Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anna Apostolaki
Anna Apostolaki (yun. Άννα Αποστολάκη; 1880, Marqarit[d], Krit – 1958) — Yunanıstan arxeoloqu və muzey kuratoru. Əvvəlcə kurator, daha sonra Milli Dekorativ Sənət Muzeyinin direktoru vəzifələrində çalışan Anna Yunanıstanda ilk peşəkar arxeoloq qadın hesab olunur. Doktorluq dərəcəsi ilə məzun olan ilk qadınlardan biri olan Anna həm də Afina Arxeologiya Cəmiyyətinin ilk qadın üzvü və Xristian Arxeologiya Cəmiyyətinin ilk üzvlərindən idi. O, qədim tekstil sahəsində mütəxəssis idi və qədim naxışların və Yunanıstanın toxuculuq ənənələrinin qorunmasını təkcə qadınların ənənəvi işini dəstəkləmək deyil, həm də Yunanıstanın tarixinin müharibələrarası dövründə yunan millətçiliyini gücləndirmək üçün bir vasitə kimi görürdü. == Həyatı == Anna Apostolaki 1880-ci ildə o vaxtlar Osmanlı imperiyasının, indi isə Yunanıstanın bir hissəsi olan Krit adasında, Retimno vilayətində Marqarit şəhərində anadan olub. Atası əslən Elefterna şəhərindəndir. Osmanlı hakimiyyətinə qarşı yerli üsyanlar ailəsinin Pireyə, oradan da Afinaya qaçmasına səbəb olmuşdu. O, "Təhsilin Dostları Cəmiyyəti" tərəfindən idarə olunan "Arsakion" adlı qız məktəbində oxumuş və 1899-cu ildə müəllim kimi məzun olmuşdu. Müəllimlik həmin illərdə qadınların yiyələnə biləcəyi bir neçə peşədən biri idi.