S/S
|
Şəhid
|
Rütbəsi
|
SQ
|
Qısa tərcümeyi-halı
|
1.
|
Abbasov Azad Alı oğlu
|
əsgər
|
|
1968-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində doğulub. Birinci Qarabağ müharibəsi zamanı Goranboydakı birinci batalyonda xidmət etmişdir. Şaumyankənd uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Azad Abbasov 1992-ci ilin yayında Sərsəng su anbarı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
|
2.
|
Abbasov Bahadur Bayram oğlu
|
əsgər
|
|
1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. O, 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub.[1] Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
|
3.
|
Abbasov Cəsarət Adil oğlu
|
əsgər
|
|
4 aprel 1974-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini Muğanlı kəndindəki səkkizillik məktəbdə alan Cəsarət 1990-cı ildə Qarabağ müharibəsi zamanı Muğanlı kənd özünümüdafiə dəstəsinə qoşulmuşdur. 1992-ci ilin 2 oktyabrında Muğanlı kəndi düşmənlər tərəfindən işğal edildi. Həmin il Cəsarət Milli Ordu sıralarına yazıldı. Cəsarət Abbasov 17 mart 1993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.[2]
|
4.
|
Abbasov Ədalət Ümüd oğlu
|
əsgər
|
|
10 may 1964-cü ildə anadan olub. 1991-ci ilin 6 sentyabrında şəhid olub.[3]
|
5.
|
Abbasov Qaytaran İbrahim oğlu
|
əsgər
|
|
12 yanvar 1964-cü ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Qaytaran Abbasov 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Abbasov Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb. 12 dekabr 1992-ci il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qatıldı. Qaytaran Abbasov həmin il Ağdam, Tərtər, Qubadlı və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə döyüşdü. 1992-ci ildə Qaytaran Abbasov "Zəngilan" Batalyonunda döyüşüb. Qaytaran Abbasov 16 may 1993-cü ildə 29 yaşında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Zəngilan rayonunda Şəhidlar xiyabanında dəfn olunub. Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb.
|
6.
|
Abbasov Mehti Yusif oğlu
|
kapitan
|
|
1 yanvar 1960-cı ildə Ermənistan SSR-də anadan olub. 1992-ci ilin 26 fevralında şəhid olub.[3]
|
7.
|
Abbasov Nadir Əbi oğlu
|
əsgər
|
|
14 iyul 1959-cu ildə anadan olub. 1993-cü ilin 31 dekabrında şəhid olub.[3]
|
8.
|
Abbasov Rasim Abbas oğlu
|
əsgər
|
|
1973-cü ildə Şəmkir rayonunun Keçili kəndində anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
|
9.
|
Abbasov Səhiyəddin İsmayıl oğlu
|
gizir
|
|
11 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub. 1985-ci ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Səhiyəddin Abbasov 114 saylı texniki peşə məktəbini bitirib. 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Səhiyəddin Abbasov hərbi xidmətini Əfqanıstanda keçib. 1 mart 1993-cü il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına qatıldı. Səhiyəddin Abbasov bu müddət ərzində gizir rütbəsi alıb və taqım komandiri təyin olunub. Səhiyəddin Abbasov 11 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Bakı şəhərində Şəhidlar xiyabanında dəfn olunub. Subay idi. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı, SSRİ-nin "Beynəlmiləlçi döyüşçüyə" döş nişanı ilə təltif olunub.
|
10.
|
Abdullayev Aleksandr Şaban oğlu
|
əsgər
|
|
30 mart 1963-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Atası azərbaycanlı anası Oksana isə rus olub. Atası milis kapitanı olub. 1988-ci ildən Aleksandr Abdullayev Xanlar rayonunda məskunlaşıb. Goranboyda yaxşı döyüşçü kimi tanınıb. 18 iyul 1992-ci ildə şəhid olub. Xanlar rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.[4]
|
11.
|
Abdullayev Daşdəmir Rəhim oğlu
|
əsgər
|
|
1976-cı il 20 yanvardə Xaçmaz rayonunun Müşqür qəsəbəsində anadan olub. 1994-cü ildə hərbi xidmətə yollanan Daşdəmir Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1994-cü ildə şəhid oldu. Əsgər Daşdəmir Abdullayev Xaçmaz rayonunun Müşqür qəsəbəsində dəfn olunub.
|
12.
|
Abdullayev İnkişaf Zülfüqar oğlu
|
əsgər
|
|
17 avqust 1963-cü ildə anadan olub. 1994-cü ilin 26 iyununda şəhid olub.[3]
|
13.
|
Abdullayev Rəhman Qafar oğlu
|
əsgər
|
|
31.01.1956-cı ildə Daşkəsən rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil almışdır. 1986–1993-cü illərdə Daşkəsən rayonunda yerləşən Filizsaflaşdırma kombinatında mühəndis kimi çalışmışdır. Rəhman Abdullayev 1976–1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 1993-cü il martın 18-də ehtiyatda olan zabit kimi milli ordu sıralarına çağırılmışdır. O, əvvəlcə 877 saylı hərbi hissənin motoatıcı taborunun bölük komandiri vəzifəsində xidmət etməyə başlamış, sonra isə düşmənin Füzuli rayonuna etdiyi hücumu ilə əlaqədər, ön cəbhədə gedən döyüşlərin şiddətlənməsi səbəbindən Rəhman Abdullayev tabeliyində olan bölüklə birlikdə 877 saylı hərbi hissədən Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə göndərilmiş, motoatıcı briqadada motoatıcı taborun bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir. Rəhman Abdullayev xidmət etdiyi hərbi hissənin düşmənlə təmas nöqtəsində yerləşməsi səbəbindən tabeliyində olan hərbi qulluqçularla birlikdə döyüşlərdə iştirak etmişdir. O, iştirak etdiyi döyüşlərdə bir neçə dəfə yaralanmış, lakin yenidən döyüşlərə qatılmışdır. Rəhman Abdullayev Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin işğaldan azad edilməsi uğrunda 1994-cü il yanvar ayının əvvəllərində yenidən döyüşlərə qatılmış və kəndin bir hissəsi işğaldan azad edilmişdir. Həmin döyüşlərdə erməni silahlı qüvvələri böyük itki verərək kənddəki mövqelərini bir qədər geri çəkməyə məcbur olmuşlar. 1994-cü il yanvar ayının 10-da düşmənin gecə saatlarında qəfildən etdiyi hücum zamanı Rəhman Abdullayev və tabeliyindəki cəbhə yoldaşları düşmən mühasirəsinə düşərək qəhrəmancasına şəhid olmuşlar.[5] Rəhman Abdullayev ailəli olmuş və iki övladı yadigar olaraq qalmışdır.
|
14.
|
Abdullayev Şakir Əkbər oğlu
|
əsgər
|
|
8 dekabr 1962-ci ildə anadan olub. 1993-cü ilin 28 dekabrında şəhid olub.[3]
|
15.
|
Abdullayev Vaqif Muxtar oğlu
|
əsgər
|
|
7 aprel 1969-cu ildə anadan olub. 1994-cü ilin 16 fevralında şəhid olub.[3]
|
16.
|
Abdullayev Zeynal Səlim oğlu
|
əsgər
|
|
7 mart 1969-cu ildə anadan olub. 1994-cü ilin 2 avqustunda şəhid olub.[3]
|
17.
|
Abdulhəmidov Əbülfəz Nöhbala oğlu
|
əsgər
|
|
1970-ci il 15 apreldə Xaçmaz rayonunun Tel qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Əbülfəz Abdulhəmidov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Əbülfəz Abdulhəmidov, Xaçmaz rayonunun Tel qəsəbəsində dəfn olunub.
|
18.
|
Abdulrəhmanov Cavid Təvəkkül oğlu
|
əsgər
|
|
1972-ci il 26 noyabrda Şamaxı şəhərində anadan olub. Orta təhsilini 1989-cu ildə Şamaxı şəhərində yerləşən Cəmobəy Cəbrayılbəyli adına orta məktəbdə alan Cavid Abdurahmanov, daha sonra Bakı Kooperativ Texnikumuna daxil olsa da, I Qarabağ müharibəsi ilə əlaqədar təhsilini başa vurmalı oldu. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Cavid Abdurahmanov 1992-ci il 19 oktyabrda Kəlbəcər rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
|
19.
|
Abudov Nəsimi Şahbala oğlu
|
əsgər
|
|
1969-cu il 10 sentyabrdə Xaçmaz rayonunun Çarxı qəsəbəsində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanan Nəsimi Abudov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1993-cü ildə şəhid oldu. Əsgər Nəsimi Abudov, Xaçmaz rayonunun Çarxı qəsəbəsində dəfn olunub.
|
20.
|
Abutalıbov Eyvaz Cəmil oğlu
|
əsgər
|
|
1959-cu il dekabrn 4-də Şuşada doğulmuşdur. Şuşa şəhəri 4 nömrəli orta məktəbdə oxumuşdur. Eyvaz 816 nömrəli Şuşa batalyonunun tərkibində Şuşanın müdafiəsi uğrunda iştirak etmişdir. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı da şəhid olmuşdur. Şuşadakı Şuşa Şəhidlər Xiyabanında dəfn olmuşdur. Ailəli idi. Mahmud, Elvin, Elçin adlı üç övladı böyüyür.[6]
|
21.
|
Abuzərov Elşən Abis oğlu
|
əsgər
|
|
1975-ci il 23 sentyabrda Xaçmaz rayonunun Nizova qəsəbəsində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanan Elşən Abuzərov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1993-cü ildə şəhid oldu. Əsgər Elşən Abuzərov, Xaçmaz rayonunun Nizova qəsəbəsində dəfn olunub.
|
22.
|
Ağabalayev Akif Ağabala oğlu
|
əsgər
|
|
1974-cü il 13 mayda Xaçmaz şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Akif Ağabalayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Akif Ağabalayev Xaçmaz şəhərində dəfn olunub.
|
23.
|
Alxanov Alxan Əşrəf oğlu
|
əsgər
|
|
1969-cu il 27 apreldə Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Alxan Alxanov, 1992-ci il 20 yanvarda Ağdam rayonu istiqamətində şəhid olub. Alxan Alxanov, Ağdam rayonunda dəfn olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[7]
|
24.
|
Allahverdili Hikmət Əsəd oğlu
|
leytenant
|
|
7 yanvar 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1992-ci ilin 27 iyulunda şəhid olub.[3]
|
25.
|
Allahverdiyev Allahverdi Əlişirin oğlu
|
çavuş
|
|
11 may 1966-cı ildə anadan olub. 1994-cü ilin 18 aprelində şəhid olub.[3]
|
26.
|
Allahverdiyev Nəriman Məhərrəm oğlu
|
əsgər
|
|
15 aprel 1967-ci ildə anadan olub. 1994-cü ilin 15 aprelində şəhid olub.[3]
|
27.
|
Allahyarov Rüstəm Söhrab oğlu
|
əsgər
|
|
25 noyabr 1973-cü ildə Ağdaş rayonunun Yenicə (Ağdaş) kəndində anadan olub. 1981-ci ildə Yenicə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 1991-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1992-ci il martın 2-də hərbi xidmətə çağırılıb. 4 iyul 1992-ci ildən Sumqayıt batalyonunun tərkibində ağdam rayonunda vuruşub. Ağdərə ətrafında döyüşlərdə olub. 11 oktyabr 1992-ci il tarixdə Ağdam rayonu Qazançılar kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.[8] Ağdaş rayonu Yenicə kəndi tam orta məktəbi Rüstəm Allahyarov adını daşıyır.[9]
|
28.
|
Aslanov İlyas Nəsrəddin oğlu
|
əsgər
|
|
10 oktyabr 1962-ci ildə anadan olub. 1993-cü ilin 13 iyununda şəhid olub.[3]
|
29.
|
Atakişiyev Sahil Durasan oğlu
|
|
|
1974-cü il 2 iyulda Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sahil Atakişiyev 1993-cü il 7 martda Tərtər rayonu istiqamətində şəhid olub. Şamaxı rayonunda Məlikçobanlı kəndində dəfn olunub.
|
30.
|
Atamoğlanov Əbülfət Sabir oğlu
|
əsgər
|
|
4 iyun 1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olub. 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 2023-cü ildə anti-terror əməliyyatları zamanı Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib. Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib. Orada şəhidlə vida mərasimi keçirilib. 28 sentyabr 2023-cü ildə mərhum doğulduğu Kürsəngi kəndində torpağa tapşırılıb.[10]
|