Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Buranovskiye Babuşki
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Muad Əl Baluşi
Muad Əl Baluşi (30 noyabr 1987) — Omanlı atıcı. Muad Əl Baluşi Omanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Muad Əl Baluşi birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 554 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İssam Əl Baluşi
İssam Əl Baluşi (4 avqust 1988) — Omanlı atıcı. İssam Əl Baluşi Omanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == İssam Əl Baluşi birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tüfəng yarışında iştirak etdi. Ümumilikdə 608.3 xal toplayaraq 19-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Babamızın babasının babası
Babamızın babasının babası və ya Babamın babasının babası — 1981-ci ildə Azərbaycan-sovet rejissoru Tofiq Tağızadə tərəfindən "Azərbaycanfilm" kinostudiyasında komediya janrında çəkilmiş tammetrajlı bədii film. Filmin əsas qəhrəmanı sevgi və əbədiyyət ideyalarının daşıyıcısı kimi təsvir olunan 160 yaşlı çoban Əziz babadır. Filmdəki əsas rolları Hüseynağa Sadıqov, Samir Qədirov, Şamil Süleymanov, Səməndər Rzayev, Hamlet Qurbanov, Həmidə Ömərova və Sabir Məmmədov canlandırırlar. Film Ramiz Rövşənin ssenari müəllifi kimi diplom işi idi. Kino mütəxəssisi Aydın Kazımzadənin sözlərinə görə, bu film Azərbaycan kinosu tarixində mühüm yer tutur, hansı ki, Azərbaycan SSR xalq artisti Hüseynağa Sadıqovun son film idi. Filmdən bir kadrda Azərbaycan Sovet Ensiklopediyasında Sadıqov haqqında bir məqalə təsvir edilmişdir.Filmin çəkilişləri Şəki şəhərinin yaxınlığında iki-üç ay ərzində aparılmışdır. Filmin premyerası 1982-ci ildə Kürdəmirdəki Yay Kinoteatrında baş tutmuşdur. Premyerada çəkiliş qrupunun üzvləri, eyni zamanda filmdəki işlərdən və bir neçə maraqlı hekayədən bəhs edən aparıcı aktyor Hüseynağa Sadıqov çıxış etmişdir.Film 2017-ci ildə Azərbaycan Dövlət Film Fondunun əməkdaşları, əməkdar mədəniyyət işçiləri Rafael İmanov və Xuraman Pişiyari tərəfindən rəqəmsallaşdırılmışdır. == Məzmun == Əziz baba (Hüseynağa Sadıqov) Azərbaycan kəndlərindən birində yaşayan uzunömürlü bir kişidir. Kəndin bütün əhalisi Əzizin qohumları olsa da, heç kim onun neçə yaşında olduğunu dəqiq bilmir.
Babamızın babasının babası (film, 1981)

Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbası
XII əsrdə Səfəvilər dövlətində də rəsmi pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babarı
Babarı (az.-əbcəd بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Babasil
Babasil - (ing. Hemorrhoid) - düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar. Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər.
Babuin
Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan. Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.
Babunə
Aşağı Babunə (Çaroymaq)
Babuşkin
Babuşkin — Rusiya Federasiyasında yerləşən şəhər. Buryatiya Respublikasının tərkibinə daxildir.
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Bakuvi
Bakuvi — təxəllüs.
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Banbaşı

Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Batumi
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) — Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Bağbaşı
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.
Başbaşı
Başbaşı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində yaşayış məskəni. == Haqqında == Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə cənub-qərbdə yerləşir. O, Culfa - Bu Uluxanlı (indiki Ermənistan) dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Buranın daimi əhalisi var. Naxçıvan duz mədəni Başbaşı dəmiryol stansiyası vasitəsilə buraya gətirilir. Hazırda stansiyadan qatarların görüşmə nöqtəsi kimi istifadə olunur. Burada bir terminal var. Kənd 3,2 hektar ərazini əhatə edir.
Brabus
Brabus — xüsusilə Mercedesin orijinal modifiye və mühərrik xidmətidir. Normal Mercedes marka avtomobilləri fabrik çıxışından götürüb faralar iç aksesuarlar mühərrik neon xenon alt parçalar kənarlar egzoz və daha bir çox aksesuar əlavə edən firmadır.
Habuşu
Habuşu (ハブ酒) – Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növü. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb. Bu ilan zınqırovlu ilanlar yarımfəsiləsindəndir. Habu ilanları çox zəhərlidirlər, Cənub-şərqi Asiyada, Filippin, Ryukyu və Yaponiya kimi adalarda yaşayırlar. Habu ilanının sancması ürəkbulanmasına, qusmaya, təzyiqin qalxmasına və sonda ölümə səbəb olur. Habu ilanının qurbanları sağalsalar da, çox vaxt əl və ayaqlarının istifadəsində problemlər yaşamağa başlayırlar.Habuşu içkisinin əsas istehsalçılarından biri ildə 5000 habudan istifadə edir. İstehsalçılar içki üçün üyüdülmüş düyüdən və kocidən də istifadə edirlər. İçki bitkilərlə və balla qarışdırıldıqdan sonra açıq sarı rəng alır. Daha sonra ilan likörə salınır və istehlak olunana qədər içində saxlanılır.
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolundə və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Tabuli
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.