Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barabatın
Barabatın — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Vallon Brabantı
Vallon Brabantı (fr. Brabant wallon, nid. Waals-Brabant, alm. Wallonisch-Brabant‎; vallon. Roman Payis) Belçikanın 10 əyalətindən biridir. Belçika əyalətləri içərisində ən kiçiyidir. 1 yanvar 1995-ci ildə Vallon Brabantı Flamand Brabantından ayrıldı. Eno, Namür, Lyej və Flamand Brabantı ilə sərhədlənir. İnzibati ərazi mərkəzi Vavr şəhəridir. Sahəsi: 1091 кm² Əhalisi: 379 515 nəfər.
Brabant adası
Brabant adası (ing. Brabant Island) — Palmera arxipelaqının ən böyük adası. Antarktik yarımadası yaxınlığında Anvers adası ilə Lej adası arasında yerləşir. Adanın uzunluğu 53 km, eni isə 25 km təşkil edir. Adanın sahəsi 976,8 km²-dir. Brabantın ən hündür zirvəsi Perri dağıdır. Dağın hündürlüyü 2522 metrdir. Ada Belçika Antarktik ekspedisiyasının rəhbəri Andrien de Jerlaş tərəfindən Brabant vilsəti şrəfinə adlandırılmışdır. Səbəb isə bölgənin əhalisi tərəfindən ekspedisiyaya göstərilən kömək olmuşdur. Ekspedisiya üzvləri burada qışlamış və ilk dəfə Perri dağına çıxmışlsr.
Vallonskiy Brabant
Vallonskiy Brabant- (fr. Brabant wallon, nid. Waals-Brabant, alm. Wallonisch-Brabant‎) Belçikanın 10 əyalətindən biridir. Belçika əyalətləri içərisində ən kiçiyidir. 1 yanvar 1995-ci ildə Brabant və Vallonsk əyalətlərinin birləşməsindən əmələ gəlib. Eno, Namyur, Lej və Flamand Brabantı ilə sərhədlənir. İnzibati ərazi mərkəzi-Vavr şəhəridir. Sahəsi: 1091 кm² Əhalisi: 379 515 nəfər.
Şimali Brabant
Şimali Brabant — Niderlandda yerləşən və Belçika ilə hüdudlanan ərazidir. Ən böyük şəhəri Eyndhovendir.
Lemorn Brabant yarımadası
Lemorn Braban (fr. Le Morne Brabant) — Mavriki adasının cənub-qərbində yerləşən yayımada. Yarımadada hündürlüyü 556 metr olan bazalt qatası vardır. Ərazi turistik mərkəz kimi fəaliyyət göstərir. Ərazi XIX əsrdən məşhurdur. Belə ki, qaya asıllıqdan qaçmış qullar məhz burada gizlənirdilər. Yarımadanın lanşaftı 2008ci ildən UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Le Morn — dünyanın su üzərində həyata keçirilən idman növlərinin həyata keçirilməsi üçün ən əlverişli yerdir.