Balçılı kurqanları
Balçılı kurqanları — Şəmkir rayonunun Balçılı kəndi yaxınlığında e.ə. 2-ci minilliyə aid qəbir abidələr.
Balçılı kurqanlarından tunc təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və s. tapılmışdır. Ölülər daş qutu, quyu və dördkünc formalı torpaq qəbirlərdə dəfn edilmişdir. Paşatəpə adlı kurqanda qəbir taxta tirlərlə üç mərtəbəyə bölünmüşdü. Alt mərtəbədə adam və at skleti, silah, gil qablar, Orta mərtəbədə heyvan sümükləri aşkar olunmuşdu. Qəbrin üstündə tonqal qalandığından alov ənn üst mərtəbəni məhv etmişdi. Tapılan əşyalar dəfn edilənin həm zəngin, həm də hərbçi olduğunu göstərir. Kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi göstərir və Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir.