Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayt
Bayt (ing. byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir. Bir bayt 0-255 aralığında ikilik ədədləri kodlaşdıra bilir. Klaviaturadan daxil edilən hər hansı bir simvol ASCII kodlaşdırmasında kompüterin yaddaşında 1 bayt yer tutur.
Baft
Baft— İranın Kirman ostanının şəhərlərindən və Baft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,008 nəfər və 8,265 ailədən ibarət idi.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Bayg
Bayg və ya Bayəg — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Bayəg bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3.960 nəfər və 1.106 ailədən ibarət idi.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Mbayt
Meqabayt (Mb) (ing. megabyte) — 1000 (103) kilobayta və ya 106 bayta bərabər ölçü vahidi. Meqabayt rəqəmsal məlumat üçün ölçü vahidi olub, 1000000 bayta bərabərdir. Onun tövsiyə olunan vahid simvolu MB-dir. Meqa vahid prefiksi Beynəlxalq Vahidlər Sistemində (SI) 1000000 (106) kimi təyin olunub. Deməli, bir meqabayt 8 milyon bit informasiyadır. Bununla belə, kompüter və informasiya texnologiyaları sahələrində tarixən rahatlıq səbəblərindən yaranan digər iki tərif istifadə olunub. Microsoft şirkətinin əməliyyat sistemləri bir meqabaytı 1048576 bayt (220 B) kimi təyin etmişdir ki, bu da rəqəmsal kompüter yaddaşının arxitekturasına xas olan ikilik say sistemini rahat ifadə edirdi. Lakin beynəlxalq standart olaraq 220 bayta bərabər ölçü vahidi Mebibayt (MiB) kimi təyin olunur. Burada "Mebi" prefiksi ikilik prefiks olub, 220 bildirir.
Sayt
Veb-sayt (ing. website, web – hörümçək toru, site — "yer") – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, vahid mövzulu veb-səhifələrin sistemidir. Veb saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır. Dövlət qurumları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər öz xidmətləri və imkanları haqqında məlumatları yaymaq üçün veb-saytlardan istifadə edirlər. Veb-saytlar konkret məzmuu olan informasiya platforması kimi, ya da gəlir qazanmaq üçün yaradılır. Ölü sayt — (ing.gravesite, ru. мертвый узел) – 1. Fəaliyyət göstərən, ancaq heç bir dəstəyi olmayan veb-sayt. 2. İstifadəçilər arasında qabaqcadan nəzərdə tutulmuş populyarlığı olmayan veb-sayt.
Bayu
Bayu ( /ˈbaɪ.uː, ˈbaɪ.oʊ/) — Amerika Birləşmiş Ştatlarının cənubunda adətən düz, alçaq ərazidə tapılan su hövzəsi üçün istifadə olunan termin. Bu, son dərəcə yavaş axan çaya (çox vaxt zəif müəyyən edilmiş sahil xətti ilə), bataqlıq gölə, bataqlıq əraziyə və ya dərəyə aid ola bilər. Onların tərkibində adətən balıq həyatı və plankton üçün çox əlverişli olan duzlu su var. Bayular adətən ABŞ-nin cənubundakı Körfəz sahili bölgəsində, xüsusən Missisipi çayının deltasında olur, baxmayaraq ki, onlar başqa yerlərdə də mövcuddur. == Etimologiyası == Söz Amerika ingiliscəsinə Luizianada danışılan Luiziana fransızcası vasitəsilə daxil olmuş və çokto dilində "kiçik axın" mənasını verən "bayuk" sözündən yarandığı güman edilir. İlk dəfə XVII əsrdə ortaya çıxdıqdan sonra bu termin XVIII əsr hesablarında və xəritələrində tez-tez "bayouque" və ya "bayouque" kimi istifadə olunur.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bat
Bat (İngiltərə)
Abbas Bayat
Abbas Bayat (14 iyul 1947, Tehran) — İran işadamı. O, Belçikanın Şarlğua(Charleroi) futbol klubunun sədridir.
Alber Baye
Alber Baye (d. Lion 1880 - ö. Paris 1961) — fransız sosioloq, jurnalist, tədqiqatçı mütəfəkkir və yazar. Sorbonne-da sosiologiya dərsləri verdi. Mənəvi hadisələri məntiqli surətdə elmləşdirmək məqsədi ilə yazdı; Azad düşüncədən yana mövqe aldı. Elm əxlaqının insan inkişafına təsirini sorğuladı. Əsərlərində bunu vurğuladı. İlk dövrlərdən günümüzə qədər düşüncənin inkişafının analizini etdi. Demokratiya tərəfdarı olduğu üçün, radikal, sosialist meyilli qəzetlərdə işlədi. İkinci dünya müharibəsində fransızları faşizmə və alman hücmlarına qarşı müqavimətə yönəltdi.
Arzamas (sayt)
Arzamas — mədəniyyət tarixinə həsr olunmuş Rusiya saytı.
Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009). Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır. == Seçilmiş əsərləri == === Kitablar === Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017 Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013. Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Baft şəhristanı
Baft şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Baft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,129 nəfər və 24,598 ailədən ibarət idi.
Bant ordeni
Nəcabətli Bant ordeni (ing. The Most Noble Order of the Garter) — Böyük Britaniyanın ali cəngavər ordeni. Dünyada ən qədim mükafatlardan biri sayılır. 1348-ci ildə təsis olunmuşdur.
Bayat (Həştrud)
Bayat (fars. بيات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (35 ailə).
Bayat (Urmiya)
Bayat (fars. اغبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bayat kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bayat kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995.
Bayat nahiyəsi
Bayat nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı". Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi. Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir." Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadıgını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.