BAVÜCUD
BAYİR
OBASTAN VİKİ
Alber Baye
Alber Baye (d. Lion 1880 - ö. Paris 1961) — fransız sosioloq, jurnalist, tədqiqatçı mütəfəkkir və yazar. Sorbonne-da sosiologiya dərsləri verdi. Mənəvi hadisələri məntiqli surətdə elmləşdirmək məqsədi ilə yazdı; Azad düşüncədən yana mövqe aldı. Elm əxlaqının insan inkişafına təsirini sorğuladı. Əsərlərində bunu vurğuladı. İlk dövrlərdən günümüzə qədər düşüncənin inkişafının analizini etdi. Demokratiya tərəfdarı olduğu üçün, radikal, sosialist meyilli qəzetlərdə işlədi. İkinci dünya müharibəsində fransızları faşizmə və alman hücmlarına qarşı müqavimətə yönəltdi.
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
Brandon Baye
Brandon Baye (27 dekabr 2000-ci ildə anadan olub) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Brügge === Baye Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Baye öz peşəkar karyerasında debütünü 22 iyul 2018-ci ildə Standard Lyej klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Superkuboku görüşündə Brügge rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.Baye Belçika Birinci Divizoununda debütünü isə 29 iyul 2018-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Mats Ritsi əvəz etmişdir. Belçika Birinci Divizionu görüşündə Brügge rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir. == Uğurları == === Klub === "Brügge" 1 Belçika Superkuboku — 2018 == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Brandon Baye — transfermarkt.com saytında.
Baye-an-Frans
Baye-an-Frans (fr. Baillet-en-France) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 787 nəfər (2004). Bələdiyyə Paris şəhərinin 24 km şimalında, Serji belediyyənin 18 km şərqdə məsafədə yerləşir.
Aba Bayefski
Aba Bayefski (ing. Aba Bayefsky; 7 aprel 1923, Toronto – 5 may 2001, Toronto) — Kanada rəssamı və müəllimi. == Həyatı == Aba Bayefski 7 aprel 1923-cü ildə Kanadada, Ontario ştatının Toronto şəhərində yəhudi ailəsində anadan olmuşdur. Onun atası Rusiyada, anası isə Şotlandiyada anadan olmuşdu. Bayefski Mərkəzi Texnikumda təhsil almışdır. O, yeniyetməlik illərində Ontario İncəsənət Qalereyasının Uşaq İncəsənət Mərkəzində dərslərə qatılmış və burada Artur Lizmer, Erma Sutkliff, Doroti Medherst və A.Y. Cekson kimi rəssamlar ilə tanış olmuşdur. Bayefski sonradan Jülian Akademiyasında təhsil almışdır.
Adolf fon Bayer
İohann Fridrix Vilhelm Adolf fon Bayer (alm. Johann Friedrich Wilhelm Adolf von Baeyer‎; 31 oktyabr 1835[…], Berlin – 20 avqust 1917[…], Münhen) — Alman kimyaçısı. == Həyatı == İohan Fridrix Vilhelm Adolf fon Bayer Prusiya ordusunun zabiti olan, coğrafiya və atmosferde işığın sınmasına aid elmi işlərin müəllifi olmuş İohan Yakob Bayerin böyük oğlu idi. Bayer 1853-cü ildə Fridrix Vilhelmin gimnaziyasını bitirdikdən sonra Berlin Universitetine daxil olur və iki il ərzində riyaziyyat ve fizikanı öyrənməklə məşğul olur. Bir il orduda xidmət etdikdən sonra Heydelberq Universitetinin telebesi olur və Robert Bunzenin rəhbərliyi altında kimyanı öyrənməyə başlayır. Əvvəlcə o, fiziki kimya ilə məşğul olur, amma sonra üzvi kimya ilə maraqlanaraq Fridrix Avqust Kekulenin Heydelberqdəki laboratoriyasında çalışır. Burada Bayer arsenin üzvi birləşmələrinin öyrənilməsi sahəsində tədqiqatlar aparır və bu işə görə ona doktorluq dərəcəsi verilir. 1858-ci ildən o, iki il ərzində Kekule ilə birlikdə Belçikada Qentsk Universitetinde çalışır, sonra Berlinə qayıdır və Berlin ali texniki məktəbində kimyada mühazirə oxuyur. 1872-ci ildə Bayer Strasburqa köçür və Strasburq Universitetinin professoru olur. 1875-ci ildə Yustus fon Libix öldükdən sonra Bayer bu məşhur üzvi kimyaçının sələfi olaraq Münxen Universitetinin kimya professoru vezifəsini tutur.
Bayek (Assassin's Creed)
Sivalı Bayek (misir , ing. Bayek of Siwa; e.ə. 85, Siva, Qədim Misir (Ptolemeylər) – ???) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, İsgəndəriyyəli Ayanın əri, "Gizli Olanlar"ın qurucularından biri, Qədim Misir mecayı, assasin. Bayek və Ayanın qurduğu "Gizli Olanlar" təşkilatı gələcəkdə "Assasinlər qardaşlığı"na çevrilir. Bayek "Origins"də Əbu Bəkr Səlim tərəfindən səsləndirilir. Övladları Xemunun ölümündən sonra, Bayek və Aya intiqam tapşırığını yerinə yetirmək üçün yaşamağa başlayırlar. Xemunun ölümünün səbəbkarı olan "Qədimlər Ordeni" adlı təşkilatın üzvlərinin əməlləri XIII Ptolomey və bacısı Kleopatra arasındakı İsgəndəriyyə vətəndaş müharibəsi ilə nəticələnmişdi. Bu mübarizə zamanı "Gizli Olanlar"ın əsasını qoyan və onlar üçün inam yaradan Bayek xalqa azadlıq və ordenə süqut gətirmək üçün bütün Misirdə bir qardaşlıq qurur. Bu hadisələrin nəticəsində, Bayek Misir qardaşlığının ilk müəllimi olur. == Bioqrafiya == === Erkən illəri === Bayek e.ə.
Bayelsa ştatı
Bayelsa ştatı (ing. Bayelsa State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onu təşkil edən ərazilərin adlarının hərflərdən ibarətdir: Brass LGA (BALGA), Yenaqoa (YELGA) və Saqbama (SALGA).
Bayer 04 FK
Bayer 04 -Almaniya bundesliqasında oynayan futbol klubu == Komandanın haqqında == == Tarix == === Əsas qeydlər === 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb. 31 may 1907: Futbol komandası yaranıb. 1923: FV 1904 Leverkusen adlanıb. 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb. 1935: SV Bayer 04 Leverkusen adlanıb. 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb. 1943: SV Bayer 04 Leverkusen adlanıb. 1945: SV 04 Leverkusen adlanıb. 1948: SV Bayer 04 Leverkusen adlanıb. 1974: TuS 04 Leverkusen TSV Bayer 04 Leverkusen qarışıb.
Bayer Leverkuzen
Bayer 04 -Almaniya bundesliqasında oynayan futbol klubu == Komandanın haqqında == == Tarix == === Əsas qeydlər === 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb. 31 may 1907: Futbol komandası yaranıb. 1923: FV 1904 Leverkusen adlanıb. 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb. 1935: SV Bayer 04 Leverkusen adlanıb. 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb. 1943: SV Bayer 04 Leverkusen adlanıb. 1945: SV 04 Leverkusen adlanıb. 1948: SV Bayer 04 Leverkusen adlanıb. 1974: TuS 04 Leverkusen TSV Bayer 04 Leverkusen qarışıb.
Bayern
Bavariya (alm. Bayern; Freistaat Bayern‎ - Müstəqil Bavariya Dövləti ) - Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə - əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir. "Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər. Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları - Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır.
Bayern 1
Bayern 1 (alm. Bavariya 1‎) - Alman ictimai radiostansiyası. Bavariya radioyayımına daxil olmaqla, buranın ən populyar radiostansiyasıdır. == Tarixi == 1924-cü ildə orta dalğalarda Deutsche Stunde in Bayern adlı xüsusi radiostansiya buraxıldı.1925-ci ildə bu radiostansiya milliləşdirildi, 1931-ci ildə adı "Bayerischer Rundfunk"a dəyişdirildi. 1932-ci ildə isə tamamilə milliləşərək, 1934-cü ildə Reichsrundfunk adlı dövlət radiokompaniyasına daxil olmuş və adı "Reichssender München"ə dəyişdirilmişdi. 1945-ci ildə isə yayım dayandırıldı. 1945-ci ildə Amerika hərbi administrasiyası orta dalğalarla əvvəlcə American Forces Network adlı ingilisdilli radiostansiyasını, daha sonra isə Bavariyada 31 yanvar 1948-ci ildə sonuncu buraxılışı olan Radio München adlı stansiyanı yayımladı. Tarixən Bavariya radiosu "Bavar radioyayımı" və "tam proqram" adlı radioproqramlara bölünürdü. 1 yanvar 1974-cü ildə proqramlar ümumi şəkildə "Bayern 1" radiostansiyanın adı altında birləşdirildi. Auditoriyanın qalan hissəsini isə onlarçün "Oldiebased AC" adlı musiqi proqrammı yayımlanan yaşlı nəslin nümayəndələri təşkil edirdi.
Bayern 2
Bayern 2 — (alm. Bavariya 2‎) — alman ictimai radio-stansiyası. BR-a daxildir. Mədəni və informasiya profil proqramlarından ibarət radio-yayım şəbəkəsi. 18 avqust, 1950-ci ildə Frankoniya ərazisində yayımlanmaqla mərkəzi Nyurnberq olmaqla, UQ dalğalar üzərində Bavariya radio-yayımının ikinci proqramının əsası qoyuldu. 1958-ci ildən Münhendən tam yayıma başladı. 1974-cü ildə islahat zamanı radio-stansiya “Bavariya 2” (alm. Bayern 2) adını aldı və klassik musiqiyə yönəldi, lakin 1979-cu ildə artıq gənc musiqiyə keçdi. 1980-ci ilin oktyabr ayında efirdə klassik musiqi yayımını öhdəsinə götürmüş Bayern 4 radio-stansiyası istifadəyə verildi, Bayern 2-nin adı isə dəyişdirilərək Bayern 2 Wort oldu. 2003-cü ildə yayım şəbəkəsinin növbəti dəyişimindən sonra, radio-stansiya Bayern 2 Radio adını aldı, lakin 8 oktyabr 2007-ci ildən özünün mövcud adı altında yayımlanır.
Bayern Münhen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münhen FK
Bayern Münhen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münhen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2-0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1-1 bitən maçda penalti zərbələri ilə 4-3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Bayers adası
Bayers adası (ing. Byers’ Island) — Sakit okeanda Benjamin Morrelin 12 iyul 1825-ci ildə 28° 32' N; 177° 04' E koordinatda aşkarladığı kabus ada. Morrel adanın təsvirini ‚A narrative of four voyages‘ ətraflı şəkildə verir.
Bernd Aleksandr Bayerl
Bernd Aleksandr Bayerl (1971) — Avstriyalı diplomat. Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyatı == Bernd Aleksandr Bayerl 1971 Avstriyanın Ştayermark əyalətinin Leoben şəhərində doğulmuşdur və burada da gimnaziyaya getmişdir. 1989–1993-cü illərdə Qrats Universitetində tarix üzrə təhsil almışdır. 1993–1994-cü illərdə isə Şotlandiyada Edinburq Universitetində təhsilini davam etdirir. 1995–1997-ci illərdə Vyana Universitetində tarix, incəsənət tarixi, fəlsəfə sahələri üzrə təhsil alır. 1997–1998 Boloniyada yerləşən Cons Hopkins Universitetində beynəlxalq münasibətlər üzrə təhsilini davam etdirir. 1998–1999 Brüggedə, Avropa Kollecində avropaşünaslıq üzrə magistr təhsili alır. 1999-cu ildə Avropa Kollecində assistent/mühazirəçi kimi çalışır. Elə həmin ildən Avstriya Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olunur.
Fredrik Bayer
Fredrik Bayer (21 aprel 1837[…] – 22 yanvar 1922[…], Kopenhagen) — Danimarka yazıçısı, müəllim və pasifist siyasətçidir. 1908-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür. Özü bir keşişin oğludur.Bayer Danimarka ordusunda zabit olaraq xidmət etmişdir . 1864-cü ildə Prusiya Krallığı və Avstriya qarşısında döyüşən Bayer baş leytenant rütbəsinə qədər qalxmışdır. 1865-ci ildə tərxis edilmişdir. Kopenhagenə köçmüş və orada müəllim, yazıçı və siyasətçi kimi fəaliyyət göstərmişdir. 1872-ci ildə Danimarka Parlamentinə daxil oldu və orada 23 il çalışdı. Parlamentin bir üzvü olaraq, o beynəlxalq qarşıdurmaları həll etmək üçün beynəlxalq arbitraj istifadəsi üçün çalışırdı. Təmin etdiyi töhfələr nəticəsində seçmə bir mövqe əldə etmişdir. O, bir çox sülh təşkilatlarını dəstəkləmişdir.
Nikolay Bayev
Nikolay Georgiyeviç Bayev (rus. Николай Георгиевич Баев) — erməni əsilli memar və mülki mühəndis. Opera və Balet teatrının və Bakı Keçmiş Dəmiryol Vağzalı binalarının ucaldıb. == Həyatı == 1875-ci ildə Həştərxanda doğulmuşdur. Atası Georgi tacir idi. 1896-cı ildə gimnaziyadan məzun olub Sankt Peterburqa gedənə qədər Həştərxanda təhsil almışdır. 1901-ci ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutundan məzun olub. Universitetin bir çox məzunu kimi o da Bakıya köçmüş və burada işləmək qərarına gəlmişdir. 1911–1918-ci illərdə Bakı şəhərinin baş mühəndisi idi. Birinci Dünya müharibəsi başlayandan sonra Bayev bir müddət Bakını tərk edir və Yessentukidə qalır.
Qappo Bayev
Qappo Bayev, əsl adı Georgi Bayev (oset. Байаты Гаппо; 19 sentyabr 1870, Olginskoye[d], Terek vilayəti – 24 aprel 1939, Berlin) — Osetin dövlət və ictimai xadimi, hüquqşünas, publisist, folklorşünas və ədəbiyyatşünas, müəllim. Vladiqafqaz şəhərinin icra başçısı (1902-1907), Vladiqafqaz şəhər dumasının üzvü. == Bioqrafiyası == 1870-ci ildə Olginskoye kəndində kəndli ailəsində anadan olmuşdur. 1889-cu ildə Vladiqafqaz gimnaziyasını, 1894-cü ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirir. Bundan sonra Vladiqafqaza gələrək Osetiya kitab nəşrinin təşkilində fəal iştirak edir. Eyni zamanda, toplanan materialları Kosta Xetaqurovun başçılıq etdiyi "Şimali Qafqaz" qəzetində dərc edərək Osetiya folklorunu toplamağa başlayır. 1899-cu ildə Qappo Bayev Kosta Xetaqurovun "İron Fandır" əsərini nəşr etdirir. Alim Vsevolod Miller tərəfindən tamamlanmamış "Osetiya-Rusca-Almanca lüğəti"-nin hazırlanması işində fəal iştirak etmişdir. 1900-cü ildən bəri Qappo Bayev Osetiya nağıllarına və atalar sözlərinə həsr olunmuş osetin dilində bir neçə kiçik kitabını nəşr etdirmişdir.
Ralf Bayer
Ralf Bayer (ing. Ralph H. Baer; 8 mart 1922 – 6 dekabr 2014[…], Mançester[d], Nyu-Hempşir) — ixtiraçı, videooyun tərtibçisi, mühəndis, sahibkar. "Videooyunların atası" kimi tanınan sahibkar, öz işləri ilə kompüter oyunları sənayesinə böyük töhfələr bəxş etmiş amerikalı mühəndis Ralf Bayer (Ralph H. Baer) 8 mart 1922-ci ildə anadan olmuşdur. Bayer 2006-cı ildə ev şəraitində istifadə üçün videooyunlar aparatını yaratdığına və videooyun sənayesinin inkişafına görə Texnologiya üzrə Milli Medal (National Medal of Technology) ilə təltif edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Sivalı Bayek (Assassin's Creed)
Sivalı Bayek (misir , ing. Bayek of Siwa; e.ə. 85, Siva, Qədim Misir (Ptolemeylər) – ???) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, İsgəndəriyyəli Ayanın əri, "Gizli Olanlar"ın qurucularından biri, Qədim Misir mecayı, assasin. Bayek və Ayanın qurduğu "Gizli Olanlar" təşkilatı gələcəkdə "Assasinlər qardaşlığı"na çevrilir. Bayek "Origins"də Əbu Bəkr Səlim tərəfindən səsləndirilir. Övladları Xemunun ölümündən sonra, Bayek və Aya intiqam tapşırığını yerinə yetirmək üçün yaşamağa başlayırlar. Xemunun ölümünün səbəbkarı olan "Qədimlər Ordeni" adlı təşkilatın üzvlərinin əməlləri XIII Ptolomey və bacısı Kleopatra arasındakı İsgəndəriyyə vətəndaş müharibəsi ilə nəticələnmişdi. Bu mübarizə zamanı "Gizli Olanlar"ın əsasını qoyan və onlar üçün inam yaradan Bayek xalqa azadlıq və ordenə süqut gətirmək üçün bütün Misirdə bir qardaşlıq qurur. Bu hadisələrin nəticəsində, Bayek Misir qardaşlığının ilk müəllimi olur. == Bioqrafiya == === Erkən illəri === Bayek e.ə.
Tomas Bayes
Tomas Bayes (ing. Thomas Bayes; təxm. 1701, London – 7 aprel 1761, Tanbric-Uells) — ingilis riyaziyyatçısı, presviterian keşişi. London Kral Cəmiyyətinin üzvü (1742). == Həyatı == 1701-ci ildə Londonda anadan olub. Presviterian keşişi olan atası Coşua Bayes Şeffilddən olan tanınmış nonkonformist ailənin nümayəndəsi idi. Tomas evdə təhsil alırdı və 1719-cu ildə məntiq və ilahiyyat oxumaq üçün Edinburq Universitetinə daxil oldu. 1722-ci ildə evə qayıtdıqdan sonra, Bayes atasına kilsədə ayinlərin təşkilində kömək etməyə başladı və çox keçmədən 30-cu illərdə özü də presviterian kilsəsində keşiş oldu. 1734-cü ildə Kent qraflığındakı Tanbric-Uellsə köçdü. 1752-ci ildə təqaüdə çıxdı.