Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bədən
Bədən (latınca Corpus) — canlı varlığın fiziki üst qatı. Bioloji bədənlərin quruluşunu anatomiya, onun fəaliyyətini isə fiziologiya elmləri öyrənir. Ölmüş bədən cəsəd, yaxud meyit adlanır. Bədən yaranışdan cəsəd halına qədər bir neçə mərhələdən keçməlidir: Döl və ya toxum olmaq. Ana garnı dönəmi. Doğulmaq və ya gövərmək ki ki öz yaşamının özgür dönəminin başlangıc nöqtəsidir. Böyümək və öz kimisin yaratmaq. Qocalmaq və çürümək. Ölmək və qurumaq.heyvan və insan ölü gövdəsinə ləş və ya cəsəd deyilir. == Maraqlı Faktlar == Bədənimizdə o qədər çox karbon daşıyırıq ki, bunları bir yerə toplayıb istifadə etmək mümkün olsa 9000 ədəd karandaş edə bilərik.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Bədən cəzası
Bədən cəzası və ya fiziki cəza — edam ilə birgə ən qədim cəzalardan biridir. Bu cəzanın mənası cinayətdə günahkar olan kəsə fiziki ağrı verməkdə və/və ya yaralamaqdadır. Bədən cəzalarını iki yerə ayırmaq olar: yaralamaq, adamın hansısa orqanından məhrum etmək: dilini, əlini, barmaqlarını və başqa ətraflarını kəsmək, gözünü çıxartmaq, axtalamaq. ağrı vermək, alətlər ilə vurmaq, məkənək, evdə və ya məktəbdə uşağın şapalaqlanması. == Tarixi == Bədən cəzası hələ Hammurapi qanunlarında var idi, həmçinin Roma İmperatorluğunda istifadələnirdi. XX yüzilliyə qədər bədən cəzası dünyanın çox dövlətlərində var idi, Amerika Birləşmiş Ştatlarında sonuncu dəfə bu cəza 1952 ildə Delaver şəhərində işlənili — bir kişi öz arvadına əl qaldırdığına görə 20 dəfə qamçılandı, həmin ştatda rəsmi olaraq belə cəzalar 1972 ildə yığışdırıldı. 1980-ci illərdə İslam dövlətlərindən bəziləri şəriət qanunlarına qayıdan ölkələr bədən cəzasını cinayyət məcəlləsinə qaytarmaq qərarına gəldilər (İran, Sudan, Pakistan, Mavritaniya, Liviya, Yəmən), bəziləri isə cəzalandırmanı artırdılar (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri). == İslamda == Şəriətə görə bədən cəzaları — Hüdud Kiməsə sübutsuz zinakarlıqda böhtan atan şəxsə 80 şallaq vurmaq. Zina edən qadına və ya kişiyə 100 şallaq vurmaq (4 adıləkəsiz müsəlman şahid varsa). Residivist oğrunun əlini kəsmək.
Bədən dili
Bədən dili — qeyri-şifahi ünsiyyət formasıdır. Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Həm insanlar, həm də heyvanlar rabitənin bu formasından istifadə edir. Bu davranışlar şüuraltı davranışlara aid edilir. İşarət dili ilə bədən dili tamamilə fərqli anlayışlardır. İşarət dili ilə yaranan ünsiyyət qəsdən baş verirsə, bədən dili ilə yaranan ünsiyyət isə tamamilə şüuraltı baş verən prosesdir. Bədən dili ilə yaranan ünsiyyətə davranış formaları — bədən quruluşu, jestlər, üz ifadələri və göz hərəkətləri daxildir. Bədən dili şəxsin həm sosial cəmiyyətdə, həm də işlərində fərdin müxtəlif təxminlər ilə təmin edə bilər. Məsələn, zövq, təcavüz, diqqətlilik, cansıxıcılıq kimi xüsusiyyətləri göstərə bilər. Biz danışmasaq da, bədənimiz danışacaqdır!
Bədən tərbiyəsi
Bədən tərbiyəsi — insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir.
Baden
Baden—Almaniyanın cənub-qərbində region. Mərkəzi Karlsruedir. Beden paytaxtdan cənubda 25 km-də Vyana meşələrinin,çöllərinin və üzüm bağlarının yaşıl təpəlikləri arasında yerləşir. Faydalı kükürd mənbələri ilə zəngin olan bu kurort mərkəzi II əsrdə Roma düşərgələri buraya yerləşdiyi vaxtdan-Antik Roma dövründən məşhur idi.Mark Avreliy həyatının son illərini burada keçirmişdir. 1804-1834-cü illərdə bu şəhər yayda imperiya iqmətgahı olmuşdur, bütün zadəganlar və incəsənət xadimləri bura toplanardılar.Badenin mineral suları bu gün də çimmək,içmək və revmatik xəstəliklərin,artirozun bel sütunu və oynaq xəstəlilərinin qarşısının alınması və həmçinin ümümi sağlamlıq məqsədilə istifadə olunur.İmperatriça Maria Terezanın şərəfinə1792-ci ildə yaradılmış eqzotik bitki kolleksiyası olan “Terezienband”(Tereza hamamı) və Tereziengarten(Tereza bağı) kimi yerlərə də səyahət etmək lazımdır. Baden parkları ayrıca görməli yerlədir.Bu kurort parkında hər gün orkestra çalır ” Bethoven məbədi”-nin çardağı , Ştraus və Lannerunun şərəfinə gül saatları və heykəlləri var və iyunun sonundan sentyabrın əvvəlinə qədər burada “yay arenasına”dair operetta festivalı keçirilir. DoblHoffparkit parkı Şloss-Vajkersdorf qalası və hər il “Baden gül günlərinin” keçirildiyi ecazkar güllər sayəsində tanınır. Şəhər kənarında yerləşən bağlar və parklar Viyana meşəlıri və helental boyu uzanan üzüm bağları ilə birləşir. Əzəmətli Menotti villası, Junger qalereyası, imperator frans-Jozefin müzeyi, oyuncaqlar və oyunlar müzeyi, böyük hippodrom, “bidermayer”stilində olan evlər və villalar yerləşən sakit dalanlar , böyük piyada keçidi, və s Badendə yerləşir.Möhtəşəm Konqres Sarayında kazino ,Bethovenin ev müzeyində isə qalereya vardır.Badenə yaxın ərzaidə isə ən gözəl kilsələrdən biri Klosternojburg,tarixi Purkersdorf və bir sıra möhtəşəm villalar və parklar var.
Behen
Vernonia (lat. Vernonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Mədən
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi. == Mədən sənayesi == Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir.Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür: Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf); Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər); Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.); Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.); Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su).Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti.TəxəllüsÜmmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu.Yaşayış məntəqələriMolla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.DigərHacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. == Tarixi == Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
Bədən kütləsinin göstərici
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir. BKI bu düsturla tapılır: I = m h 2 {\displaystyle I={\frac {m}{h^{2}}}} , burada: m — bədənin kütləsi, kq, h — insanın boyu, m,ölçü vahidi kimi kq/m2 alınır. Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri. Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir: BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.
Bədən kütləsinin indeksi
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir. BKI bu düsturla tapılır: I = m h 2 {\displaystyle I={\frac {m}{h^{2}}}} , burada: m — bədənin kütləsi, kq, h — insanın boyu, m,ölçü vahidi kimi kq/m2 alınır. Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri. Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir: BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.
Bədən qoruyucusu (Robokop)
Bədən qoruyucusu (Robokop) — əsasən xüsusi xidmət orqanlarının istifadə etdiyi, bədəni müxtəlif yad cisimlərin zərbələrindən qorumaq üçün istifadə olunan geyim vasitəsidir.
Ruh-bədən problemi
Ruh-bədən və ya nəfs-bədən problemi (ing. mind-body problem) — fəlsəfi fikir tarixinin əsas problemlərindən biridir. Hazırda zehin fəlsəfəsi daxilində müzakirə olunan ruh-bədən probleminin əsasında maddi olmayan ruh və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyətinin öyrənilməsi dayanır. Bu problemi insanın nəliyi ilə bağlı fəlsəfi arayışlar doğurmuşdur. İnsan nədir? Adi maddi bir tərkibdən ibarətdir, yoxsa mental bir tərəfə, ruha da sahibdir? Əgər mental tərəfimiz də varsa o şey nədir? İnsan əslində nədir, bir ruha sahib bədən, yoxsa bir bədəni olan ruhdur? Ruh bədən problemində bu iki substansiya arasında əlaqəni müəyyənləşdirməzdən əvvəl həll edilməli olan iki problem ruh və bədənin nəliyi məsələsidir. Ruh və bədən haqqında suallara verilən cavablar bu problemə berilən cavabı böyük ölçüdə təmin etmiş olur.
Baden-Vürtemberq
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir. Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir. Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018), ikinci ən az işsizliyə (Oktyabr, 2019), dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019) və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018) malik əyalətidir.
Baden-Württemberg
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir. Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir. Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018), ikinci ən az işsizliyə (Oktyabr, 2019), dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019) və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018) malik əyalətidir.
Bedey (Aryej)
Bedey (fr. Bédeille) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09046. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 83 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 44 yaşda (15-64 yaş arasında) 32 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə 69.2%). 32 aktiv adamdan 27 nəfəri (14 kişi və 13 qadın), 5 nəfər işsizdir (4 kişi və 1 qadın). 12 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 3 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Belen (Para)
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Beren Partiyası
Beren - Qırğızıstanda siyasi partiya. 2006-cı ilin dekabrın 30-da Ar-Namıs partiyasının keçmiş üzvləri tərəfindən qeydiyyatdan keçirilmişdir. Partiya parlament üsuli-idarəsini müdafiə edir.
Beren Saat
Beren Saat (26 fevral 1984, Ankara) — məşhur Türkiyə aktrisası. == Bioqrafiya == Beren Saat 26 fevral 1984-cü il tarixində Ankarada dünyaya göz açıb. Atası Hüseyn futbolçu, anası Ayla isə müəllimdir. Özündən böyük Cem adlı qardaşı var. İlk dəfə "Aşkımızda ölüm var" serialında rol alıb. Daha sonra Eşqə sürgündə Zilan, "Xatırla sevgili"-də Yasəmən obrazını canlandırıb. 2008–2010-cu illərdə Aşk-ı Memnu serialında Bihtər Ziyagil obrazını canlandırıb, hansı ki onu bütün dünyada tanıdıb və bu roluna görə daha çox sevilib. Daha sonra isə "Fatmagülün suçu nə?", İntiqam kimi seriallarda da oynayıb. Son olaraq 2015-ci ildə Möhtəşəm Yüz İl Kösəm serialında Kösəm Sultan rolunu canlandırıb. 2014-cü ildə Kənan Doğulu ilə Los Ancelesdə ailə qurub və o vaxtdan karyerasını müvəqqəti dayandırıb.
Bezden zirvəsi
Bezden zirvəsi (bolq. връх Безден, ‘Vrah Bezden’ \'vr&h 'bez-den\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2900 m hündürlüklü qaya zirvəsidir. Zirvə Patleyna buzlağından şimalda, Ellen buzlağından cənubda yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir.Zirvə qərbi Bolqarıstanda yerləşən Bezden şəhərinin adını daşıyır. == Yerləşməsi == Bezden zirvəsi 78°04′57″ c. e. 85°42′07″ q. u. koordinatlarında yerləşmişdir.
Boden (göl)
Boden (alm. Bodensee‎) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee‎), Aşağı (alm. Untersee‎) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.