanın əsasını təşkil edən Dunayboyu və Alp vilayətləri ilə məhdudlaşırdı. İddia etdiyi ərazinin çox hissəsi faktiki olaraq yeni yaradılmış Çexoslovakiya tərəfindən idarə olunurdu və beynəlxalq səviyyədə belə tanınırdı. Bu himayə altında Almaniya Avstriyası yaratmaq cəhdləri, xüsusən də Versal müqaviləsində Almaniya ilə birlik qadağan edildiyinə və 1919-cu ildə yeni Birinci Avstriya Respublikası dövləti yaradıldığına görə, son nəticədə uğursuz olmuşdur. == Zəmin == Habsburqların Avstriya imperiyası 1867-ci il kompromisi ilə ikili monarxiya kimi yenidən qurulmuşdu. Bu, macarların dominantlıq etdiyi, nüvəsi Macarıstan krallığı olan və bəzən belə adlandırılan "Müqəddəs İştvan tacının torpaqları"ndan və imperiyanın almanların üstünlük təşkil etdiyi qalan hissəsi, qeyri-rəsmi olaraq "Avstriya" adlanan Sisleytaniyadan ibarət idi. Sisleytaniya cənubda Krayna, Dalmatiya, Avstriya sahilyanı və İstriya, şimalda və şərqdə Bohemiya, Moraviya, Qalisiya və Bukovina ilə birlikdə əsas "Avstriya" vilayətlərini əhatə edirdi.