Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağbanlı
Bağbanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Bağbanlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Bağman
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bağbanlı (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Bağbanlı (Quba)
Bağbanlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Bağbanlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 12 №-li meyvəçilik sovxözünün 2-ci Şöbəsində salındığı üçün belə adlandırılmışdır.
Mehmet Harmancı
Mehmet Harmancı (d. 28 dekabr 1977, Lefkoşa, Kipr Türk Federal Dövləti) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyunn 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Tural Bağmanov
TuralTuranX (30 oktyabr 2000, Zaqatala) – Azərbaycan musiqi dueti. Duet əkiz qardaşlar olan Tural və Turan Bağmanovlardan ibarətdir. Azərbaycanı 2023-cü ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Haqqında == Tural və Turan Bağmanovlar 30 oktyabr 2000-ci ildə Zaqatala şəhərində doğulublar. Onlar orta məktəbdə oxuyanda fortepiano ilə məşğul olmağa və mahnılar öyrənməyə başlayıblar. Daha sonra gitara və atalarının onlara aldıqları sintezatorda ifa etməyi öyrəniblər. Məktəblərdə və bəzi tədbirlərdə çıxış etsələr də, atalarının ölümündən sonra musiqi karyeralarına fasilə veriblər.Tural daha sonra Bakı şəhərinə köçmüş və 2019-cu ilin iyulunda gitaraçı dostu ilə birlikdə "TheRedJungle" adlı musiqi qrupu yaratmışdır. Tezliklə Turan da qrupa qoşulmuşdur.2 fevral 2023-cü ildə onlar 2023 Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə seçim turunun 5 iştirakçısından biri olmuşdurlar. 9 mart 2023-cü ildə seçim turunun qalibi olaraq ölkəni Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ əldə ediblər. Onlar yazdıqları mahnını seçim turunun bitməsinə 3–4 gün qalmış göndərmişdilər.
Turan Bağmanov

Basmaçı hərəkatı
Basmaçı hərəkatı — 1918 -1942-ci illərdə müstəmləkəçi və kommunist Rusiyaya qarşı müsəlmanlar tərəfindən Orta Asiyada başladılmış olan üsyanların adıdır. Bu hərəkatın savaşçılarını müsəlman türklər, qismən də taciklər təşkil edirdi. Basmaçı hərəkatı islamçı hərəkatlardan biri sayılır. Basmaçı hərəkatının başlanğıcı Fərqanə vadisində 1917-ci ildə oldu və çox tez zamanda Orta Asiya türklərinin arasında yayıldı. == Arxa fonu == Bolşeviklər Orta Asiyada hakimiyyəti ələ keçirəndən sonra apardıqları siyasət ilə qısa zaman içində xalqın nifrətini qazandılar. Beləcə, Orta Asiyanın hər yerində Bolşevik müxalifləri çoxaldı. Hər cür maddi varlıqları əllərindən alınan və əzilən xalq, Bolşevik dövrünün çar dönəmindən heç də fərqli olmadığını, hətta xüsusi ilə özəl mülkiyyət işlərinə Bolşeviklərin daha çox düşmənlik bəslədiklərini (halbuki Çar Rusiyasında dövründə özəl mülkiyyət sərbəst idi) görərək, eləcə də milli muxtariyyətlərinin ləğv olduğunu anlayaraq üsyan üçün məqam axtarmağa başladılar. == Hərəkatın başlanması == Gedərək böyüyən bu üsyan hərəkatı, 1918-ci illərin əvvəlindən etibarən Ruslara qarşı milli mücadiləyə döndü. Ruslar bu üsyançıları Basmaçı adlandırırdılar. Lakin Orta Asiya türkləri özlərinə “İslam əsgərləri” və ya “Türkistan azadlığının əsgərləri” deyirdilər.
Basmaçı qalxınışı

Təbriz batmanı
Təbriz batmanı, ya Təbriz manı Azərbaycanda qədim çəki ölçü vahidi. == Ümumi məlumat == Təbriz batmanı,3 kg ilə bərabərdir. Avropa səyyahlarının,səyahətnamələrində ki XIX - XVI əsrlədə Təbrizdən görüş ediblər, batmanın dəyəri fərqli 2/948, 2/711, 2/905, 2/937, 2/876, 2/946, 3/062, 3/175 kg qeyd olunub. 1935-ci ildə Təbriz batmanının dəyəri rəsmi olaraq 3 kg təsbit olunub.
Ərdəbil batmanı
Ərdəbil batmanı və ya Ərdəbil manı - Azərbaycanda qədim çəki ölçü vahidi. Ərdəbil batmanı 6 kiloqrama bərabərdir.
Aşağı Bağlaçı (Çaldıran)
Aşağı Bağlaçı (fars. بغلچي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (49 ailə).
Yuxarı Bağlaçı (Çaldıran)
Yuxarı Bağlaçı (fars. بغلچي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 226 nəfər yaşayır (45 ailə).
Bala Bağman məhəlləsi
Bala Bağman məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər,Tağıyevlər,Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır. Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə “İtli küçə” deyilərdi. Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub. Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər.
Bala Bağman məscidi
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Bina 1884-cü ildə Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi tikilmişdir. Bina gümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin istifadəsindədir. == Həmçinin bax == Ozan məscidi Qırıxlı məscidi Qazaxlar məscidi == İstinadlar == == Xarici keçidlər == XIX əsrin yadigarı - Bala Bağman məscidi.