apatit
apatrid
OBASTAN VİKİ
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması (çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur). Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq, ruhi soyuqqanlıq, hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür. Aşkardır ki, stoiklərə Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
Apatiya (film)
Apatiya – 2024-cü ildə buraxılmış Azərbaycan filmi. == Məzmun == Filmdə kasıb bir ailənin dramı təsvir edilmişdir. Ailə azyaşlı oğlunu narkoman dayısının yanında işləmək üçün məktəbdən uzaqlaşdırır. Həmçinin ailədə qətl hadisəsi baş verir. == Tənqid == Filmdə masturbasiya səhnəsinin çəkilməsi müəyyən tənqidlərə uğramışdır. Rejissor Hikmət Rəhimov bunu janrın tələbi olduğunu bildirmiş, tənqidləri seksual problemlərlə əlaqələndirmişdir. Kinotənqidçi Sevda Sultanova bu səhnəni tənqid edərək filmə baxmayacağını bildirmişdir. Rejissor Cavid Təvəkkül Hikmət Rəhimovun bu işi bacarmadığını bildirmişdir. Yazıçı İlham Əziz isə bu səhnəni cəsarətli adlandıraraq rejissor və yaradıcı heyəti alqışlamışdır.

Digər lüğətlərdə