Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banani
Banani — Malidə yerləşən kənd. Əsas əhalisi doqonlardır.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Li Ranaldo
Lee Ranaldo (3 fevral 1956, Qlen-Kov[d], Nyu-York ştatı) — amerikalı müğənni, mahnı müəllifi, Sonic Youth qrupunun vokalisti, ritm və solo gitaristi.
Pyetro Badalyo
Pyetro Badalyo ingiliscə (Pietro Badoglio) 1-ci Addis Abeba hersoqu, 1-ci Sabotino Markesi (ABŞ: /bəˈdoʊljoʊ/, İtalyanca: [ˈpjɛːtro baˈdɔʎʎo]; 28 sentyabr 1871[…] – 1 noyabr 1956[…]) — həm Birinci Dünya Müharibəsi zamanı, həm də italyan generalı idi. Həm Birinci Dünya Müharibəsi zamanı, həm də italyan generalı kimi. Şərqi Afrika vitse-prezidenti. İtaliyada nasist rejimi süqut etdikdən sonra İtaliyanın baş naziri oldu.
Banana Pi
Banana Pi — Müxtəlif əməliyyat sistemləri ilə işləyə bilən (Android 4.2, Android 4.4, Lubuntu, Raspbian, Debian, Fedora, Arch Linux, Gentoo, openSUSE, Berryboot, FreeBSD, OpenWrt, Slackware, Tiny Core Linux) bir-lövhəli kompüterdir. Banana Pi «Lemaker» (Çin) şirkəti tərəfindən ümumtəhsil müəssisələrində STEM (elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı (ing. science, technology, engineering and mathematics)) təbliğ etmək məqsədiylə yaradılıb. == Banana Pi M1 == == Banana Pi M2 == == Banana Pi M3 == == Banana Pi M64 == == Digər modellər == == İstifadə imkanı olan əməliyyat sistemləri == Banana Pi üçün Debian (Linux kernel 3.4.105 & mainline; 2015-01-16) Banana Pi üçün Raspbian (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün Skratç (Boot to Scratch directly) (Linux kernel 3.4.90) Banana Pi üçün Lubuntu (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün openSUSE (openSUSE v1412; Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün ArchLinux (Linux kernel 3.4.103; 2014-12-26) Bananian Linux (Debian əsasında; Linux kernel 3.4.104+; 2015-01-11) Banana Pi üçün Android 4.2.2 & 4.4 (Linux kernel 3.4.39+) Banana Pi üçün Fedora (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün Kali Linux (Linux kernel 3.4.103; 2014-12-26) == GitHubda mənbə kodu == Bananapi-dev LeMaker Github BananaPI SDK == Raspberry Pi ilə müqayisə == Hərçənd ki, Banana Pi-nin Raspberry Pi ilə oxşar cəhətləri olsa da, bir-biri ilə əlaqəsi olmasan tamami ilə ayrı-ayrı sistemlərdir . «Linux user & Developer» jurnalı onu birbaşa klon oldugunu saymasada, bir çox oxşar cəhətləri olduğunu yazıb , linux.com isə onun daha üstün cəhətli klon olduğunu bildirir . Lövhədə detalların yerləşməsində cüzi fərqlər olsa da, lövhələrin ölçüləri eynidir. Bundan əlavə, bir çox aksesuarları da Raspberry Pi ilə uyğun deyil. == Ədəbiyyat == Daniel Blair. Learning Banana Pi. Packt Publishing.
Yapon bananı
Yapon bananı, Basio bananı və ya lifli banan (lat. Senecio ladakhensis) — banankimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Vətəni Çindir. Yapon bananının güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır.Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır."Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür.Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür.Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir.Sentyabrda çiçəkləyir.Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır.Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil.Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır. Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir.Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur. Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir. Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır.Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.
Banal milliyətçilik
Banal millətçilik — insanlar arasında milli aidiyyat hissini paylaşan millətin günlük təsvirləri. == Mahiyyəti == Termin, Maykl Billigin 1995-ci ildəki yayımlanan eyni adlı kitabından törədilmişdir və məqsəd tənqid olaraq qəbul edilməsi idi. Konsepsiya, xüsusilə siyasi coğrafiya nizamı daxilində, 1990-ci illərdə yayımlanmasında bu tərəfə elmi fikirlərin davam etməsi ilə son dərəcə təsir edici olmuşdur. Günümüzdə bu termin əvvəla kimlik formalaşması və geopolitik-akademik mübahsələrdə istifadə olunmaqdadır. == Nümunələri == Banal millətçilik nümunələri günlük həyatımızda bayraqlar, idman qarşılaşmaları, milli mahnılar, pul simvolları, populyar ifadələr və zərb-məsəllər, vətənpərvər klublar, milli mətbuatda söz vurulan birliklərin qurulması, yəni hava xəbərləri, qrup və bölünmələr kimi hadisələrin "yerli" və "xarici" xəbərlər adı ilə verilməsi kimi hadisələrdə özünü göstərir. Bu simvolların çoxu davamlı təkrarlanan olduqları və demək olar ki, şüraltında yerləri olmadıqları üçün daha təsirlidirlər. Banal millətçilik daha çox məktəblər kimi dövlət qurumları vasitəsilə yaradılmaqda və yayılmaqdadır.
Banal millətçilik

Banan müharibələri
Banan müharibələri — 1898-1934-cü illər arasında ABŞ və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri arasında “Mehriban qonşuluq siyasəti” yaradılması ilə əlaqədar baş verən müharibələr nəzərdə tutulur. Başqa sözlə ABŞ-nin Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinə işğal məqsədilə etdiyi müdaxilə seriyaları nəzərdə tutulur. Bu hərbi müdaxilələr əksər hallarda ABŞ Dəniz qoşunları korpusu vasitəsilə həyata keçirilirdi.1921-ci ildə Dəniz qoşunları “Kiçik Müharibələrin strategiyası və taktikası” nizamnaməsini hazırlayırlar.Bəzi hallarda isə hərbi-dəniz donanması da top atəşi ilə öz köməkliyini göstərərək dəstək olurdular,eləcə də ordunun digər qüvvələrindən də istifadə olunurdu. 1898-ci ildə imzalanan Paris müqaviləsinə görə,İspaniya Kuba,Puerto-Riko və Filippin üzərində nəzarət hüququnu ABŞ-yə güzəştə edir. Bundan sonra ABŞ Panama, Meksika, Honduras, Nikaraqua, Haiti və Dominikan Respublikasına müdaxilələr edir. Müdaxilələr seriyası yalnız Prezident Franklin Ruzveltin başçılığı altında qoşunların Haitidən çıxarılması ilə başa çatır. Bu münaqişələrin səbəbi müxtəlif olsa da,əsas səbəb iqtisadi xarakterlə bağlı idi. ABŞ-nin bu hərbi müdaxilələri və ticarət maraqları arasındakı əlaqədən yaranan termin tarixə “Banan müharibələri” adı ilə düşür. Ayrıca qeyd etmək lazımdır ki, ”United Fruit Company” şirkəti Karib hövzəsi, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal hissəsi üzrə olan banan, tütün, şəkər çuğunduru istehsal aksizlərinin əhəmiyyətli maliyyə paketlərinə malik idi. ABŞ həmçinin yenicə tikilmiş,donanma gücü və qlobal ticarət baxımından çox əhəmiyyətli olan Panama kanalında nəzarət və təsir dairəsi olduğunu əsaslandıraraq,öz siyasi maraqlarını da irəliyə çəkirdi.
Banan respublikası
Banan respublikası beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə, korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri təsvir etmək üçün alçaldıcı mənada istifadə edilən siyasi termindir. Tipik olaraq, bir banan respublikası, son dərəcə təbəqələşmiş sosial siniflər cəmiyyətinə, ümumiyyətlə böyük bir yoxsul işçi sinfinə və bu cəmiyyətin işgüzar, siyasi və hərbi elitlərindən ibarət olan hakim sinif plutokratiyasına sahibdir. Hakim sinif iqtisadiyyatın ilkin sektorunu əməyin istismarı yolu ilə idarə edir, beləliklə, banan respublikası termini, irimiqyaslı əkinçilik fəaliyyətinin, xüsusən banan becərilməsinin istismarını dəstəkləyən xidmətçi bir oliqarxiya üçün təhrifedici bir tərifdir. Banan respublikası siyasi elm termini kimi ilk dəfə Amerika yazıçısı O. Henri tərəfindən "Cabbages and Kings 1904" (kələmlər və şahlar) kitabında istifadə olunmuşdur. Honduras, ilk banan respublikası dövlətidir. XX əsrin əvvəllərində "United Fruit Company"nin ölkə içində olduqca təsiri var idi. Hətta yüksək vergilər istəyən bir başçını aşırdaraq yerinə yeni birini seçdilər. 1871-ci ildə amerikalı dəmiryolu şirkəti sahibi Henry Meyqsin Kosta Rika hökumətiylə imzaladığı dəmiryolu inşa müqaviləsi çərçivəsində, haqqında danışılan inşaata başlanmış, digər tərəfdən tikinti şirkəti işləyən işçilərə aşağı xərcli bir yemək axtarışında olduğu üçün inşa etməkdə olduğu dəmiryolu xətti boyunca banan yetişdirməyə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == From Arbenz to Zelaya: Chiquita in Latin America – Video raporu Democracy Now!
Banan şirniyyatı
Bişirmə banan
Bişirmə banan (lat. Musa ×paradisiaca), Plantin və ya Plantan- Meyvələri ümumiyyətlə yemək bişirmədə istifadə olunan banan cinsindəki banan becəriciləridir. Bişirmə bananları Qərbi və Mərkəzi Afrikada, Karib adalarında, Mərkəzi Amerikada və Cənubi Amerikanın şimalında əsas qida maddəsidir.
Banan (cins)
Banan (lat. Musa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi.
Banan respublika
Banan respublikası beynəlxalq siyasətdə siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan bir və ya bir neçə əkinçilik məhsulunun istehsalından və ixracatından asılı və ümumiyyətlə, korrupsiya, sui-istifadə ilə iç-içə kiçik bir seçmələr qrupu tərəfindən idarə olunan ölkələri təsvir etmək üçün alçaldıcı mənada istifadə edilən siyasi termindir. Tipik olaraq, bir banan respublikası, son dərəcə təbəqələşmiş sosial siniflər cəmiyyətinə, ümumiyyətlə böyük bir yoxsul işçi sinfinə və bu cəmiyyətin işgüzar, siyasi və hərbi elitlərindən ibarət olan hakim sinif plutokratiyasına sahibdir. Hakim sinif iqtisadiyyatın ilkin sektorunu əməyin istismarı yolu ilə idarə edir, beləliklə, banan respublikası termini, irimiqyaslı əkinçilik fəaliyyətinin, xüsusən banan becərilməsinin istismarını dəstəkləyən xidmətçi bir oliqarxiya üçün təhrifedici bir tərifdir. Banan respublikası siyasi elm termini kimi ilk dəfə Amerika yazıçısı O. Henri tərəfindən "Cabbages and Kings 1904" (kələmlər və şahlar) kitabında istifadə olunmuşdur. Honduras, ilk banan respublikası dövlətidir. XX əsrin əvvəllərində "United Fruit Company"nin ölkə içində olduqca təsiri var idi. Hətta yüksək vergilər istəyən bir başçını aşırdaraq yerinə yeni birini seçdilər. 1871-ci ildə amerikalı dəmiryolu şirkəti sahibi Henry Meyqsin Kosta Rika hökumətiylə imzaladığı dəmiryolu inşa müqaviləsi çərçivəsində, haqqında danışılan inşaata başlanmış, digər tərəfdən tikinti şirkəti işləyən işçilərə aşağı xərcli bir yemək axtarışında olduğu üçün inşa etməkdə olduğu dəmiryolu xətti boyunca banan yetişdirməyə başlamışdır. == İstinadlar == == Xarici keçidlər == From Arbenz to Zelaya: Chiquita in Latin America – Video raporu Democracy Now!
Mavi Banan
Mavi Banan, (ing. blue banana; fr. banane bleue; alm. blaue banane‎) Avropa Meqapolisi və ya Liverpul-Milan oxu — təxminən 100 milyon əhalisi olan, Qərbi və Mərkəzi Avropadan keçən urbanizasiya dəhlizi. Ərazinin "Mavi Banan" olaraq adlandırılması 1989-cu ildə Rocer Brunet tərəfindən idarə olunan fransız coğrafiyaşünaslar qrupu RECLUS tərəfindən hazırlanmışdır. Təxminən Şimali Qərbi İngiltərədən Böyük London boyunca İngilis Midlendləri vasitəsilə Avropa Lill Metropolisinə, Hollandiyada Randstad və Brüssel ilə Benilüks əyalətlərinə, qərbdə Almaniyada Reyn, Cənubi Almaniya vilayətlərinə, Fransada Elzas-Mozel vilayətlərinə, həmçinin İsveçrəyə (Bazel və Sürix), cənubda isə Şimali İtaliyaya (Milan, Turin və Genuya) qədər uzanır. == Tarixi == "Aktiv" və "passiv" fəzalar arasında bölünməni müşahidə edən fransız coğrafiyaşünas Rocer Brunet 1989-cu ildə Qərbi Avropanın "onurğa sütunu" konsepsiyasını inkişaf etdirdi. O, İngiltərənin şimalından İtaliyanın şimalına qədər uzanan şəhər sənaye və xidmət dəhlizindən bəhs etdi. "Mavi banan" adını ilk dəfə Yakues Şerekve və Jozet Aliyanın L'Obs məqaləsinə qrafik əlavə edən rəssam yaratmışdır. Mavi rəng ya Avropa bayrağına, ya da bölgədəki fabrik işçilərinin mavi yaxalarına aid edilir.
Banan Sənayesi