Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batabat
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Batabat (film)
Batabat qısametrajlı sənədli televiziya filmi Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır. == Məzmun == Film Naxçıvan Muxtar Respublikasının şirin sulu gölü, uçqun və sürüşmədən yaranan Batabat gölü haqqındadır.
Batabat (içki)
Batabat FK
"Batabat" — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu - Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında ikinci yeri tutmuşdur.
Batabat gölü
Batabat gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu göl. Uçqun və sürüşmədən yaranan bənd gölüdür. Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 ha sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir. Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı istirahət edənləri və həm də xarici turistləri özünə cəlb edir.
Batabat karvansarası
Batabat karvansarası — Şahbuz rayonunun Biçənək kəndinin şimalda, meşənin içərisində, Çəpər obası adlı yaşayış yerinin yaxınlığında tarixi abidə. İri qaya parçalarından dördkünc formada tikilmiş iki otaqdan ibarətdir. Bina yolun kənarındadır. Xalq arasında "Karvansara" adlandırılır. Ehtimal ki, binalardan müvəqqəti dayanacaq məntəqəsi kimi istifadə olunmuşdur. Naxçıvanda karvan yollarının kənarında tikilən bu tip dayanacaq məntəqələrinə bir neçə yerdə rast gəlinir. Binanı XVII–XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 37.
Batabat karvansarayı

Batabat kurqanları
Batabat kurqanları — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat yaylağında arxeoloji abidə. == Haqqında == Kurqanlar hündürlüyü 1,5 metr diametri 3–5 metr enində olan təpə şəklindədir. Tədqiqatçılar kurqanları (e.ə. 2–1) minilliyə aid edirlər.
Batabat Astrofizika Rəsədxanası
Batabat Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. == Tarixi == Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılmış və 2003-cü ilə qədər həmin adla fəaliyyət göstərmişdir. AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır. == Haqqında == Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb. Binanın günbəzində "SEYYS-600" tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb. Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər. Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.