Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apatit
Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Xlorapatit, oksoapatit, karbonatapatit və b. == Xassələri == Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir.
Apatitı
Apatitı — Rusiya Federasiyasında yerləşən şəhər Murmansk vilayətinin tərkibinə daxildir.
Apatit filizləri
Apatit filizləri – texnoloji və iqtisadi göstəricilərinə görə istismara yararlı apatitli təbii polimineral törəmələri. Apatit filizlərini mineral tərkibinə görə silikatlı-oksidli, silikatlı, karbonatlısilikatlı, karbonatlı və hidrosilikatlı-hidroksidli, P2O5-in miqdarına görə isə zəngin (16%-dən çox), adi (8–16%), kasıb (4–8%) və çox kasıb (4%-ədək) növlərə ayırırlar. Mineral tərkibindən asılı olan saflaşdırılma dərəcəsinə görə asan (apatit konsentratında P2O5-in miqdarı 90%-dən çox), qənaətbəxş (70–90%) və çətin saflaşan (70%-dən az) Apatit filizləri var. Silikatlı filizlər (apatit-nefelinli və s.) asan, karbonatlı və hidrosilikatlı-hidroksidli filizlər isə çətin saflaşır. Əmələgəlmə şəraitinə görə Apatit filizlərinin maqmatogen, metamorfogen və sedimentogen yataq tipləri olur. Maqmatogen, eləcə də sedimentogen (aşınma qabığı törəmələri) tipli yataqlar daha böyük sənaye əhəmiyyətinə malikdir. Apatit filizlərinin dünya üzrə ümumi ehtiyatı (P2O5 üzrə) təqribən 1,2 mlrd. tondur. Əsas yataqları RF-də (dünya ehtiyatının 1/3-i), həmçinin Vyetnam, Braziliya, CAR, Finlandiya, Uqanda, Norveç, Zimbabve, Kanada, İspaniya və Hindistandadır. Apatit filizlərindən mineral gübrələr istehsalında, metallurgiya, keramika və şüşə sənayesində istifadə olunur.
Abatia
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Akantit
Akantit — mineral, Ag2 S == Haqqında == Monoklinik. Aşağı temperaturlu modifikasiya. Habitus priz­ma­tik. Aqreqat: torpaqvari, ağacabənzər, sapvari. Argentit üzrə paramorfozlar. Qara. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 7,24. Hidrotermal, 179° C-dən aşağı temperaturda əmələ gəlir. Pb-Zn yataqlarında argentitlə birlikdə.
Altait
Altait — mineral, PbTe. == Haqqında == Qalenitlə eyni quruluşludur. Kubik. Habitus kubik və kubik-oktaed­rik. Ayrılma{100} üzrə mükəmməl. Rəng qalayı-ağ. Parıltı metallik. Sərtliyi 3. Xüsusi çəkisi 8,19. Au-Ag kvars damarlarında digər tellurid və sulfidlərlə birlikdə.
Anahit
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi. Plutarxın sözlərinə görə, Erezdəki Anahit məbədi qədimliyinə və zənginliyinə görə digərlərindən fərqlənirdi.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Apation
Liparis (lat. Liparis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Alatiliparis Margonska & Szlach. Alipsea Hoffmanns. Anistylis Raf. Apation Blume Cestichis Thouars Distichis Thouars Diteilis Raf. Empusa Lindl. Empusaria Rchb. f. Gastroglottis Blume Iebine Raf.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı,müəyyən hərəkətlərə meylin,marağın olmaması(çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur).Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq,ruhi soyuqqanlıq,hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.Aşkardır ki,stoiklərə Şərq dini fəlsəfi baxışları,xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
Apatrid
Apatridlər (lat. apatris və q.yun. ἀ + πατρίς sözlərindən) və ya vətəndaşlığı olmayan şəxs — heç bir dövlətə mənsub olmayan şəxslərə vətəndaşsızlar və apatrtidlər adlanırlar. Vətəndaşsızlıq problemi müxtəlif səbəblərdən meydana gəlir. Məsələn qadın ərə gedənkən vətəndaşlıq qanun vericiliyi "qadın kişinin vətandaşlığına keçir" prinsipinə uyğun onun vətəndaşlığı kənar edilirsə və ərin mənsub olduğu dövlətin qanunvericiliyi qadının vətandaşlığını qəbul etmirsə, uşaq vətəndaşlığı olmayan belə valideynlrdən doğulursa yada şəxs bu və ya digər səbəblərdən vətandaşlığını itirb, yeni vətəndaşlıq əldə edə bilmirsə belə hal yaranır. Vətəndaşsızlıqla bağlı beynəlxalq konvensiya mövcuddur: vətəndaşsızlıq haqqında 28 sentyabr 1954-cü il konvensiyası vətəndaşsızlıq hallarının azaldılması haqqında 30 iyun 1961-ci il konvensiyası == Vətəndaşlığın (milliyyət) olmamasının səbəbləri == İnsan aşağıdakı hallarda vətəndaşlığı olmayan şəxs ola bilər: vətəndaşlığı olmayan valideynlərdən doğuş zamanı, doğum dövlətinin qanunları bu dövlətin vətəndaşlığı olan bir şəxs tərəfindən avtomatik əldə edilməsini nəzərdə tutmursa; dövlət tərəfindən vətəndaşlıqdan məhrum edildikdə; dövlət tərəfindən vətəndaşlıqdan məhrum edilməsi siyasi, etik səbəblərə görə, təhlükəsizlik səbəbindən və ya vətəndaşlığı qanunsuz olaraq alındıqda baş verə bilər; vətəndaşlıqdan könüllü imtina; dövlətin mövcudluğuna son qoyulması halında.Vətəndaşlığı olmayan şəxslərin statusu ilə bağlı Konvensiyanın 1-ci maddəsinə görə, bu status qaçqınlara şamil edilmir. == Vətəndaşlıqdan azadlıq == Beynəlxalq hüquqda, vətəndaşlıq anlayışında praktiki müstəvidə insan hüquqlarına və vətəndaşlığına münasibətdə dixotomiya var. Vətəndaşlığı olmayan şəxslərə qarşı konvensiyaların icrası ilə əlaqədar insanlara könüllü olaraq vətəndaşlıqdan imtina etmək qadağan olunmağa başladı, ancaq yalnız bir vətəndaşı digəri ilə əvəz etdi. === Vətəndaşlıqdan çıxmağın qadağan edilməsi (vətəndaşlıq borc kimi) === Vətəndaşlıqsızlığı azaltmaq üçün siyasi ideyaları həyata keçirmək məqsədilə yaradılan iki beynəlxalq müqavilənin dərc edilməsi nəticəsində vətəndaşlıq hüququ kimi deyil, öhdəlik kimi təqdim edildi. Xüsusilə, belə razılaşmalara aşağıdakılar daxildir: Vətəndaşlıqsızlığın azaldılması haqqında Konvensiya (30 avqust 1961-ci ildə Nyu-Yorkda BMT Baş Məclisi tərəfindən qəbul edilmişdir); CETS 166 saylı vətəndaşlıq haqqında Avropa Konvensiyası (6 noyabr 1997-ci ildə Strasburqda qəbul edilmişdir).Vətəndaşlığı olmayan şəxslərin azaldılması haqqında Konvensiyaya əsasən, imzalayan dövlətlər vətəndaşlığının itirilməsinə səbəb olarsa, vətəndaşlığından könüllü olaraq imtina edilməsinin qarşısını almağa borcludurlar, başqa şəxsin başqa bir vətəndaşlıq alması halları istisna olmaqla.
Apofit
Apofit — əkin sahəsində yayılıb alağa çevrilə bilən bitkilər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Aqatti
Banqaram adası (malaya. അഗത്തി ഐലന്റ്) — Lakkadiv adaları daxil olan kiçik bir ada. Materikdən 350 km aralıda yerləşir. == Təsviri == Ada cənub-qərbdən şimal-şərqə doğru uzanır:uzunluğu 8 km, eni 900 metrdir. Ada hər tərəfdsən mərcan rifləri ilə örtülüdür. sahil sularında tuna balığının sənaye əhəmiyyətli ovu təşkil edilir. == Turizm == Adada hava limanı fəaliyyət göstəritr. Bu Lakkadiv adalarında yeganədir. Adada məscid və 20 yerlik otel fəaliyyət göstərir. Adaya uçuşlar həyata keçirilir.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Hepatit
Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") - qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər. == Əlamətləri == Əzələ və oynaq ağrısı Yüksək temperatur İştahsızlıq Tünd rəngli sidik Solğun, boz rəngli nəcis Qaşınan dəri Gözlərin və dərinin saralması (sarılıq) Ürək bulanması, qusma, ishal Mədə – bağırsaq şikayətləri Qarnın üst bölgəsində ağrı Yorğunluq.Hepatit A-da 38 C yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönür. Xroniki hepatit, qaraciyərin funksiyaları dayanana qədər (qaraciyər çatışmazlığı) heç bir aşkar simptoma malik olmaya bilər və yalnız qan testləri zamanı aşkar edilə bilər. Sonrakı mərhələlərdə sarılıq, ayaqlarda, topuqlarda və ayaqlarda şişkinlik, nəcisdə və ya qusuntu kütləsində qan ola bilər.
Çapati
Çapati- buğda unundan bişirilmiş lavaşdır. Hindistan, Nepal, Əfqanıstan və başqa Asiya ölkələrində məşhur çörəkdir. == Hazırlanması == Çapati isti tavada bişirilir sonra isə isti odda bişirilməyə davam edilir. İsti açıq odda küre şeklini alana kimi bişirilmeye davam olunur. Çapatini müxtelif yemeklerle yeyilir. Şimali Hindistanda çapati müxtəlif yəməklə yeyilməsi daha geniş yayılıb. Onlardan ən məşhuru kartof püresi ile qızardılmış soğandır. == Tarixi == Çapati sözünün mənası (Hind ve urdu dilinde चपत/چَپَت‎, çapati) şillə deməkdir. Ain İbn Əkbər ilk dəfə bu sözü 16-cı əsrdə istifadə etmişdir. Hal hazırda Orta Asiyada buğdadan hazırlanmış çörək növü kimi məşhurdur.
Apata
Apata (yun.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Alatır (şəhər)
Alatır (rus. Ала́тырь; çuvaş Улатӑр Ulatăr) — Rusiyada, Çuvaşıstan subyektində şəhər. Alatır rayonunun mərkəzidir. == İqtisadiyyatı == Alatır şəhəri Sura çayı sahilində gəmi dayanacağı rolunu daşıyır. Burada dəmiryol stansiyası var. Parovoz təmiri, elektrik cihazları, yağ-pendir zavodları, maxorka, ayaqqabı, tikiş, trikotaj fabrikləri, ağac emalı, ət kombinatları, İES, 3 texnikum var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатырь // Города России: энциклопедия (50000 nüs.). М.: Большая Российская энциклопедия. 1994. 16.
Alatır çayı
Alatır (çuvaş Улатăр, erz. Ратор) — Rusiyanın Nijeqorod, Mordoviya və Çuvaşiya ərazilərindən axan çay. Çayın uzunluğu 296 km, hövzəsi 11 min km² təşkil edir. == Coğrafiya == Çayın mənbəyi Pervomaysk şəhərindən 10 km qərbdə yerləşir. Çsyın əsas istiqaməti şərqədir. Çay yuxarı axarlarda Nijeqororod vilayəti ilə Mordoviya sərhəddini təşkil edir. Sonradan çay Permomaysk, Lukoysnovvə Poçinkovski rayonları ərazisindən axır. Adı çəkilən rayonlar Nijeqorod vilayəti ərazisində yerləşir. Daha sonra çsy Mordoviyanın İçalkovski, Ardatovski rayonları ərazisindən axır. Aşağı axarlarda isə Alatır rayonuna keçir.
Aparat funksiyası
Aparat funksiyası – optik cihazların xassəsi; cihazın çıxışındakı kəmiyyətin qurğunun girişindəki həqiqi qiyməti ilə əlaqəsini müəyyən edən funksiya. Aparat funksiyası əsasən, teleskop, mikroskop və spektral cihazların xarakteristikası üçün istifadə edilir. Təsvir yaradan optik cihazın Aparat funksiyası cihazın yaratdığı nöqtəvi şüalanma mənbəyinin təsvirində işıqlanmanın paylanmasını göstərir. Aparat funksiyası obyektin təsvirində işıqlanmanın paylanması ilə elə həmin obyektin parlaqlığının paylanması arasında əlaqəni müəyyən etməyə imkan verir. Spektral cihazlarda Aparat funksiyası monoxromatik şüalanmanın müşahidəsi zamanı cihazın qeyd etdiyi spektrdən ibarətdir. İdeal optik cihaz nöqtəvi mənbəyi nöqtə şəklində təsvir edir və onun Aparat funksiyası bu nöqtədən başqa hər yerdə sıfra bərabər olur. Real cihazlarda isə difraksiya, aberrasiya və s. amillər nəticəsində nöqtəvi mənbəyin təsviri “yayılır” və ləkəşəkli alır. Real vəziyyətlərdə Aparat funksiyasının hesablanması çətin olduğu üçün onu eksperiment üsulu ilə təyin edirlər.
Aparat kəsilməsi
Aparat kəsilməsi (ing. Hardware interrupt) – “diqqət yetirilməsi haqqında xahiş”; kompüterin aparat vasitələri və ya proqram təminatı tərəfindən mikroprosessor üçün hazırlanıb verilən siqnal. Bəzən tələ (TRAP) də adlandırılan kəsilmə mikroprosessoru məcbur edir ki, yerinə yetirilən əməliyyatı durdursun, özünün cari durumunu yadda saxlasın və idarəetməni xüsusi prosedura – xüsusi komandalar yığınını yerinə yetirən kəsilmələr emalçısına (INTERRUPT HANDLER) versin. Kəsilmələrə çoxlu səbəblər ola bilər: bunlar qurğuların xidmət üçün sorğusu, verilənlərin emalındakı xətalar, mümkün olmayan əməllərin yerinə yetirilməsinə cəhd və (nadir hallarda) yaddaşla bağlı yaranan problemlər və ya sistemin bəzi çox vacib komponentlərinin sıradançıxma təhlükələri ola bilər. Mikroprosessor bir çox mənbədən kəsilmə haqqında sorğu aldıqda onların emal olunma ardıcıllığı “çözmə” səviyyələrinin iyerarxiyasına görə müəyyən olunur. Proqram kəsilmə mexanizmindən istifadə etməklə əməliyyat sisteminin funksiyalarına, məsələn, faylların açılması, oxunması və qapadılması funksiyalarına müraciət edə bilər. Digər tərəfdən, kəsilmə, mikroprosessor ilə kompüter sistemini əmələ gətirən başqa elementlər arasında rabitə vasitəsidir. Əgər daimi kəsilmə sorğuları axını hər hansı kritik vəzəyyətdə işi çətinləşdirir və ya əngəlləyirsə, onda proqram kəsilməni müvəqqəti olaraq bloklaya bilər ki, nəticədə lazım olan zaman müddətində mikroprosessor üzərində vahid nəzarətə nail ola bilsin.Aparat kəsilməsi ya klaviatura, disksürən və giriş-çıxış portları kimi xarici qurğular, ya da “daxildən” – mikroprosessor tərəfindən generasiya olunan kəsilmə növü. Qurğular xarici aparat kəsilmələri vasitəsilə kompüterin mikroprosessorunu onlara diqqət yetirməyə “çağırırlar”. Daxili aparat kəsilmələri mikroprosessor tərəfindən müəyyən hadisələrə nəzarət edilməsi üçün (məsələn, proqram sıfıra bölməyə cəhd etdikdə) generasiya olunur.
Aparat təchizatı
Aparat təchizatı, aparat fondları, kompüter komponentləri , «dəmir», (ing. hardware) — proqram və məlumatlar istisna olmaqla bir sistemin və ya şəbəkənin bir hissəsi olan bir hesablama cihazının elektron və mexaniki hissələri (hesablama sisteminin saxladığı və işlədiyi məlumatlar). Təchizata aşağıdakılar daxildir: kompüterlər və məntiq cihazları, xarici cihazlar və diaqnostik avadanlıqlar, enerji avadanlığı, batareyalar və akkumulyatorlar. Donanım kompüterin konfiqurasiyasını təşkil edən cihazlara aiddir. Daxili və xarici cihazları ayırd edin. Fərdi qovşaqlar və bloklar arasında danışıqlar aparat interfeysləri deyilən donanım məntiqi cihazları istifadə edilərək aparılır; hardware interfeysləri üçün standartlara protokol deyilir. Fərdi kompüter, konfiqurasiyası lazım olduqda dəyişdirilə bilən universal bir texniki sistemdir. == Kompüter == Kompüter texnikası kompüter və kompüter şəbəkələrinin işlədiyi avadanlıq üçün ümumi bir addır. Təchizata ümumiyyətlə aşağıdakılar daxildir: mərkəzi emal vahidi ram sistem məntiqi ətraf mühit şəbəkə avadanlığıDonanım tərəfindən yerinə yetirilən bəzi vəzifələr qismən və ya tamamilə proqram emulyasiyasından istifadə etməklə həyata keçirilə bilər, məsələn, fərdi kompüterlərdə, modem rabitə protokollarının proqram təminatı, 3 ölçülü görüntü göstərmə funksiyalarının proqram emulyasiyası tez-tez istifadə olunur. Adətən yerinə yetiriləcək bir tapşırığın aparatdan proqrama köçürülməsi aparatın qiymətini azaldır, lakin mərkəzi prosessora yükü artırır.