Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerasiya
Aerasiya (q.yun. ἀήρ – hava) — havadəyişmə, havanı oksigenlə zənginləşdirmə. == Torpağın aerasiyası == Torpağın aerasiyası torpaq havası ilə atmosfer havası arasında qaz mübadiləsidir. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və mikroorqanizmlərin tənəffüsunə lazım olan oksigenlə, yerə yaxın hava təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə zənginləşir. Torpaq xırda dənəvar strukturlu olduqda aerasiyaya əlverişli şərait yaranır və bitki daha yaxşı inkişaf edir.
AirAsia Hava Yolları reys 8501
AirAsia Hava Yolları reys 8501 — 2014-cü ilin 28 dekabr tarixində İndoneziyanın Surabaya şəhərindən Sinqapura doğru uçan AirAsia Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarə reysi. Təyyarə havada olduğu zaman radarlardan itmişdir.
Acrania
Başıxordalılar (lat. Cephalochordata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Nümayəndələri dəniz dayazlıqlarında qum içərisində yaşayır. Bunların bədəni yanlardan yastılaşıb, ağzı bığcıqlarla əhatə olunub. Xorda bütün bədən boyu uzanır, hətta sinir borusundan qabağa çıxır. Ona görə də bunlara başıxordalılar deyilir. Nümayəndəsi neştərçədir. 30 növlə təmsil olunmuşdur. Xarakterik nümayəndəsi dənizin qumlu, dayaz yerlərində, dibdə yaşayan neştərçədir (Branchiostoma lanceolatum). Uzunluğu 8 sm-ə qədərdir.
Aedesia
Aedesia (lat. Aedesia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Aedesia engleriana Mattf. Aedesia glabra (Klatt) O. Hoffm. Aedesia spectabilis Mattf.
Avrasiya
Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir. Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır. Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir. == Adının yaranması tarixi == Materikə bir çox adlar verilmişdir. Aleksandr Humboldt əraziyə "Asiya" adını vermişdir. Karl Qustav Royşle 1858-ci ildə "Handbuch der Geographie" kitabında "elerdtheil Asien-Europa" termini işlətmişdir.
Llerasia
Llerasia (lat. Llerasia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Llerasia beckii Cabrera Llerasia boliviensis (Cabrera) Cuatrec. Llerasia caucana (S.F.Blake) Cuatrec. Llerasia fuliginea (Kunth) Cuatrec. Llerasia hypoleuca (Turcz.) Cuatrec. Llerasia hypoleuca var. serrata (Turez.) Cuatrec. Llerasia ledifolia (S.F.Blake) Cuatrec. Llerasia lindenii Triana Llerasia lindenii var.
Anarsia
Meyvə güvəsi (lat. Anarsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Araşa
Araşa, Barreyru - d i - Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Afro-Avrasiya
Afro-Avrasiya - Afrika və Avrasiya qitələrinin birlikdə adlandırıldığı termindir. Ayrıca olaraq "Köhnə dünya" olaraq tanınır. Dünya əhalisinin %85-i (5,7 milyarda yaxın insan) bu qitəyə aiddir. Afro-Avrasiya təxminən Yer kürəsinin 84 980 532 min kvadrat kilometr sahəsini tutur. Coğrafi olaraq Afrika və Avropanı Süveyş kanalı ayrılır. Afrika Avropa ilə birləşən zaman (təxminən 600 min sonra) bu qitə yaranacaqdır.
Avena agraria
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. == Tikinti prosesi == Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Avrasiya (dəqiqləşdirmə)
Avrasiya — Yerin ən böyük materiki. Avrasiya (qəzet) — 1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan qəzet. Avrasiya və dünya (qəzet) — Bakı Avrasiya Universitetinin mətbu orqanı.
Avrasiya Akademiyası
Avrasiya Akademiyası (ing. Eurasian Academy) görkəmli elm və sənət adamlarının, mütəxəssislərin və intellektualların beynəlxalq birliyidir. Qərargahı Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Avrasiya Akademiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 sentyabr 2012-ci ildə qeydiyyata alınmışdır. Avrasiya Akademiyasının təsisçiləri: Halil İnalcık (Turkey), Lütfi Zadə (USA), M. Gazi Yaşargil (USA), Arif Məlikov (Azerbaijan), və Hamlet İsaxanlı (Azerbaijan). Avrasiya Akademiyası təbiət elmləri və texnologiya, humanitar və sosial elmlər, ədəbiyyat, incəsənət və musiqi kimi sahələri əhatə edir. Elm, sənət və insan inkişafına xidmət edən sahələrdə yüksək nailiyyətləri müstəqil surətdə və obyektiv şəkildə dəyərləndirmək və şərəfləndirmək Azərbaycan Akademiyasının əsas fəaliyyət sahələrindən biridir. Avrasiya Akademiyasına seçilən üzvlərə xüsusi hazırlanmış mükafat- “Avrasiya əfsanəsi” təltif olunur. Eyni zamanda Avrasiya Akademiyası öz xüsusi mükafatlarını və medallarını təsis edib layiq hesab etdiyi şəxsləri və qurumları təltif edir. == Fəaliyyət == 2012-ci ildə elm adamları və sənətçilər arasında yeni Akademiyanın yaradılması barəsində çoxlu sayda müzakirələr və məsləhətləşmələr həyata keçirildi. Təsisçilərin tərkibi haqqında yekun qərar qəbul edildi.
Avrasiya dilləri
Avrasiya dil ailəsi — linqvogenetik baxımdan daha çox tədqiq olunmuş qitə. Avrasiyada 21 dil ailəsi, 4 təcrid olunmuş və təxminən 12 təsif olunmamış dil var. Nostratik dil ailəsinin Avrasiya qrupuna aid edilən dillərin təsnifi: TÜRS, yaxud TÜRH dil ailəsi Türs, Türh, yaxud Lemnia (tükənmiş) Etrüsk (tükənmiş) Rit (tükənmiş) URAL-ALTAY dil ailəsi Altay TÜRK Oğur Saroğur (tükənmiş) Onoğur (tükənmiş) Bulqar (tükənmiş) Xəzər (tükənmiş) Avar (tükənmiş) Sabar (tükənmiş) Çuvaş Oğuz Peçenek (tükənmiş) Göyoğuz Anadolu-Türk Azərbaycan Türkmən Xorasan Qaşqay Əfşar Aynalu Salar Qıpçaq Kuman (tükənmiş) Qazaq Qırğız Tatar Başqurd Noqay Qaraqalpaq Karaym Qumuq Qaraçay-Balkar Krımtatar Karluk Özbək Uyğur Yoğır / Sarıuyğur Eynu Sibir Göytürk (tükənmiş) Altay Saxa / Yakut Dolğan Tıva Xakas Şor Arqu Xələc MONQOL Monqol Dahur Buryat Xalxa Oyrat Kalmık Yoğır Monqur Moğol Boan TUNQUS Ural (Fin-Uqor) Fin Macar (Uqor) Samodi Yukaqır Yapon-Korea-Ainu HİND-GERMAN dil ailəsi {449} HİND Hind-ari Hind Sanskrit Urdu Benqal Nepal Romani (Qaraçı) GERMAN Şimal german Norveç İsveç Den Farer İsland köhnə Nordca və digər şimal germanca (tükənmiş) Qərbi german Alman Niderland İngilis Kelt köhnə Anqel, Sakson və digər qərbi germanca (tükənmiş) Şərqi german (bütövlükdə tükənmiş) Qot (tükənmiş) Vandal (tükənmiş) ROMAN İber Portuqal İspan Qalisiya Araqon Oksitan Oksitan Katalan Qallo-Roman Fransız İtal Latın (tükənmiş) İtalyan, vb.
Avrasiya plitəsi
Avrasiya plitəsi — Avrasiya materikinin böyük hissəsini əhatə edən plitə. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir. Şərq tərəfdən şimala doğru Şimali Afrika plitəsi və cənuba doğru Filippin dənizi plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amur plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaeydəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi. Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib.
Avrasiya qonurdişi
Avrasiya tuneli
Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır. 5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır.
Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Avrasiya əhalisi
Avrasiya əhalisi - Avrasiyada daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. == Haqqında == Avrasiya əhalisinin sayına görə materiklər arasında birinci yeri tutur. Hal-hazırda Avrasiyada 2017-ci ilə görə olan statistik göstəricilərə görə 4,618 milyard nəfərdir. Dünya əhalisinin 3/4-ü burada yaşayır. Avrasiyada yaşayan əhali Dünya əhalisinin 70%-ni təşkil edir. Əhalinin 2/3-si Asiyada, qalan hissəsi Avropada yaşayır. Qanq, Braxmaputra və Yantsızı çaylarının vadiləri, Yava adası, Banqladeş, ayrı-ayrı ölkələrdə formalaşmış iri sənaye rayonları sıx məskunlaşmışdır. Yava adasında əhalinin sıxlığı 400-1000 nəfər/kv. km, Banqladeşdə 850 nəfər /kv km-dir. Asiyada əhalinin orta sıxlığı hər kv km-də 79,1 nəfər, Cənubi Asiyada 257 nəfər, Şimali Asiyada 10 nəfərdir.Materikin əhalisinin əsas hissəsi avropoid və monqoloid irqlərinə, Şri-Lanka və Hindistanın cənubundakı əhali qarışıq irqə (Dravid) mənsubdur.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009).
Kəlləsizlər (Acrania)
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Anarsia lineatella
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. == Xarici quruluşu == Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. == Həyat tərzi == Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Aralia californica
Aralia californica (lat. Aralia californica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia cordata
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.