Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alaqur
Alaqur Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. == Toponimkası == Alaqur- Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. Hunlarda və bolqarlarda "Oqur(Uqur)" tayfa adından və "el" sözündəndir. Əsli "El oqur", yəni "Oqur eli (tayfası)". Azərbaycanda Oğrukənd (Salyan rayonu, indi Təzəkənd) adı ilə eynidir.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala.Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть)Səidəli Kazibekov. "Cavaxirnamei Lənkəran".
Balagir (Üşnəviyyə)
Balagir (fars. بالاگير‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (78 ailə).
Balaqer (kommuna)
Balaqer (fr. Balaguères) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09035. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 195 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 105 nəfərin (15-64 yaş arasında) 78 nəfəri iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 61.9%). Fəal olan 78 nəfərdən 74 nəfər (42 kişi və 32 qadın) işləyir, 4 nəfər işsizdir (2 kişi və 2 qadın). 27 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Babacur
Babacur - İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. == Tarixi == 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Toponimi == Mənbədə kəndin adı Baba Cələcur kimidir Mənbədə kəndin həm də "Məhəmməd kəndi" adlandığı qeyd olunur (yenə orada). Toponim Baba (ehtimal ki, şəxs adı) və mənası məlum olmayan "Cələcur" sözündən ibarətdir.
Babaqum
Babaqum — Şamaxı rayonunda dağ; Babaqum — Əli Bayramlı rayonunda Ləngəbiz silsiləsinin cənub-şərq hissəsində ucqar zirvə.
Bahadur
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balakuh
Balakürd
Balakürd — Azərbaycan Respublikasının Goranboy rayonunun Balakürd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Balakürd kəndi Qarabağ düzündədir. Etnotoponimdir. "Kiçik Kürd kəndi" deməkdir == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1874 nəfər əhali yaşayır.
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Balağay
Balağay - Yuxarı Qarabağın Arasbar nahiyəsində kənd adı. == Həmçinin bax == Arasbar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu. Bakı, 1994.
Balaşum
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Ballabur
Ballabur — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1] == Əhalisi == == İstinadlar == 1.Aqşin Əliyev. Cənub bölgəsinin abidələr ensiklopediyası Bakı 2018.
Alagir
Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Aşaği Qalaquz
Aşaği Qalaquz - İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Babanur (Çaldıran)
Babanur (fars. بابانور‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 237 nəfər yaşayır (52 ailə).
Babaqar dağı
Babaqar dağı — Babaqar silsiləsində dağ.
Babaqar silsiləsi
Babaqar silsiləsi (rus. Папакарский хребет) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi. == Oronimin mənşəyi == Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir. == Zirvələri == SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000): === Ermənistan ərazisində, qərbdən şərqə doğru === Danadağ — hündürlüyü 800.1 m Eldağ — hündürlüyü 831.8 m Günəştəpə — hündürlüyü 747 m Körpülü — hündürlüyü 959.3 m Keçəltəpə — hündürlüyü 629 m Tərs — hündürlüyü 883.8 m === Gürcüstan ərazisində, qərbdən şərqə doğru === Qavaxtəpə — hündürlüyü 513.2 m Ağtəpə — hündürlüyü 451.8 m Adamdaş — hündürlüyü 535.2 m Şiştəpə — hündürlüyü 623 m === Azərbaycan ərazisində, şərq sonluğu === Babaqar — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir) == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il. Анохин Генрих Иосифович . "Малый Кавказ". Москва, "Физкультура и спорт", 1981 год.
Bahadur (Bostanabad)
Bahadur (fars. بهادر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur HəziyevBahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971)Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur Abbasov
Bahadur Bayram oğlu Abbasov (d. 31 iyul 1960; Naxçıvan, Azərbaycan - ö. 24 may 1992; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Bahadur Abbasov 1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. O, 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Axundov
Bahadur Məmməd oğlu Axundov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1984–1990), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Bahadur Məmməd oğlu Axundov 1929-cu ilin may ayında anadan olmuşdur. Moskva Elektrotexnika Rabitə İnstitutunu bitirmişdir.Bahadur əmək fəaliyyətinə 1943-cü ildə Bakı teleqrafının mexaniki kimi başlamış, növbə mühəndisi, şöbə rəisi, Bakı teleqrafının rəisi, 1963-cü ildən Azərbaycan SSR Rabitə Nazirliyinin baş mühəndisi olmuşdur. 1965-ci ilin dekabr ayında Azərbaycan SSR rabitə nazirinin birinci müavini, 1984-cü ildə isə Azərbaycan SSR rabitə naziri vəzifəsinə təyin edilmişdir.Bahadur Axundov 1956-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar rabitəçisi" fəxri adına layiq görülmüşdür.