BIZIR
BİBLO
OBASTAN VİKİ
Biber kəklikotu
== Ümumi yayılması: == Qafqaz. == Azərbaycanda yayılması: == Quba və Naxçıvan MR-da dağlıq yerlərində rast gəlinir. == Statusu: == Azərbaycanın nadir və relikt növüdür. VU D2. == Bitdiyi yer: == Orta və subalpda quru daşlı yamaclarda bitir. == Təbii ehtiyatı: == Azərbaycanda arealı dardır. == Bioloji xüsusiyyətləri: == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü kolcuqdur. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzun¬-luğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, baş¬cıq çiçək qruplarına yığılmışdır.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Biberşteyn dağlaləsi
Biberşteyn dağlaləsi (lat. Tulipa biebersteiniana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.
Biberşteyn qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.
Çoxbölümlü biberşteyniya
Çoxbölümlü biberşteyniya (lat. Biebersteinia multifida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinin biberşteyniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Xovlu, tükcüklü, gövdəvari vəzli, çoxillik bitkidir. Gövdəsi düzdür, mühkəmdir, vəzilidir, yuxarı hissədən budaqlanandır. Aşağıdan purpur rənglidir, 20-50 sm hündürlükdədir. Gövdə yarpaqları demək olar ki, oturaq, lansetvari və ya lansetvari-xətşəkillidir. Ləçəkləri çılpaq və ya tüklü-kirpikciklidir, uzunsov-pazvaridir, bütöv və ya dişlidir, sarı, 5–8 mm uzunluğundadır. Meyvələri 5 mm uzunluğunda, çılpaq və qırışlıdır.
Biberşteyniya
Biberşteyniya (lat. Biebersteinia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinə aid bitki cinsi.
Biberşteyniyakimilər
Biberşteyniyakimilər (lat. Biebersteiniaceae) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
гексахлора́новый дальноме́р законсерви́роваться Разря́д утково́дство безмы́сленный втечь галто́вочный избы́ток ну́те одновременно позлати́ться поплати́ться прити́рочный цвети́стость штурмовать conversion ratio flax breaking machine ovo-lactarian radiotherapy rag-tag zone time внешнеторговый недовыручка трахеотомия