Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Digər
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Niger
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. == Tarixi == === Tarixəqədərki dövr === Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Alan Higer
Alan Xiqer (22 yanvar 1936[…], Su-Siti[d], Ayova) — 2000-ci ildə kimya üzrə Nobel mükafatçısı 1957-ci ildə Nebraski universitetini bitirərək bakalavr dərəcəsi almışdır. Berklidə kaliforniya universitetində 1961-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. 1962–1982-ci illərdə Pensilvaniya universitetində işləmişdir. 1982-ci ildən Santa-Barbarada Kaliforniya universitetinin fizika professoru olmuşdur. 1982–1999-cu illərdə polimerlər və üzvi materiallar institutunun direktoru olmuşdur. 1999-cu ildən eyni zamanda müxtəlif kommersiya şirkətlərində də işləmişdi. Alan Makdiarmid və Xideki Sirkava ilə birlikdə üzvi polimer materiallar almışdır ki, onların elektrik keçiricikləri metalların elektrik keçiriliciyi ilə müqayisə olunandır. Alan Xiqer 2000-ci ildə "Polimerlərdə keçiriliciyin kəşfinə və tədqiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Alan Xiqer
Alan Xiqer (22 yanvar 1936[…], Su-Siti[d], Ayova) — 2000-ci ildə kimya üzrə Nobel mükafatçısı 1957-ci ildə Nebraski universitetini bitirərək bakalavr dərəcəsi almışdır. Berklidə kaliforniya universitetində 1961-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. 1962–1982-ci illərdə Pensilvaniya universitetində işləmişdir. 1982-ci ildən Santa-Barbarada Kaliforniya universitetinin fizika professoru olmuşdur. 1982–1999-cu illərdə polimerlər və üzvi materiallar institutunun direktoru olmuşdur. 1999-cu ildən eyni zamanda müxtəlif kommersiya şirkətlərində də işləmişdi. Alan Makdiarmid və Xideki Sirkava ilə birlikdə üzvi polimer materiallar almışdır ki, onların elektrik keçiricikləri metalların elektrik keçiriliciyi ilə müqayisə olunandır. Alan Xiqer 2000-ci ildə "Polimerlərdə keçiriliciyin kəşfinə və tədqiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Biber kəklikotu
== Ümumi yayılması: == Qafqaz. == Azərbaycanda yayılması: == Quba və Naxçıvan MR-da dağlıq yerlərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir və relikt növüdür. VU D2. == Bitdiyi yer: == Orta və subalpda quru daşlı yamaclarda bitir. == Təbii ehtiyatı: == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri: == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü kolcuqdur. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzun¬-luğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, baş¬cıq çiçək qruplarına yığılmışdır.
Bibər dolması
Bibər dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti — 163 q. Bibər — 215 q. Düyü — 15 q. Baş soğan — 20 q. Qoyun quyruğu — 20 q. Ərinmiş yağ — 20 q. Qatıq — 50 q. Darçın — 0,1 q. İstiot — 0,1 q.
Bibər kababı
Bibər turşusu
Bibər turşusu – bibərdən hazırlanan turşu növü. == Tarixi == Mezoamerikada yaşayan Astek xalqı ispanların gəlişinə qədər acı bibərdən turşu hazırlayırdılar. == Yayılması == Xalapelo bibərindən hazırlanan turşu Meksika mətbəxində bir çox xörəyin hazırlanmasından istifadə olunur. Ümumiyyətlə, Meksikada bibərlərin turşu şəklində satılması geniş yayılıb. İtaliya, Çili, Latın Amerikası mətbəxlərində də bibər turşusu geniş şəkildə hazırlanır. == Tərkibi == Bibər turşusunun hazırlanmasında bibər, ağ kələm, uzunzov bibər, pomidor, qırmızı bibər, kök, sarımsaq, cəfəri, duz, su və sirkə kimi inqredientlərdən istifadə olunur. Bibər turşusunu hazırlamaq üçün bütün ərzaqlar əvvəlcə qaba yığılır və suyun içərisində sirkə ilə saxlanılır. Qarışığıa rəndələnmiş kök və göyərtilər əlavə olunur. Daha sonra bibər bu qarışıqla doldurulur. Yanına isə sarımsaq əlavə olunur.
Bidər sultanlığı
Bidər sultanlığı və yaxud Bəridşahilər — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı. == Tarixi == Xanədanın qurucusu Əmir Qasım Qafqaz (Borçalı) türklərindən olub gənclik illərində Bəhməni şahı III Məhəmmədin (1463–1482) xidmətinə girmiş, onun sarayında bərid-i məmalik mövqeyinə qədər yüksəlmiş və xanədana da bu vəzifəsi dolayısıyla Bəridşahilər deyilmişdir. Əmir Qasım Mahmud şahın səltənəti sırasında (1482–1518) öncə kutval (qalabəyi), Nizamülmülk Məlik Həsənin vəfatından sonra da baş vəzir (əmir-i cümlə) təyin edilmişdir. Bəhmənilərin zəifləməsinə görə ölkə torpaqları parçalanmış, Bicapurda Adilşahilər, Əhmədnagarda Nizamşahilər, Bərarda İmadşahilər, Qolkondada Qütbşahilər və bir müddət sonra Bidərdə Bəridşahilər müstəqilliklərini elan etmişldilər (1492). Əmir Qasımın ölümündən sonra yerinə "Dəkkən tülküsü" deyə şöhrət tapan oğlu Əmir Bərid keçdi (1504–1543). Əmir Bəridin zamanında Bəhmənilərdən III Əhməd, Əlaəddin, Vəliyyullah və Kəlimullah onun vəsayəti altında sadəcə adları hökmdar idilər. Əmir Bərid ədəbiyyat, sənət və memarlığa ilgi duyan bir şəxsiyət idi. Paytaxtda Rəngin Mahalı inşa etdirən də odur. Bəridşahilər Vicayanagar racələri və digər bəzi qonşularıyla sürəkli mübarizə etdilər. Son Bəridşahi sultanı III Əmir Bərid şah (1609–1619) Adilşahilərin hücumuna məruz qaldı.
Biser burnu
Biser burnu (bolq. нос Бисер, ‘Nos Biser’ \'nos 'bi-ser\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şərqdə yerləşən burundur. Burun Rusalka buzlağından şimalda yerləşmişdir.Burun cənubi Bolqarıstanda yerləşən Biser şəhərinin adını daşıyır. == Yerləşməsi == Loki burnundan 3.91 km cənub-qərbdə, Polke dağından 7.7 km şimal-qərbdə, pripek burnundan 6.8 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Bığır (Göyçay)
Bığır kəndi — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərqdə, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə, Cırqurd və Qaraman kəndlərin yaxınlığında yerləşir. Bığır İnzibati Ərazi Vahidinin mərkəzidir. == Əhalisi == Əhalisi 6431 (2022) nəfərdir. Göyçay rayonunda əhalinin sayına görə Bığır ən böyük kənddir. Bığırda müqəddəs övliyalar, qədim qəbiristanlıq vardır. Deyilənə görə, keçmişdə kəndin adına Bığır Murtaz da deyirlərmiş. === Milli tərkibi === 1933-cü ilin məlumatlarına görə Bığır kəndində 452 təsərüffatda 2200 nəfər əhali yaşayırdı (1,198 kişi, 1,022 qadın). Əhalinin 98,3% -i Azərbaycan türklərindən ibarət idi. == Toponimikası == Bığır toponimi 1917 və 1933-cü illərdə Buğur variantında qeydə alınmışdır.
Bığır (İsmayıllı)
Bığır — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Bığır bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Cengiz Biçər
Cengiz Biçər (11 dekabr 1987) — türk əsilli Lixtenşteyn qapıçısıdır. == Futbol karyerası == === Klub komandası karyerası === Ailəsi immiqrant olan Cengiz Biçər, futbola İsveçrə liqalarında mübarizə aparan Lixtenşteyn komandası USV Eşen / Mauren-də başladı. 2007-2008 mövsümündə bu komanda ilə peşəkar bir müqavilə imzaladı. Mövsümün ikinci yarısında zaman-zaman oynamaq şansı qazandı. Mövsüm ərzində Alman komandası Sankt-Pauli FK tərəfindən sınansa da, yaxşı alınmadı. 2008-09 mövsümündən əvvəl. Samsunspor ilə üç illik müqavilə imzalandı. İlk mövsümdə zaman-zaman ilk 18-ə girsə də, Həsən Sönməzdən geri qaldı. Növbəti mövsümdə ilk dəfə 23 avqust 2009-cu ildə Kardemir Karabükspor ilə oynanılan matçda iştirak etdi. Ancaq qalasında 3 qol gördü və qarşılaşma 3-3 ilə bitdi.
Cephalophus niger
Qara duker (lat. Cephalophus niger) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Chelonoidis niger
Qalapaqos tısbağası (lat. Chelonoidis niger) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aid heyvan növü. Yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır. Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər. Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.
Chlidonias niger
Qara bataqlıq susüpürəni (lat. Chlidonias niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü. == Görünüşü == Qara bataqlıq susüpürənləri 25 sm uzunluğa sahib olurlar. İti dimdikləri qara, ayaqları qırmızı-qonur rəngdə olur. Çütləşmə dönəmində əsasən qara, üzərləri isə boz rəngdə olur. Erkək və dişilər eyni rəngə sahib olurlar. Bir çür "kiik" və ya "kik-kik" kimi səslər çıxarırlar. == Yayılması == Qara bataqlıq susüpürəni Şərqi, Cənubi və Mərkəzi Avropanın su tutarları, bataqlıqları, göllərinə yayılırlar. Afrikanın tropik sahillərində qışlayırlar. == Qidalanması == Qara bataqlıq susüpürənlər balıqlar, suda-quruda yaşayanlar və balıqlarla qidalanırlar.
Cyperus niger
Qara topalaq (lat. Cyperus niger) — cilkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Cypseloides niger
Cypseloides niger (lat. Cypseloides niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Esox niger
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Eurocopter Tiger
Eurocopter Tiger - Almaniya və Fransa müştərək istehsalı olan hücum vertolyotudur. 1990-cı illərin başlarında iki ölkənin əməkdaşlığı sayəsində Tiger layihəsinin konstruksiyasına başlanıldı. Aerospatiale və DaimlerChrysler Aerospace AG DASA firmalarının helikopter hissələrinin birləşdirilməsi sayəsində Eurocopter şirkəti formalaşdırıldı. Sonra şirkət Airbus Helicopters tərəfindən satın alınmışdır. Avropanın iki önəmli ölkəsinin bütün texnoloji biliklərinin və güclərinin bu helikopter üzərində cəmləşdirilməsi, vəzifə məsuliyyətinin fərqliliklərindən yaranan çoxməqsədli istifadəyə uyğun olaraq konstruksiya edilməsini təmin etmişdir və helikopteri müasir tələblərə cavab verən səviyyəyə çatdırmağı bacarmışdır. Bu helikopterin satın alınması ATAK layihəsi ilə Türkiyə Ordusunun da gündəmindəydi. Tiger helikopterinin hər bir helikopterinə düşən maliyyə xərclərinin yüksək olması və ən önəmlisi Erməni soyqırımının Fransa Senatı tərəfindən tanınması səbəbi ilə Türkiyə A-129 Mangusta helikopterlərini almağı seçmişdir. Ayrıca olaraq AH-1 Kobra helikopterlərinin burun qismində olan 20 mm-lik topun Tiger helikopterlərində istəyə görə olması da, ayrıca bir problem olmuşdur.
Helleborus niger
Qara şaxtagülü (lat. Helleborus niger) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.