Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atabay
Atabay (film, 2020)
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Ataçay nekropolu
Ataçay nekropolu — Xızı rayonu, Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol. Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləişir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda,nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır. 2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdə bəzi bəzək əşyaları tapılmışdır.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub. == Yaşamı və akademik karyerası == Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub. == Siyasi karyerası == 2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib. == Şəxsi həyatı == Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Atabay (film, 2020)
Atabəy filmi — ssenaristi Hadi Hicazifər və rejissoru Niki Kərimi olan 2020-ci ildə çəkilmiş romantik dram filmi. Film ilk dəfə 38-ci Fəcr Film Festivalında nümayiş edilib. Film azərbaycan dilində çəkilib. Bəzi epizodları isə fars dilindədir. 2021-ci il noyabr ayının 24-dən etibarən kinoteatrlarda nümayiş etdirilən film ilk həftələrdə satışa görə il ərzində komediya filmlərini keçib birinciliyə yüksəlmiş ilk film olub. Bundan başqa film 2021-ci ildə İranda nümayiş etdirilən filmlər arasında da ən çox izlənilən ilk 5 filmin sırasına düşüb. == Sujet == Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr Qərbi Azərbaycan vilayətindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir.
Şerafettin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. == Həyatı == Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.
Şərafəddin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. == Həyatı == Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.