Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barcil
Barcil (İdil – 731) — Xəzər xaqanının oğlu, sərkərdə. == Həyatı == Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722-723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər. bu döyüşdə Barcil də iştirak etmişdi. İlk dəfə adı 722-ci ilə aid qaynaqlarda hallanır. Ərəb valisi Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi Xəzər xaqanlığına hücum edərkən onu qarşılayıb vuruşmuşdu. 726/727-ci illərdə Xəzərlər xaqanın oğlunun, barcilin başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı sahilində, Varsanda güclü döyüşlər gedərkən Barcilin qoşunu böyük itki verib geri çəkilmişdilər. Ərəb ordusuna əl-Haris ibn Əmr başçılıq edirdi.
BarCamp
BarKamp (ing. BarCamp) — iştirakçıları tərəfindən hazırlanan qeyri-konfransdır. Qeyri-konfrans adlandırılmasının səbəbi onun qeyri-formal metodlar əsasında qurulması və rəsmi konfranslardan köklü surətdə fərqlənməsidir. BarKamp hamıya açıqdır, təqdimatlar, təlimlər, müzakirələr formasında baş verir, bütün materiallar iştirakçılar tərəfindən təqdim olunur. BarKampın əsas mövzuları adətən bunlar olur: yeni media, sosial şəbəkələr, bloqlar, veb 2.0, start-aplar, opensource və s. == Tarix == "BarKamp" adı Tim O`Reyli tərəfindən öz dostları üçün keçirilmiş Foobar adlı tədbirdən götürülüb. İlk BarKamp Palo Alto, Kaliforniyada, 19-21 avqust 2005-ci ildə Socialtext şirkətinin ofisində keçirilib. Bu BarKampa 200-ə yaxın iştirakçı qatılmışdı. O vaxtdan etibarən BarKamplar dünyada 400-ə yaxın şəhərdə keçirilib. MDB məkanənda ilk BarKamp Ukraynada BloqKamp formatında keçirildi (13-14 avqust, 2007).
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Barlık
Abidələrin 4-ü də Barlık çayı sahilində D.A.Klements tərəfindən tapılıb və ilk dəfə V.V.Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Barrem
Barrem (fr. Barrême) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04022. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 481 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 298 nəfər (15-64 yaş arasında) arasında 216 nəfər iqtisadi cəhətdən, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.8%). Fəal 216 nəfərdən 185 nəfəri (103 kişi və 82 qadın), 31 nəfəri işsizdir (11 kişi və 20 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Bayrım
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tarqim
Tarqim(inquş Тӏаргам) — İnquşetiyada qədim şəhər. Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxildir.. Şəhər ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Tarqim” memarlıq kompleksi var. Buraya qala tipli qədim siklop tikililər, 4 müdafiə qalası, 4 kiçik müdafiə qalası və 16 uçuq-sökük yaşayış qalası, o cümlədən 19 qəbir abidəsi, 2 məqbərə və 5 ziyarətgah daxildir. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. == Coğrafiyası == Şəhər İnquşetiyanın cənubunda, Gürcüstanla sərhədə yaxın, Tarqim hövzəsində Assa çayının sağ sahilində yerləşir. Şəhər dəniz səviyyəsindən 1080 m yüksəklikdədir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Eqikxal, cənub-qərbdə - Xamxi, cənubda - Qureti, qərbdə isə Barxanədir. Coğrafi cəhətdən Tarqimə Txaba-Yerdi qala kompleksi yolunda yerləşən Qureti və İsmayıl-koa kəndləri daxildir.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.
Barbi
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. == Tarixi == Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. == Musiqi karyerası == === Karyeranın başlanğıcı === Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Barfi!
Barfi! 2012-ci ildə çəkilən, Romantik-Komediya janrında olan Bollywood filmi == Məzmun == Merfi(Barfi) Conson, həm eşitmə, həm də nitq qüsurlu bir gəncdir. Şruti adında gənc bir qıza aşiqdir. Lakin Şrutinin ailəsi onun normal bir kişilə evlənib xoşbəxt həyat qurmasını istəyirdilər. Barfi isə bu ümidsiz eşqdən yorulmuş yeni bir həyata başlamışdır. Bu vaxt uşaqlıq dostu olan Cimil adında bir qızla sevgili olmuşdur. Eyni zamanda Barfi polis tərəfindən də axtarılmaqdadır. Atasının əməliyyatı üçün 7000 rupi tapmalıdır. Bunun üçün bankdan oğurluq etmək istəyir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Barkın Yalçınkale
Barkın Yalçınkale (25 iyun 1991-ci ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 29 fevral 2016-cı ildə o, Dünya ATP reytinqində 823-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Barlia collina
Anacamptis collina (lat. Anacamptis collina) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Barlia longibracteata
Himantoglossum robertianum (lat. Himantoglossum robertianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == Barlia robertiana (Loisel.) Greuter (1967) Orchis robertiana Loisel. (1807) (Basionymum) Orchis longibracteata Biv. (1806) Orchis fragrans Ten. (1811) Orchis foliosa Masson ex Ker Gawl. (1819) Aceras longibracteatum Rchb.f. (1850) Barlia longibracteata (Rchb.f.) Parl. (1858) Loroglossum longibracteatum (Rchb.f.) Moris ex Ardoino (1867) Himantoglossum longibracteatum (Rchb.f.) Schltr.
Barlia robertiana
Himantoglossum robertianum (lat. Himantoglossum robertianum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. == Sinonimləri == Barlia robertiana (Loisel.) Greuter (1967) Orchis robertiana Loisel. (1807) (Basionymum) Orchis longibracteata Biv. (1806) Orchis fragrans Ten. (1811) Orchis foliosa Masson ex Ker Gawl. (1819) Aceras longibracteatum Rchb.f. (1850) Barlia longibracteata (Rchb.f.) Parl. (1858) Loroglossum longibracteatum (Rchb.f.) Moris ex Ardoino (1867) Himantoglossum longibracteatum (Rchb.f.) Schltr.