Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astrolyabiya
Astrolyabiya və ya Üstürlab (yun. ἀστρολάβος; ulduzları götürən) — fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən cihazdır. Tarixi mənbələrə görə ilk dəfə olaraq bu cihaz Eratosfen tərəfindən b.e.ə.250-ci ildə düzəldilmişdir. Başqa mənbələrə görə bu cihaz isgəndəriyyəli qadın-astronom və riyaziyyatçı Hipatiya tərəfindən (370-415) ixtira edilmişdir. Həmin cihaz bu gün sferik astrolyabiya kimi tanınır. Bu cihazla Hipparkos Ptolomey üçün səma ulduzlarının kataloqunu tərtib edir. Sonralar Farslar astrolyabiyaların təkmilləşdirilməsi ilə məşğul olurlar və onu gecə və gündüzün uzunluğunun və yer üzərində horizontal bucaqların təyini, həmçinin bəzi riyazi hesabatların aparılması üçün tətbiq edirlər. Xilafətin inkişafı dövründə IX — XI əsrlərdə astrolyabiyaların tətbiqi daha da genişlənir. Çünki, onların düzəldilməsi dərin riyazi (proyeksiya həndəsəsi, sferik koordinatların hesablanması) və astronomik bilikləri tələb edirdi. Bunlar isə şərq dövlətlərində daha güclü inkişaf etmişdir.
Astrolab