BAHADUR

igid, cəsur, qəhrəman, pəhləvan (Rus dilinə "boqatır" şəklində apelyativ kimi keçmişdir).
BAHADIR
BAHARƏDDİN
OBASTAN VİKİ
Bahadur
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur (Bostanabad)
Bahadur (fars. بهادر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur Həziyev Bahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971) Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Bahadur Baxşıyev — rentgenoloq-radioloq.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur Abbasov
== Siyahı ==
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Axundov
Bahadur Məmməd oğlu Axundov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1984–1990), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Bahadur Məmməd oğlu Axundov 1929-cu ilin may ayında anadan olmuşdur. Moskva Elektrotexnika Rabitə İnstitutunu bitirmişdir. Bahadur əmək fəaliyyətinə 1943-cü ildə Bakı teleqrafının mexaniki kimi başlamış, növbə mühəndisi, şöbə rəisi, Bakı teleqrafının rəisi, 1963-cü ildən Azərbaycan SSR Rabitə Nazirliyinin baş mühəndisi olmuşdur. 1965-ci ilin dekabr ayında Azərbaycan SSR rabitə nazirinin birinci müavini, 1984-cü ildə isə Azərbaycan SSR rabitə naziri vəzifəsinə təyin edilmişdir. Bahadur Axundov 1956-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar rabitəçisi" fəxri adına layiq görülmüşdür.
Bahadur Ağquzu
Bahadur Ağquzu (tam adı: Mehmed Bahadur Ağquzu, türk. Mehmet Bahadır Akkuzu; 3 fevral 1955, İstanbul – 6 avqust 2009) — Türkiyə musiqiçisi, müğənnisi və bəstəkarı.
Bahadur Baxşıyev
Baxşıyev Bahadur Ələkbər oğlu — rentgenoloq-radioloq, respublika üzrə baş mütəxəssis, ATU-nun rentgenologiya kafedrasının müdiri, professor. "Azərbaycanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür. == Həyatı == Baxşıyev Bahadur Ələkbər oğlu 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Ordubad şəhər xəstəxanasında rentgenoloq və poliklinika müdiri vəzifəsində çalışmişdır. O dövrdə Azərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində yüksək mütəxəssislər olmadığından B. Ə. Baxşıyev 1960-cı ildə Moskvanın elmi tədqiqat Rentgen və Radiologiya İnstitutuna ezam edilmişdir. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik adına layiq görülmüşdür. O, Azərbaycan Respublikasına Rentgenologiya və Radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. O, 1969–1973-cü illərdə ATU-nun I müalicə profilaktika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1983–1989-cu illərdə ikinci dəfə həmin fakultənin dekanı vəzifəsinə layiq görülmüşdür. B. Ə. Baxşıyev 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. İlk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik professor B. Baxşıyev tərəfindən 1976-cı ildə yazılmışdır.
Sabutay bahadur
Sabutay bahadur (Monqolca: Сүбээдэй / Sübe'edei, Sübütei, Farsca: سوبداى بهادر Sūbdā'ī bahādur, Çincə: 速不台 ya da 速別額台; təq. 1175, Burxan Xaldun dağı – 1248), Çingiz xan və Ügedey xanınn öndə gələn tümən bəyi idi. Türk əsillidir. Sabutayın dəqiq doğum tarixi bəlli olmasa da, onun təxminən 1176-cı ildə müasir Monqolustan sərhədlərində yerləşən Urianxay bölgəsində anadan olduğu təxmin edilir. Atasının adı Suri Bahadur, anasının adı Höelün xatındır. Sabutay Urianxay tayfasından monqol əsilzadəsi olaraq doğulmuşdur. Sabutay gənc yaşlarında Çingiz xanın xidmətinə girdi. Çingiz xanın ordusunda sürətlə yüksələn Sabutay istedadlı sərkərdə olduğunu tez bir zamanda sübut etdi. Sabutay Çingiz xanın qərb səfərlərində iştirak etmiş və bir çox mühüm döyüşlərdə qələbələr qazanmışdır. Bu döyüşlərə Kalka çayı döyüşü (1223), Kiyevin mühasirəsi (1240) və Mohi döyüşü (1241) daxildir.
Teqh Bahadur
Teqh Bahadur (pənc. ਗੁਰੂ ਤੇਗ਼ ਬਹਾਦੁਰ; hind. गुरू तेग़ बहादुर; 1 aprel 1621, Amritsar – 11 noyabr 1675, Dehli) - Siqhlərin doqquzuncu qurusudur. Quru Har Qobindin oğludur. Qardaşı oğlu Har Krişanın vəfatından sonra 1664-cü ildə quru olmuşdur. Şer yazmaqla məşğul olmuşdur.
Yesugey bahadur
Yesugey (monq. Есүхэй баатар (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası. Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çün imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsəi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.
Bahadur Şirinov
Jit Bahadur Muktan
Jit Bahadur Muktan (31 avqust 1979) — Nepallı oxatan. Jit Bahadur Muktan Nepalı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Jit Bahadur Muktan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistan nümayəndəsi Atanu Das ilə üz-üzə gəldi. Həmin görüşdə Jit Bahadur Muktan rəqibinə 0:6 hesabı ilə uduzdu.
Lal Bahadur Şastri
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri == Həyatı == Lal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu. 1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu.
Bahadur Həziyev (futbolçu)
Bahadur Həziyev (26 mart 1999, Bakı) – Azərbaycan Premyer Liqasında Şamaxı FK-nun hücumçusu kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyerası == Futbolçu, ilk olaraq, 16 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Səbail FK"nun heyətində "Qəbələ FK" ilə oyunda debüt edib. 15 dekabr 2022-ci ildə Şamaxı FK futbolçunun klubla yeni iki il yarımlıq müqavilə imzaladığını açıqlamışdır. 7 iyun 2024-cü ildə "Səbail FK" futbolçu Həziyevin "Şamaxı FK" ilə olan icarə müqaviləsinin başa çatdığını və onun ana kluba qayıtdığını elan etmişdir.
Bahadur Eyvazov
Bahadur Əsgər bəy oğlu Eyvazov (26 oktyabr 1907, Qarğabazar, Qaryagin qəzası – 26 yanvar 1987, Bakı) — görkəmli həkim, dermatoveneroloq, tibb elmləri doktoru (1936), professor (1940), Azərbaycan SSR əməkdar həkimi (1942), Azərbaycan SSR əməkdar elm xadimi (1956). == Həyatı == Bahadur Eyvazov 26 oktyabr 1907-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdu. Kəndlərindəki natamam məktəbi bitirəndən sonra Bakı şəhərində orta təhsil almışdır. Sonra Bakı Dövlət Universitetinin tıbb fakültəsini bitirmişdi. 1935–1937-ci illərdə Azərbaycan SSR Səhiyyə Komissarlığında elm və tibb təhsili idarəsinə başçılıq etmiş, 1938–1946-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunun direktoru vəzıfəsində çalışmışdı. 1946–1964-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmuşdu. 1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Hazırda həmin institut onun adını daşıyır. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Nəcəfov
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq. == Həyatı == Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir. İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur.
Bahadur Tağıyev
Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri. == Həyatı == Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur. Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir. Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir.
Bahadur Zeynalov
Bahadur Qasım oğlu Zeynalov (1917, Qoçəhmədli, Qaryagin qəzası – 1995, Bakı) — kimyaçı, AEA-nın həqiqi üzvi, əməkdar elm xadimi. == Həyatı == Bahadur Zeynalov 1917-ci ildə Qaryagin qəzasının Qoçəhmədli kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirəndən sonra 1930-cu ildə Ağdam Kənd təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1933-cü ildə texnikumu tamamlayıb MTS-də aqrotexnik vəzifəsində işə başlamışdı. 1934-cü ildə API-yə qəbul olmuşdu. 1938-ci ildə institutu tamamlayıb, EA-nın aspiranturasına girmişdi. 1939-cu ildə əskəri xidmətə çağırılmışdı. Səmərqənd şəhərindəki 1592-ci süvari alayında hərbi qulluğa başlamışdı. 1940-cı ilədək burda xidmət etmişdi. 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olmuşdu.
Bahadur Əliyev
Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru. == Həyatı == Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1956-cı ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 1957–1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində kiçikplanlı rollarda çəkilib. "Mozalan" satirik kinojurnalının bir çox bədii süjetlərində rol alıb. 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir. == Filmoqrafiya == Alıcının sərgüzəşti (film, 1976) Arzu (film, 1972) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) – rol: Eyvaz Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bakıda küləklər əsir (film, 1974) Bəyin oğurlanması (film, 1985) Bir cənub şəhərində (film, 1969) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Bizim küçənin oğlanları (film, 1973) Böyük dayaq (film, 1962) Buyruq və quyruq (film, 1972) Çarə (film, 1981) Cazibə qüvvəsi (film, 1964) Zirvə (film, 1964) Dağlarda döyüş (film, 1967) Dairə (film, 1985) Dərviş Parisi partladır (film, 1976) Əla kəsici (film, 1975) Əmək və qızılgül (film, 1962) Ən vacib müsahibə (film, 1971) Əsl dost (film, 1959) Evlənmək istəyirəm (film, 1983) Firəngiz (film, 1975) General (film, 1970) Gözbağlıcılar (film, 1973) Gözlə məni (film, 1980) Həyat bizi sınayır (film, 1972) İşgüzar səfər (film, 1982) İstintaq davam edir (film, 1966) İyirmialtılar (film, 1966) Jonqlyor (film, 1986) Kontor (film, 1978) Kölgələr sürünür (film, 1958) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qəribə əhvalat (film, 1960) Qoy dolanaq… (film, 1972) Leylək gözləyir (film, 1977) Maqarıç (film, 1973) Mən ki gözəl deyildim (film, 1968) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Möcüzələr adası (film, 1963) Mühazirə (film, 1986) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Ömrün ilk saatı (film, 1973) Onu bağışlamaq olarmı? (film, 1959) Onun böyük ürəyi (film, 1958) Özgə ömür (film, 1987) Rəqiblər Romeo mənim qonşumdur (film, 1963) Səhər (film, 1960) Sehrli xalat (film, 1964) Səmt küləyi (film, 1973) Şerəli və Aybərçin (film, 1989) Şir evdən getdi (film, 1977) Sevinc buxtası (film, 1977) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Skripkanın Sərgüzəşti (1972) Telefonçu qız (film, 1962) Təxribat (film, 1989) Torpaq. Dəniz.
Anar Bahadurov
Sultan Əbu Səid Bahadur xan
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi. Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır. Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir.
Vüqar Bahadurzadə
İsmayil xan Bahaduri
İsmayil xan Hacı Əli xan oğlu Bahaduri (Ərəb əlifbası) ilə: (اسماعیل خان بهادری) (Təbriz – 1937, Qoçan, Rəzəvi Xorasan ostanı)—Məhəmmədtağı xan Püsyanın silahdaşı, mayor, pedaqoq. İsmayil xan Hac Əli xan oğlu 1891-ci ilin avqust ayında Təbrizdə dünyayə gəlib. Faylı Təbriz bələdiyyəsində göstərir ki, 4 il (Qədimi tərz məktəb)də, 1/5 il Təbrizin Pərvəreş məktəbində, 7 ay Tehranın Nizam (hərbi) məktəbində, 5 ay jandarmeriya məktəbində və bir il Türkiyənin Nizam (hərbi) məktəbində təhsil alıbdır. İsmayıl xan Bahadır Məhəmmədtağı xan Püsyanın silahdaşı idi.
İsmayıl xan Bahaduri
İsmayil xan Hacı Əli xan oğlu Bahaduri (Ərəb əlifbası) ilə: (اسماعیل خان بهادری) (Təbriz – 1937, Qoçan, Rəzəvi Xorasan ostanı)—Məhəmmədtağı xan Püsyanın silahdaşı, mayor, pedaqoq. İsmayil xan Hac Əli xan oğlu 1891-ci ilin avqust ayında Təbrizdə dünyayə gəlib. Faylı Təbriz bələdiyyəsində göstərir ki, 4 il (Qədimi tərz məktəb)də, 1/5 il Təbrizin Pərvəreş məktəbində, 7 ay Tehranın Nizam (hərbi) məktəbində, 5 ay jandarmeriya məktəbində və bir il Türkiyənin Nizam (hərbi) məktəbində təhsil alıbdır. İsmayıl xan Bahadır Məhəmmədtağı xan Püsyanın silahdaşı idi.
Əbu Səid Bahadur xan
Sultan Əbu Səid Bahadur xan (d. 2 iyun 1305 - 1 dekabr1335) — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316-1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi. Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır. Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir.
Əmir Bahaduri-Cəng
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) — İran şahı Məhəmmədəli şahın saray vəziri. Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib. Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu. Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü.
Əsədulla xan Əsəd Bahadur
Əsədulla xan Məhəmmədəli xan oğlu Əsəd Bahadur (1876–1939)—İran diplomatı, İranın İsveçdə ilk səfiri. Əsədulla xan Əsəd Bahadur 1876-cı ildə İranın Kaşan şəhərində anadan olmuşdu. Atası Məhəmmədəli xan İqbülülvüzəra Qacarlar dövlətinin Tiflis şəhərində baş konsulu vəzifəsində çalışırdı. O, ibtidai təhsilini ailədə, orta təhsilini Tiflis kişi gimnaziyasında almışdı. Sonra Sankt-Peterburqda Hərbi məktəbə qəbul olmuşdu. Hüquq fakültəsində oxumuşdu. rus dili ilə yanaşı fransız dilini də bilirdi. Əsədulla xan Əsəd Bahadur bir müddət Müzəffərəddin şah Qacarın sarayında çalışmışdı. Ona sarayda "Acudani-hüzur" deyirdilər. Bir müddət sarayda mütərcim kimi çalışdıqdan sonra Xarici İşlər vəzarətinə daxil olmuşdu.
İlahə Bahadurova
İlahə Bahadurova (2010, Bakı) — bədii gimnastika, Avropa və Dünya medalçısı. == Həyatı == İlahə Bahadurova 1 yanvar 2010-cu ildə Bakı şəhərində anadan olub. == Yaradıcılığı == Gimnastika idman növü ilə məşğul olur.O, 2023-cü ildə Bakıda keçirilən Avropa Çempionatında yeniyetmələrin milli qrupunun üzvü olub. İlahə Mədinə Aslanova, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Zəhra Cəfərova və Ayan Sadıqova ilə birlikdə çoxnövçülükdə və 5 topla bürünc medal qazanıb.İyul ayında qrup Bolqarıstan və İsraili geridə qoyaraq çoxnövçülükdə bürünc medal qazandı və Kluj-Napokada keçirilən yeniyetmələr arasında 2-ci Dünya Çempionatında iki yarışın finalında yenidən bürünc medal qazandı.2024-cü ildə Bakıda keçirilən bədii gimnastika üzrə 1-ci Avropa Kubokunda iştirak edərək, yeniyetmələr arasında top üzrə finalda gümüş medal qazanaraq fərdi modallığa keçib.O, mayın 22-də Budapeşdə keçirilən Avropa çempionatında Şəms Ağahüseynova, Fidan Qurbanlı və Gövhər İbrahimova ilə birlikdə komandanın bürünc medalını qazanıb.

Digər lüğətlərdə