Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır.Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlılar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. I.1938-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Böyük Oktyabr Sosialist inqilabının şərəfinə Noyemberyan qoyulmuşdur. == Tarixi == 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur İncəsu çayının adı ilə əlaqədar olaraq İncəsu da adlanmışdır.
Nazranka çayı
Nazranka (bəzən Nyasar) — İnquşetiya Respublikasında çay. Nazranka Sunja çayına tökülən Kambileevka çayının sol qoludur. Nazrankanın mənsəbi Sunji çayı mənsəbinin 68 km-də, sol sahildədir. Çayın uzunluğu 29 km-dir == Tarixi == Çayı rus mənşəli adı yaxınlıqda yerləşən Nazrani şəhərindən götürülüb (inquş Нясаре). Nazrani şəhərinin adı isə çayın orjinal adından götürülüb — Nyasar. Bir sıra alimlər Nazranka (Nasar) çayını Naya çayı ilə eyniləşdirirlər. Bu məlumat müxtəlif salnamələrdə qeyd edilmişdir. Məhs bu ərazidə Tver knyazı Mixail öldürülmüşdür. Bura həm də yoxa çıxmış orta əsr alan şəhəri Dedyakovun orientir yeridirNazranka və Sunja çaylarının sahillərində Mustye mədəniyyəti dövrünü təmsil edən bir qrup abidə var. Bu abidələr eyni tipli olmaqla müxtəlif ərazilərdə yerləşib.
Yadranka Stoyanoviç
Yadranka Stoyanoviç (serb. Јадранка Стојаковић 24 iyul 1950, Sarayevo – 3 may 2016, Banya Luka, Bosniya Serb Respublikası) — Yuqoslaviyalı müğənnisi və bəstəkar. Ən məşhur hitləri: "Sve smo mogli mi", "Što te nema" və "Bistre vode Bosnom teku". == Bioqrafiyası == Yadranka Stoyakoviç Sarayevoda məktəb müəllimləri ailəsində anadan olub. Erkən yaşlarını valideynlərinin dərs dediyi Novi Qrad şəhərinin yaxınlığındakı kiçik bir kənddə keçirdi. Tezliklə valideynləri boşanır və Yadranka anası ilə birlikdə Sarayevoya köçür. Daha sonra anası ilə birlikdə ibtidai sinif müəllimi işlədiyi Dubrovnik, Qradas, Vareş şəhərlərinə köçürlər. Sonra onlar Saroyevo yaxınlığındakı müxtəlif kəndlərdə yaşayırlar, burada Stoyakoviç uşaqlığının əhəmiyyətli bir hissəsini keçirir. 16 yaşında Stoyakoviç, əmisi Vukaşin Raduloviçin caz qrupuna qoşulur və həm vətəndə, həm də xaricdə (əsasən Almaniyada) qastrollarda olur. 1981-ci ildə İrlandiyada keçirilən Avrovisiya Mahnı Müsabiqəsində Yuqoslaviyanı təmsil edən İsmet Dervozun Vajta mahnısının vokallarını ifa edir.
Baranya (medye)
Baranya (mac. Baranya, xorv. Baranja, serb. Барања) — Xorvatiya sərhədində Cənubi-Zadunay ərazisində yerləşən Macarıstan medyesi. Medyenin cənub sərhədi Dunay dağının şərqi sərhədi Drava çayı boyunca keçir. İnzibati mərkəzi — Peç. Baranya Şomod, Tolna və Baç-Kişkun medyeləri ilə sərhəddir. == Coğrafiyası == Medyenin şimalında meşə ilə örtülü dağlar, cənubda və şərqdə düzənliklər vardır. Macarıstan kömür yataqlarının 98% -i çoxlu istilik yaylarıdır. == Tarixi == Qədim dövrlərdən bəri medyenin ərazisində yerləşdirilib.
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.
Barana rayonu
Barana rayonu, Noyemberyan rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon. 1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan (İncəsu, Barana) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir. Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlılar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır.Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Sözügedən yer 1938-ci ildən Noyemberyan kəndi adlanmış, 1971-ci ildə qəsəbə olmuşdur. 1937-ci ildən bəri rayonun inzibati mərkəzidir.
Branka Rauniq
Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo – 13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru. == Erkən illər == Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi . == Karyerası == Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır .
Baraka (Mortal Kombat)
Baraka (ing. Baraka) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Tarkatan tayfasındandır. Yerin döyüşçülərinə qarşı vuruşur.
DNT-nin bağlanma sahəsi
DNT-nin bağlanma sahəsi — DNT bağlanma sahələri, digər molekulların bağlana biləcəyi DNT-də olan bir növ bağlanma sahəsidir. DNT bağlanma sahələri digər bağlanma sahələrindən DNT ardıcıllığının bir parçası olması (məsələn, genom) və DNT bağlama zülalları ilə əlaqəli olmaları ilə fərqlənir . DNT bağlanma yerləri tez-tez transkripsiya faktorları kimi tanınan ixtisaslaşmış zülallarla əlaqələndirilir və bu səbəbdən transkripsiyanın tənzimlənməsi ilə əlaqələndirilir . Müəyyən bir transkripsiya faktoru üçün DNT bağlanma sahələrinin cəminə onun sistromu deyilir. DNT-yə bağlanma sahələri, məhdudlaşdırıcı fermentlər, sahəyə spesifik rekombinazlar və metiltransferazlar kimi digər proteinlərin hədəflərini də əhatə edir. Beləliklə, DNT-yə bağlanma sahələri, bir və ya daha çox DNT bağlayan zülal və ya protein kompleksi ilə xüsusi olaraq bağlanan qısa DNT ardıcıllığı olaraq təyin edilə bilər. Bəzi bağlayıcı sahələrin sürətli təkamül dəyişikliklərinə məruz qalma potensialına sahib olduğu bildirildi. == DNT bağlanma sahələrinin növləri == DNT-yə bağlanma sahələri bioloji funksiyalarına görə təsnif edilə bilər. Beləliklə, transkripsiya faktorları, məhdudlaşdırma sahələri və rekombinasiya sahələri üçün bağlanma sahələrini ayırd edə bilərik . Bəzi müəlliflər bağlayıcı saytların ən uyğun təqdimat üsuluna görə də təsnif edilə biləcəyini irəli sürmüşlər .
Baqramda təyyarə qəzası (6 iyul 2011)
== Məlumat == Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib. Bakı-Baqram marşrutu ilə hərəkət edən və 5 iyul 2011-ci il tarixində, saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb. Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilotdur. Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib və təyyarə radarlardan itib. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib. Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı məlumat daxil olmayıb. "Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini "Taliban" vurub.